Posts

Showing posts from 2013

Haruki Murakami - Leksinqton Kabusları (1-ci hissə) - Харуки Мураками-Призраки Лексингтона

Image
Sevimli yazıçımın Leksinqton kabusları adlı hekayələr toplusundan ilk olaraq aşağıdakı 4 hekayəni oxudum: Toni Takiya (Тони Такия) - Toni Takiya ad və soyadı ilə adlandırılmış hekayə haqqında məlumatım var idi. Oxuyanlar fərqli bir bədii ədəbiyyat nümunəsi olduğunu deyirdilər, təəssüratlar zəngin idi. Əsər eyni zamanda ekranlaşdırılmışdır. Hekayənin adını tam uğurlu hesab etməsəm də, məğzi Murakamiyə xas olaraq özünəməxsusdur.     Hekayə gənc cütlük haqqındadır. Toni və onun həyat yoldaşı. Toninin həyat yoldaşı super-ifrat şoppinq həvəskarıdır. Bunun nəticəsi olaraq evində yüzlərlə insana bəs edəcək geyim vardır. Lakin gənc xanım dünyanı erkən tərk edir. İnsan dünyada nələrin əhatəsində olur? Dünyadan gedəndən sonra özündən sonra hansı izləri qoyur? Bu izlərə görə insanı dəyərləndirmək olarmı? Ehtiras nədir? İz yaratmada ehtirasın rolu böyükdür. Bu rolu bu hekayədə görmək olar. Əgər hekayəni bir neçə cümlə ilə ifadə etməli olsaq belə olar: həyatmızı dolduran əşyalar və onların

Stanislav Lem - Edem - Лем Станислав - Эдем

Image
Fövqəl-şəffaf saflıq. Digər planetlər belə parlaq deyillər. Yer kürəsi sadəcə mavidir... Yavaş-yavaş Edem uzaqlaşırdı. “Necə də safdır” – deyə koordinator fikrini ifadə etdi. Bilirsən...ehtimal nəzəriyyəsinə görə daha da safları var... “Edem” kosmik gəmidə kainatın sirrlərini çözmək üçün səyahətə çıxmış kosmonavtların qəzaya uğramasından bəhs edən birinci əsər olmasa da, addımbaaddım qəribə situasiyalar, problemlər və sualları ilə bizi tupik qarşısında qoyur. “Edem” sadəcə elmi-kosmik fantastika deyil, o janrının klassikası hesab edilməlidir. Edem sadəcə hazır məhsulu təqdim etmir, “Edem” fəlsəfədir, bizi düşünməyə vadar edən yarım fabrikatdır. Stanislav Lem məni öz ölçüyəgəlməz intellekti və fantaziyası ilə heyran etdi.

STALKER

Image
         “Stalker” filmini izləməyə özümü uzun müddət idi ki hazırlayırdım. Elə bil imtahana hazırlaşırdım. Öz-özümə çoxlu suallar verirdim. Çünki, Tarkovski yaradıcıllığı ilə “Solyaris” sayəsində tanış idim, müəyyən mənada məni nə gözlədiyi haqqında xəbərdardım. “Solyaris” filmini başa düşməyə bir xeyli zaman xərcləmişdim. “Stalker”-ə də uzun müddət idi ki, beynimdə yer hazırlayırdım. Film çoxlarının xoşuna gəlib və bir çox kinoman onu “şedevr” kateqoriyasına daxil edir. Filmin ətrafında gurultuku rezonans var. Bu da mənim diqqətimi çoxdan cəlb etmişdi. “Stalker” öz fəlsəfi dərinliyi və düşüncə genişliyi ilə həm Tarkovski yaradıcıllığının, həm də Sovet kinematoqrafiyasının ən məşhur və dəyərli tərkib hissəsi hesab olunur. Xarici süjet xətti Zona adlanan yerdə yerləşən sehrli otağı tapmaq üçün çıxılan səyahətdən ibarətdir. Həmin sehrli otaqda sidq-ürəkdən, qəlbin dərinliklərindən arzulanan bütün arzular çin olur.  Bu səyahətdə səyyahlara Stalker kömək olur. Stalker Zonaya tez-tez s

Üç Samuray

Image
Samuraylığın ən əsas qaydasını heç vaxt unutmamışdım: Samuray daima ölümü düşünməldir. Gallus deyib ki, qaçılmaz bəlaya anidən düçar olmaq, uzun müddət qorxu əzabları çəkməkdən yaxşıdır. Öyrəndiklərimə görə seppukuda bağırsaqlar çölə fışqıraraq dözülməz ağrılar verir. Mən həmişə ağrılara qarşı aciz olmuşam. Səbəbi isə dünyaya təbii yolla gəlməmək olub. Həyatın ilk ağrı və çətinliklərini görməmişəm. Həyatımın ilk anında görmədiyim ağrıları həyatımın son anında görmək istəyirdim. Bu ağrıdan can qurtamaq mümkün deyil. Sonradan əmələ gələn dözülməz ağrılar isə seppukudan uzun müddət öncə başlayıb daxilimdə. Bu ağrılar bağırsaqlarım kimi içimdə bir-birinə dolanıb yuva qurub. O yuvanı dağıtmalıyam. Yalnız o zaman ətrafımdakı büllur kədər, tənhalıq və soyuqluq illüziyazı dağılacaq. Mən qorxmuram daha. Geriyə baxmıram. İrəli anlayışını unuduram. Son olaraq qılıncı dərinliyə itələyəndə, çox çox uzaqda, lakin getdikcə yaxınlaşan üç samurayı görürdüm. Uzun kimanoları və yanlarından asılmış qı

Dünyanın ən yaxşı atası - World's Greatest Dad

Image
         Maraqlı bir faktı müşahidə etmişəm. Elə filmlər, kitablar olur ki, izlədikdən/oxuduqdan sonra müəyyən bir müddətin keçməsini istəyirəm. Gözləyirəm ki, beynim, ruhum, şəxsiyyətim ortaya qoyulan dəyəri həzm etsin. Elə dəyərlər də olur ki, vaxtın keçməsini gözləmək istəmirəm. İzləmə və ya oxuma prosesi gerçəkləşdiyi müddətdə və bu müddətdən dərhal sonra fikirlərimi əbədiləşdirmək arzusunda oluram. Bu filmi də ikinci kateqoriyaya aid edirəm. Filmi izlədim və üzərindən cəmisi 20 dəqiqə keçmiş haqqında artıq yazıram. Görək nə alınacaq.

Cared Daymond - Tənəzzül - Jared Diamond - Çöküş

Image
  Sivilizasiyalar necə yaranıb necə tənəzzülə uğrayırlar? Yaranmağa və məhv olmağa təsir edən faktorlar hansılardır? Müasir ABŞ ərazisində mövcud olmuş Anasazi və Çako kanyonu sivilizasiyaları, Mərkəzi Amerikada Maya mədəniyyəti, Cənubi Amerikada Moçe və Tivanaku, qədim Yunanıstanda Miken və Giritdəki Minos sivilizasiyaları, Asiyada Anqkor Vat və Harapp mədəniyyətləri, Sakit Okeanda çox məşhur Pasxa adası populyasiyası necə olub ki yaranıb və tənəzzül ediblər? Kitabda bu suallara ətraflı cavab verilmiş və müasir həyat tərzimizin hansı problemlərə səbəb olacağı haqqında sistemli və elmi dəyərləndirmələr edilmişdir.

The Oranges - Любовный переплет

Image
         Ostroff və Uoullinq ailəsi uzun illərdir ki, bir-biriləri ilə dostluq edirlər və Oreyndj Drayv (Orange Drive) adlı yerdə də qonşudurlar. Hər şey normal idi. Səhərlər qaçış, səhər yenəyinə omlet və portağal şirəsi, adama elə gəlir ki, elə əsl xoşbəxtlik budur və heç bir şey bu xoşbəxtliyi dağıtmaq iqtidarında deyil. Gündəlik monotonluğun rahatlığını heç nə əvəz edə bilməz. Bu normallığı tufandan öncəki səssizlik də adlandırmaq olar. Tufan isə baş verdi nə baş verdi. İstəməzdim ki spoyler olsun, amma süjet belədir: bir ailənin qızı digər ailənin başçısı ilə sevgi maceraları yaşamağa başlayır. Bunun nəticələri isə, filmi əmələ gətirir.

Herman Hesse - Yalquzaq

Image
         Hermann Hessenin “Yalquzaq” əsəri, iyirminci əsrin ikinci yarısında, nonkorformist mədəniyyətə posmodernist ədəbiyyatın prinsiplərini tətbiq edən əsər olmuşdur. Bu elə bir romandır ki, əgər bu roman olmasaydı, iyirminci əsr avanqardizmində də çox şey olmazdı. Filmlər, musiqi və bədii təsvir bu romandan çox şeyi götürüb. Neçə-neçə insan ruhuna məhz bu romanla səyahət etmişlər. Təəccüblənirsiz ki niyə və necə? Oxuyun o zaman anlayacaqsınız.      Son vaxtlar çalışıram ki, fəlsəfə və ezoterika vasitəsiylə əsas mövzusu özünü, “mən”-i tapmaq olan kitablar oxuyum. Niyə? Belə hesab edərdim ki, mən gözəl, firavan ailə qurub uşaq dünyaya gətirmək istəməyən, gözəl karyera qurmaq istəməyən, səs-küylü qələbəlikdən uzaq durub qürub edən günəşə baxıb, yanımda olan kağıza cızma-qara etmək istəyən birisiyəm. Mən tək qalmaq və sərhədləri aşmaq istəyirəm. Halbuki, tam olaraq belə deyiləm. Əgər təsvir etdiyim kimi olsaydım, mənə Budda demək olardı. “Yalquzaq” isə yuxarıdakı cümlələrdə öz əksi

Qəzetçi - The Paperboy - Газетчик

Image
         60-cı illərin sonu. Jurnalist Uord, cənubda yerləşən şəhərlərin birində, qəddarlıqla öldürülmüş şerifin qatilini axtarıb tapmaq istəyir. Bir nəfər həbs olunub, amma Uord belə hesab edir ki, bu haqsızlıqla olub. Uord haqsızlıqla mühakimə olunmuş və elektrik stulunda ölüm hökmünə hazırlaşdırılan qatili həbsxanadan çıxarmaq və kolleqası ilə birlikdə sensasiyalı material yayımlamaq istəyirlər. Jurnalistlərə qəzetlərin çatdırılması işiylə məşğul olan, Uordun kiçik qardaşı Cek və cazibadar sarışın Şarlotta kömək edir. Şarlotta həbsdə olan qatilə aşiq olub. Obazların hamısının gizlətməyə nəyisə var. Lakin ifşaedici cənub küləyi ən qaranlıq və isti arzuları oyadır. Gözlənilməz hadisələr. Gözlənilməz insanlar. Qorxulu aqibətlər. Şokedici faktlar. Sarsılan və dəyişən dünya. Qəzetlərdə çox şeylər yazılmır.

Yasunari Kavabata - "Ölü sifətlə baş verən hadisə", "Bakirələrin ibadəti" və digər hekayələr haqqında

Image
          Ölü sifətlə baş verən hadisə (Случай с мертвым лицом) - Bu hekayə olduqca maraqlı nüansları özündə ehtiva edir. Dünyasını dəyişmiş həyat yoldaşı ilə sağollaşan bir kişinin, həyat yoldaşının açıq qalmış çənəsini bağlamaq cəhdləri boşa çıxır. Otağa daxil olan mərhumun bacısı isə, mərhumun sifətində ərinin toxunuşları sayəsində əmələ gəlmiş yumşaqlıq və rahatlığı, ali insan ruhunun gücü və  yoldaşının onunla sağollaşmasının nəticəsi kimi başa düşür. Bilirsiz maraqlı nədir, maraqlı burasıdır ki, bəzi hadisələrin səbəbini bilmədən biz onu ilahiləşdirirk. Bu şirin yalandı. Hətta deyərdim ki, müəyyən mənada da lazımlı şeydi. Bir növ hekayə də saxta ilahiliyi simvolizə edir. Bəlkə də bütün ilahilik saxta illüziyadır. Bəlkə də, həm materiya, həm də ruhanilik illüziyadır. Çox irəli getdim deyəsən.

Andrey Leviskiy - Anomallar. Sirli Kitab - Андрей Левицкий - Аномалы. Тайная книга

Image
Bəzi hadisələr var ki, kifayət qədər şübhəli görsənirlər. O hadisələr, hansısa şüurlu gücün beynimizə daxil olub davranışlarımıza təsir göstərdiyindən xəbər verir. Mən özüm həyatımda iki dəfə belə hadisələrin canlı şahidi olmuşam və ona görə də onları qəbul etməyə bilmərəm. – Konstantin Siolkovskiy.          Hər şeydən öncə onu deyim ki, Andrey Leviskiy (Андрей Левицкий),  çox məşhur S.T.A.L.K.E.R oyunu və kitablarınının müəllifidir. Yazıçının uşaqlığı Ukraynada, Çernoblda keçib. Kiyev Dövlət Universitetində filologiya üzrə təhsil alsa da, heç vaxt ixtisası üzrə işləməyib. Yazıçının böyük həvəslə oxunan digər bir çox məşhur əsərləri də var.

Velosipedli oğlan - The kid with a bike - Le gamin au vélo

Image
Siril          Bu hekayə, atası tərəfindənm uşaq evinə atılmış, amma atası ilə mənəvi əlaqəni itirməyən 12 yaşlı oğlanın hekayəsidir. Tamamilə təsadüfən Siril (oğlanın adı) Samanta ilə tanış olur. Samanta gözəllik salonunun sahibəsidir və Sirilə icazə verir ki, bazar günləri onunla birlikdə qalsın. Siril böyük daxili xaos, yaşıyla tərs mütənasib hadisələrə yaşayır. Sığınacaq təklif edən iki cəbhə arasından seçim etməlidir. Hətta, sığınacaq tapmaq məsələsində də xeyir və şər mübarizə aparır. Lakin, Siril çox çətin günlər yaşasa da, həqiqi sevgi qalib gəlir. Filmdə sakit və tipik fransız şəhərciyində həyat, azyaşlıların kriminallıq tələsinə düşməsi, fransız insanlarının bir-birinə olan münasibətləri, çətin xasiyyətli uşağın tərbiyəsi, sosial problemlər, pozulan uşaq psixologiyası, düşünülməmiş addımlar və onların yaratdığı nəticələr kimi məsələlər təsvir olunub. Film bizə çox şey haqqında düşünməyə imkan yaradır.

Stiven Hokinq - Böyük Dizayn

Image
Stephen Hawking Hesab edirəm ki, günümüzdə Stiven Hokinq oxumaq bir lüks sayılır. Müəllifin geniş kütləyə xitabən yazdığı kitabları (buna hələ qayıdacam) kifayət qədər populyardır. Şübhəsiz ki, burada amerikan marketoloqlarının rolu heç də az deyil. Buna baxmayaraq, Stiven Hokinq müasir dünya elminə öz tövhələrini vermiş simadır. Gəlin onunla qısaca tanış olaq: Günümüzün ən tanınmış nəzəri-fizik və kosmoloqu Stiven Uilyam Hokinq, 8 yanvar, 1948-ci ildə, İngiltərədə, Oksford şəhərində dünyaya gəlmişdir. Atası Hamsted şəhərində bir tibb mərkəzində tətqiatçı olaraq işləyib. Anası da həmi tibb mərkəzində katibə olaraq çalışıb. 1962-ci ildə Oksford Universitetini bitirərək, 1966-cı ildə Kembridc Universiteti, Tirinti-Holl kollecindən Ph.D. dərəcəsini qazanmışdır. 60-cı illərdən etibarən Stivendə artıq iflicə səbəb olan, yantərəfli amiotrofik sklerozun əlamətləri yaranmağa başladı. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməlliyatdan

Old Dogs - Так себе каникулы

Image
         İki köhnə dost və iş ortağı əvvəllər birliktə etdikləri “dəcəllik”-lərə görə, iki əkiz uşağın məsuliyyətini üstlənib, tərbiyəsi ilə məşğul olmaq məcburiyyətində qalırlar. Bu gözlənilməz sürpriz olur. Onlar uşaqların qayğısına qalmaqla yanaşı, vacib biznes partnyorluğunun qurulması ərəfəsində, uşaqların nazlarını çəkməli, onları yay düşərgəsinə aparmalıdırlar. Orada onların başlarına nələr gəlir nələr. Müxtəlif maceralar qarşıda onları gözləyir. Onlar bu heç də asan olmayan missiyanın öhdəsindən gələ biləcəklərmi?

Özünəqəsd Dükanı - Магазинчик самоубийств - Le magasin des suicides

Image
         Hər şeyin cansıxıcı və dözülməz olduğu bir şəhərdə, artıq uzun illərdir ki insanların intihar etməsi üçün lazımi ləvazimatlar satan Tuvanş ailəsinə məxsus dükan var. İntihar etmiş şəhərin həyatda olan və ondan canını qurtarmağa çalışan sakinləri, müxtəlif üsullarla qaçıb getmək istəyirlər: kimisi özünü maşının altına ataraq, kimisi evində özünü asaraq bunu edir. Bəzi hörmətli və yenilik axtarışında olan insanlar isə daha kreativ intihar üsulları üçün “Özünəqəsd dükanı”-na müraciət edirlər. Bu dükanda dərhal və ağrısız öldürən zəhərdən tutmuş, seppuku (harakiri) üçün samuray qılınclarına qədər zəngin seçimlər var. Ailədə Alan adlı həyatsevər və şən uşaq doğulana qədər hər şey əla idi. Biznes çiçəklənirdi və həyatdan narazı sakinlərin yaşadığı şəhərdə həyatdan razı dükan sahibləri var idi.  

Oşo - Zəka

Image
Kitabın Türkiyə türkcəsində adı: Osho – Zeka Kitabın ingiliscə adı: OshoIntelligence: The Creative Response to Now Kitabı yüklə (Türkiyə türkcəsində) Zeka hayatın özünde vardır Zeka hayatın doğal bir niteliğidir. Tıpkı ateşin sıcak olması Ve havanın görünmez olması Ve suyun aşağı doğru akması gibi Hayat da zekidir. Tarixən Şərq ruhi yolda uğurla addımlamış, Qrəb isə maddiyatçılığı ilə dünyada ən istehlakçı cəmiyyətlərin əsasını qoymuşdur. Qərb alimləri müxtəlif suallara müvəqqəti və qəti cavablar verərkən, Şərq filosofları cavabları ilə zaman-məkan kəsişməsini aşmış və tamamilə qeyri-qəti olmuşlar. Qərbin ekzistensializm fəlsəfəsi ilə yaşayan insan bədbəxt insandır. O, hal-hazırda sahib olduğunu görməyi bacarmayan, yaşadığı anı hiss etməyən və həmişə hər şeydən şikayətçi olan birisidir. Tamamilə şərq fəlsəfəsi ilə yaşayan insan da bədbəxt insandır. Çünki o, ifrat güvən və ya ifrat xurafat və mövhumata bulaşa bilər. Hər iki fəlsəfəni özündə birləşdirməyi bacara

Bob Şou - Yadların gəmisi - Боб Шоу - Корабль странников

Image
         “Yadların gəmisi” elmi,kosmik, fantasik, dramatik, macera və psixo-sosial janrın ucu-bucağı görünməyən görünməz sularında üzür. İlıq, əbədi, kosmik küləksə gəminin yelkənini bir uludzdan (limandan) o birisinə istiqamət-ləndirir. Hərdənbir çox güclü tufanlar olur. Yeni limanların kəşfi xatirinə sağ qalmaq lazımdır.  Gəmi lövbər salaraq, sonzuluğun xəritəsini hazırlamağa çalışır. Topoqrafiq modullar dayanmadan çalışır. Bir-birinə yad heyət üzvlərindən bəziləri çox qısa müddətliyinə bu riskli işlə məşğul olsalar da, artıq veteran olan və böyük hörmət-izzət sahibi, Devid Sercenner, kosmosun əbədiyyəti və rəngarəngliyindən uzaq qalmaq istəmir. Kainatın sonzuluğu bir-birinə yad olanları bir-birinə doğmalaşdırmağa çalışır. Nə qəribədir ki, insan övladı Yer planetini tərk etdiyi andan etibarən hər yerə yaddır. Bəlkə də bu belə deyil. Bəlkə də uzaq və yaxın deyə bir anlayış yoxdur. Əsas məsələ niyyətdir. İnsan xoş niyyətlə kainatın kəşfinə çıxırsa, onun üçün hər yer doğma, müstəmləkə

Yasunari Kavabata - "Ürək", "Ariqato" və "Kameliya" hekayələri haqqında

Image
          Ürək – Bu miniatür hekayə ailə sevgisini o qədər gözəl təsvir edir ki, əlavə şərhə ehtiyac yoxdur əslində. Bu kiçicik hekayədə ailə sevgisinin klassik qayda-qanunları alt-üst edib möcüzələr yarada biləcəyi təsvir olunub. Yasunari Kavabata ucsuz-bucaqsız kainata sığışmayan sevgini kiçik bir hekayəyə sığışdırmağı bacarıb. Bu hekayədə insanı insan edən xüsusiyyətləri, insanın necə özünü aşdığını görmək olar. Hekayədəki sevgi ilə ətrafımdakı real həyatda gördüyüm sevgiləri müqayisə edəndə, ətrafımda şahidi olduqlarımın necə də cılız və zəif qaldığını gördüm. Çünki insan alver eləməyi sevən canlıdır. Sevgini də ticari münasibətlər və qarşılıqlı şərtlər qəlibinə salıb. Kavabata bizi məhdudiyyətsizliyə, əbədiyyətə çağırır. O, tipik insan məntiqi-təfəkkürünün yaratdığı qruplaşdırmalardan olan yaxın və uzaq anlayışlarını ələ salır. Səmimi deyirəm, hekayə məndə əvvəllər tamamilə başqa cür düşündüyüm ailə sevgisinə fərqli yanaşmağı vadar etdi. Buna baxmayaraq içimdəki son nəticəyə ge

Sabahın xeyir, Vyetnam - Good Morning, Vietnam (1987)

Image
         1965-ci ildə Vyetnam skandallı radio aparıcı karyerasına başlayan Edrian Kronauerin “sabahın xeyir Vyetnaaaaaaam!” çığırtısı ilə sarsıldı. O, dərhal ictimayətin sevimlisi, yüksək vəzifəlilərin (sistemin) isə düşməninə çevrildi. Bayram və karnaval əhval-ruhiyəli Edrian sadəcə sistemlə deyil, eyni zamanda anti-humanizm, millətlərarası düşmənçiliklə də kəllə-kəlləyə gəlir. Edrianın sadə Vyetnam insanları, xoşməramlı amerikan missiyası və sevgidə ola illüziyaları dağılır. Bu radio aparıcısı öz zarafatları və şadyanalığı ilə həqiqətən də hərbi intizama təhlükə yaradır. Hərbi fəaliyyətəlrin episentrində olsa da, öz ləyaqətini və yumor hissini itirmir. Radio qəbuledicilərdə “sabahın xeyir Vyetnaaaaaaam!” cümləsi eşidiləndən sonra insanlara elə gəlir ki, heç vaxt axşam düşməyəcək.

Miçio Kaku - Vizyonlar

Image
Michio Kaku             Miçio Kaku (Michio Kaku) kimdir? – Miçio Kaku Nyu York Universitetində uzun müddətdir ki çalışan nəzəri fizik və futuristdir. Fizika və gələcəyin dünyası ilə əalqdar bir çox kitabların müəllfidir. Yazıçı “Mümkünsüzün fizikası”, “Gələcəyin fizikası”, “Hiperkosmos”, “Paralel dünyalar”, “Eynşteynin kosmosu və başqa bir çox bestsellerlərin müəllifidir. BBC, Discovery, History Chnanel və Science Chanel kimi kanallarda bəzi verlişlərin çəkilişində iştirak etmişdir. Bildiyim qədəriylə müəllif Silikon Vadisində də çalışmışdır. Silikon Vadisi isə elə bir yerdir ki, bizim 10 il sonra istifadə edəcəyimiz texnologiyalar artıq orda hazırdır. Hələ portotipləri demirəm.

Yukio Misima - Qızıl Məbəd - Юкио Мисима - Золотой Храм

Image
            Təqdimat – “Qızıl məbəd”, baş qəhrəmanın arxasınca qaçdığı, amma tuta bilmədiyi gözəllik haqqında olan bir romandır. Yukio Misima gözəllik anlayışı haqqında mükəmməl fikirlər irəli sürüb. Gözəllik hamıya özünü müvəqqəti olaraq göstərər, lakin heç kimə aid olmaz. Gözəllik çox qəddardır. Romanı oxuduqca həmin mühitə düşməmək mümkün deyil. Bunun səbəbkarı isə Boris Akunindir. Əsəri yapon dilindən möhtəşəm formada tərcümə etmişdir. Mən hələ belə tərcümə oxumamışdım. Kiyotoda yerləşən Kinkakudzi məbədində xidmət edən cavan rahib haqqında olan “Qızıl Məbəd” romanı, yazıçının dünyada və Yaponiyada ən çox oxunan və tanınan əsərlərindən hesab olunur. 1950-ci ildə Kinkakudzi məbədini alova qərq edən buddist rahibliyinə hazırlaşan şagird, Misimada dərin hisslər oyadır. Misima hesab edir ki, məhv və ya ölüm gözəlliyi daha da təkmilləşdirir. Beləliklə də roman yazılmağa başlanılır və 1956-cı ildə tamamlanır.

Fridrix Engels - İnsanın meymundan yaranmasında əməyin rolu

Image
         İxtisasca yüksəksəviyyəli biyoloq olan xalamdan canlılar aləmi haqqında çox şey öyrənmişəm. 2 ay bundan öncə insanın yaranması və təkamülü haqqında söhbət edirdik. Bir çox mövzuda yenə də bəzi şeyləri öyrəndim. Xalam mənə dedi ki, Fridirix Engelsin çox qısa bir məqaləsi var ki, adı da belədir: İnsannın meymundan yaranmasında əməyin rolu. Çox maraqlı məqalə olduğunu dedi. Sözün düzü, əvvəlcə bunun kitab olduğunu başa düşmüşdüm. Oturdum interneti ələk-vələk etdim, amma axırda məqalə olaraq tapa bildim və əsərin kitab olmadığını məqalə olduğunun şahidi oldum. Universitetdə yaranmış boş vaxtımda oxudum. 

Mixayıl Yelizarov - Burattini. Faşizm keçdi getdi - Михаил Елизаров - Бураттини. Фашизм прошел

Image
Yelizarovun bu esseistikası, bizə başda sovet cizgi filmlərinə və bəzi digər filmlərə fərqli yanaşıb, gizli motivləri deşifrə etmək üçün imkan yaradır. Məsələn, Üç donuz balası Nif-nif, Naf-naf və Nuf-nuf haqqında olan cizgi filmi göründüyü kimi deyil. Əslində bu cizgi filmində massonlar və templier ordeni haqqında maraqlı məqamlar var. Tutuquşu Keşa isə, bir yerdən başqa yerə miqrasiya edən, həmişə məyus olan yəhudi dissidentlərini simvolizə edir.  Buratino day demə Mussoliniymiş. Bəs onun Pinokyodan fərqi nədir? Pinokyo nəyi simvolizə edir? Hamımızın sevdiyi “Nu Paqodi” cizgi filmi hansı cəmiyyəti təsvir edir? Oradakı canavarla dovşan arasındakı münasibətlər çoxlarını şok edə bilər. Elə vaxtıykən bir çox sovet hərbi generalları və başbilənləri, canavarın uşaqlara pis nümunə təşkil etdiyini (avara, tüfeyli həyat tərzi sürən, tikintidə az-maz işləyib maaş alan, ağlı ancaq dovaşnda olan fərd) deyib, cizgi filminin nümayişini qadağan etmək istəyirdilər.  Qoğalın nağılı isə əslində d

Qabriel Qarsiya Markes - Mənim Hüznlü Fahişələrim

Image
Təəssüratlarım mənfi kontekstdədir. Təsəvvürə gətirmək çətindir ki, 90 yaşlı qoca bir kişi 90-cı ad gününnə 14 yaşlı bakirə qız hədiyyə almaq istəyir. Bu 90 illik ömründə qoca ailə həyatı qurmayıb, heç sevməyib də. Əvəzinə ömrü günü fahişəxanalarda keçib. Hətta siyahı da tutub. İndi 90 yaşında sevgi sevmək istəyir. Bu canlı meyit aşiq olur deyəsən. Elə bil səsinizi eşidirəm: “Axı sevgi yaş tanımaz”. Nə deyim. Bir şeyi dəqiq deyə bilərm ki, 90 yaşlı bu qoca yaşından başından utanmalıdır ki, belə istəklər arxasınca qaçır. Onun bu yersiz istəkləri vaxtında ödənməyən ailə uşaq, nəvə sevgisinin psixoloji travmalarından başqa bir şey deyil. Ona görə də ölənə qədər o bunun ağrılarını bütün bədənində hiss edəcək. Yazıçı da boş bir illüziya yaratmaqdan başqa bir şey etməyib. Mənə elə gəlir ki, 90 yaşında bir insanın heç bir əxlaqi dəyərlərinin olmaması yaxşı şey deyil. Əgər sən doymamısansa, həmişə aclıq səni izləyəcək. Markesin yazı üslubunu bəyənmirəm. Bundan əvvəl “Yüz ilin tənhalığı” (ya

Nitsşe Ağlayanda - When Nietzche Wept

Image
Hərgah ki, Nitsşe bir çox sahədə peyğəmbər olsa da, şəxsiyyətlərarası münasibətlərdə mütəxəssis deyildi.  Yəni dünyada ondan da yalnız insan olub? – İrvin Yalom – Eşqdən müalicə Süjet – İrvin Yalomun eyniadlı əsərinin ekranizasiyası, 19-cu əsr psixoanalizin doğulmaq ərəfəsində olduğu intellektual Vyana cəmiyyətini nümayiş etdirir. Filmdə Josef Breur, Fridirix Nitsşe, Lu Salome və Ziqmund Freyd kimi şəxsiyyətlər iştirak edir. Onların bir-biriləriylə münasibətini, insan yalnızlığını, insan psixologiyasının fövqəladəliliyini göstərən bir film. Filmin şüarı: We Are More In Love With Desire Than The Desired

Fridirix Nitsşe - Zərdüşt Belə Dedi

Image
...kömək elə mənə Nitsşe. Hamı məni tək qoyur. Elə sənin aqibətini mən də yaşayıram. Sən özün deyirdin: “Nə vaxt ki, dostlaşmağa çalışırdım, satqınlığa məruz qalırdım.” Ətdən sümükdən olan insanlar məni tək qoyur, Nitsşe. Bilirəm onlar niyə belə edirlər. Sən də bir daha bunu mənə göstərdin. Ancaq ki, bir şeyi deyim ki, yalnızlaşdıqca dəlisovlaşıram. Bu hal mənim özümü hərdən qorxudur, amma başqa alternativim yoxdur. Səndən də, digər yazıçılardan da kömək istəyirəm. kömək edin ki, yalnızlığıma qərq ola bilim...

Edward Luce - Tanrılara Rəğmən Hindistanın Fövqəl İnkişafı

Image
Edward Luce          Bu yaxınlarda internetdə maraqlı bir kitab özətinə rast gəldim. Bu kitab mənim həm fəlsəfi-dini görüşləri, həm də iqtisadi-siyasi durumu ilə mütəmmadi olaraq maraqlandığım nəhəng Cənubi Asiya ölkəsi olan Hindistan haqqında idi. Kitabın adı çox diqqət cəlb edəndir: Tanrılara rəğmən Hindistanın fövqəl inkişafı. Dünya iqtisadiyyatı ilə az da olsa maraqlananlar bilir ki, son 15 ildə Hindistan, dünyanın ən ucuz intellektual qüvvəsinə sahiblənməyi bacarmış, xidmət sektorunda böyük nəaliyyətlər əldə etmiş və çox önməli tərəqqilər nümayiş etdirə bilmişdir. Hindistan həmişə özünəməxsus coğrafi məkan olmuşdur. Bəşər sivilizasiyasına çox tövhələr verməyi bacarmış və tarixdə bir çox iz buraxmışdır. Mən həmişə demişəm və yenə də deyirəm: Hindistan elə-belə yer deyil!

7 Həyat

Image
Filmin ingiliscə adı: 7 pounds Filmin rusca adı: Семь жизней İl: 2008 Janr: Drama Filmin şüarı: Onlar tanış deyillər. Onların müxtəlif taleləri var. Lakin onların ümumi sirri var. Rejissor: Gabriele Muccino Aktyorlar: Will Smith, Rosario Dawson, Woody Harrelson Mükafatlar: BET Award, Image Award, Süjet – Keçmiş mühəndis Tim, etdiyi fatal səhvləri düzəltmək üçün inanılmaz bir səyahətə çıxır. Səyahət müddətində, birisi ölümcül xəstə olan və özünü qanadı qırılmış qız adlandıran Emili olmaq üzrə, 7 nəfəri axtarıb tapır. O, ən çətin suala cavab axtarır. Gözlənilmədən Tim qıza aşiq olur və bu da öz növbəsində onun ilkin planlarını pozur. Bəs yaxşı, Tim planlaşdırdığını edə biləcəkmi? Onun nə planlaşdırdığımı öyrənəndə isə çox təsirlənəcəksiniz. Hətta ola bilər ki, hisslərinizi cilovlaya bilməyib ağlayasız.

Haruki Murakami - Pinbol,1973 - Пинбол-1973

Image
          Sinopsis – Bağlılıq. Asılılıq. Yalnızlıq. Kədər. Qeyb. Fərqli düşünən insanlar. Fərqli davranışlar. Seçimlər. Axtarmaq və tapmaq. Azad olmaq. Yeni şans.       “Siçovul Triologiyası”-nın ikinci kitabı. Siçovul (obrazın ləqəbi belədir) haqqındadırmı kitab? Deyil. Siçovul sadəcə periferik bir obrazdır. Hardasa buralardadır, amma mərkəzdə deyil. Gəlin birlikdə axtaraq. Həm siçovulu, həm də cavablarımızı. Bunu bir növ qısa səyahət kimi qəbul edin (ya da pazzl quraşdırmaq kimi). İki yalnızlıq haqqında, melanxolik energetik vampir olan Haruki Murakaminin, Murakamaniya yaradan növbəti toru. Obrazlar həyatdakı yerləri haqqında düşünür, keçmişi yada salır və xəyallar qururlar...

Ən yaxşı vaxtlar - The Best of Times

Image
Filmin ingiliscə adı: The Best of Times Filmin rusca adı: Лучшие времена İl: 1986 Janr: komediya, idman, dram Filmin şüarı: A film with a catch (or two) Rejissor: Roger Spottiswoode Aktyorlar: Robin Williams, Kurt Russell, Pamela Reed, Holly Palance Mükafatlar:          ---

Tıq-tıq xanımın metamorfozu

Image
    Deməli, bu yaxınlarda “Kitabı Karandaşla Oxuyanlar” facebook səhifəsində adı çəkilən səhifənin və saytın (http://www.kkoworld.com/) üzvləri tərəfindən “Tıq-tıq xanımın metamorfozu” adlı kiçik esselər toplusunu hazırlandığını gördüm. Dərhal marağıma səbəb oldu və Mixail Yelizarovun “Burattini: Faşizm keçdi getdi” (Михаил Юрьевич Елизаров - Бураттини. Фашизм прошел) kitabını xatırladım. Əlbəttə, “Tıq-tıq xanımın metamorfozu” adlı esseləri oxuduqdan sonra bu iki kitab arasında fərqlərin çox olduğunu (və ya heç bənzəmədiklərini) də gördüm (bu məsələyə aşağıda qısaca yenə də toxunacam).

Benjamin Battonun sirli hekayəsi

Image
Filmin ingiliscə adı: The Curious Case of Benjamin Button Filmin rusca adı: Загадочная история Бенджамина Баттона İl: 2008 Rejissor: David Fincher Aktyorlar: Cate Blanchett, Brad Pitt, Julia Ormond, Faune A. Chambers Mükafatlar: 3 oskar, AFI Award, Saturn Award İçimdə elə bir hiss var ki, sanki, bütöv bir ömür yaşamışam, amma heç nə xatırlamıram.

Haruki Murakami - Küləyin Nəğməsini Dinlə

Image
Kitabın ingiliscə adı: Hear the Wind Sing Kitabın rusca adı: Слушай песню ветра Janr: Roman Ümumi xarakteristika: Fəlsəfə, Psixologiya, Sosiologiya   Qısaca süjet – Romanın konkret süjet xətti yoxdur. Roman, demək olar ki,  obrazların fəlsəfi dialoqlarından ibarətdir. Həyatları kəsişən maraqlı, fərqli insanlar. Murakaminin ilk romanı (1979-cu ildə yazılıb) olan “Küləyin nəğməsini dinlə”, sizi düşüncə dalğalarında sörfinqə dəvət edir. Vaxtaşırı dalğalar gəlir və sizi göylərə qaldırır. Kitabı oxumaq yox , hiss etmək lazımdır. Təəssüratlarım - Kitabı vərəqlədikcə Haruki Murakami, Viktor Pelevin, Çingiz Aytmatov və Riçard Bax kimi yazıçıların, mənim üçün etalon funksiyasını icra etdiklərini bir daha yaxşı başa düşürdüm, çünki bu yazıçılar mənə gələcək qiraətlərimdə nəyin keyfiyytəli, nəyin keyfiyyətsiz olduğunu seçməyə köməkçi olacaqlar. Haruki Murakaminin obrazları yalnız obrazlardır. Elə bu aspekt məni çox qane edir və zövq verir. Bu yazıçının əsərləri

Qiraətin Qiymət Anatomiyası

Image
Giriş - Bir neçə il bundan öncəki dövrlərlə müqayisədə, son zamanlar cəmiyyətimizdə kitab oxumağa, kitab almağa, kitabxana yaratmağa və kitab müzakirə etməyə həvəs artmışdır. Azərbaycanın kitab sənayesində həm idxal həm də yerli kitab seqmentində canlanma baş verir. Bu artışın səbəbi həm makroiqtisadi faktorlar həm də sosial şəbəkələrdə kitab oxumağın təbliğ olunması və bir çox kitabların dilimizə tərcüməsidir. Əvvəllər metroda gedərkən çox nadir hallarda kitab oxuyan insanlar görürdümsə də (rus dillilər istisnadır), hal-hazırda bunun sayında artış var. Bu sevindirici haldır. Hər halda kitaba həvəs artır və əvvəlki entropik vəziyyəti sıradan çıxarır. Dəyişməyən isə, ictimai nəqliyyatlarda rus nənələrinin dəyişməz hobbisi olan qiraətdir. Mən həqiqətən də, rus qarılarına heyranam (səhv anlamayın :D). Heç vaxt qiraətlərini saxlamazlar. Bu yazını yazmaqda əsas məqsədim, kitabsevərlərə kitablar haqqında səhnəarxası bəzi məlumatları verməkdir. Aldığımız kitabların qiymətinin əmələ gə

Robert Kiyosaki - Varlı ata, kasıb ata

Image
Kitabın rusca adı: Роберт Кийосаки, Шэрон Лечтер - Богатый папа, Бедный папа Kitabın ingiliscə adı: Robert Kiyosaki - Rich Dad Poor Dad There's no money in poetry, but then there's no poetry in money, either. Robert Graves

Qurban Səid - Əli və Nino

Image
Qərb Qrəbdir, Şərq isə Şərq və onlar yer ilə göyün qorxulu məhkəməsinə qədər yerlərindən tərpənməyəcəkələr. - R.Kiplinq - Qərb və Şərq Haqqında Ballada.          Təqdimat - 20-ci əsrin heç bir romanı bu qədər sirli deyil. "Əli və Nino" romanı birinci dəfə alman dilində çap olunmuşdur. Daha sonra əsərin əlyazması sirli formada qeyb olmuşdur və hələ də axtarışdadır. "Qurban Səid" adı altında kimin gizləndiyi ilə əlaqədar ədəbiyyatşünaslar hələ də baş sındırırlar. Romanın müəllifi hər kim olursa olsun, bir şey açıq-aşkardır: roman keçən əsrin əvvəllərində Qafqazda və İranda baş verən ən dramatik və romantik hadisələrdən bəhs edən bir əsərdir. İlk dəfə Almaniyada çap olunan bu kitab bu gün bütün dünyada oxunur və bəyənilir. (livelib.ru)

Hudzonda Moskva - Moscow on the Hudson - Москва на Гудзоне

Image
Baş  Rollarda - Robin Williams, Maria Conchita Alonso, Cleavant Derricks Rejissor - Paul Mazursky Ssenari müəllifləri - Paul Mazursky, Leon Capetanos Janr - Komediya, drama, romans İl - 1984

Haruki Murakami - After Dark - Послемрак

Image
Kitabın ingiliscə adı: After Dark Kitabın rusca adı: Послемрак Kitabın yaponca adı: アフターダーク ; Afutā Dāku Janr: Magik Realizm (müasir) Ümumi xarakteristika: Fəlsəfə, Psixologiya, Sosiologiya Başvermə yeri: Şərqi Asiya - Yaponiya Süjet forması: Düzxətli-paralel Yaş Məhdudiyyəti: Böyüklər üçün - 18+ (16+ da olar)          Süjet: Bütün hadisələr Tokionun mərkəzində bir gecədə baş verir. Baş obrazlar: 19 yaşlı tələbə qız Mari, kafedə kitab oxuyaraq gecəsini keçirir. Orada o, trambonda ifa edə tələbə Takaxasi ilə tanış olur. Takaxasi Marinin bacısı Erini tanıyır. Bu arada Eri dərin yuxudadır. Mari (Meri) keçmiş güləşçi və hazırki otel administratoru Kaoru ilə və kompyuter eksperti tərəfindən həmin oteldə döyülən bir çinli fahişə ilə tanış olur.          Müxtəlif tərəflərə səpələnən obrazlar. Onlardan bəziləri tələsir, bəziləri isə heç bir yerə tələsmirlər. Bəzilərinin məqsədləri var, bəzilərinin isə yoxdur. Bəziləri vaxtın tez keçməsini, bəziləri isə heç keçməməs

Oyuncaqlar - Toys - Игрушки

Image
Baş  Rollarda - Robin Williams, Michael Gambon, Joan Cusack, Robin Wright Rejissor - Barry Levinson Ssenari müəllifləri - Valerie Curtin, Barry Levinson