Haruki Murakami - Pinbol,1973 - Пинбол-1973
.jpg)
“Siçovul Triologiyası”-nın ikinci kitabı. Siçovul (obrazın ləqəbi belədir)
haqqındadırmı kitab? Deyil. Siçovul sadəcə periferik bir obrazdır. Hardasa
buralardadır, amma mərkəzdə deyil. Gəlin birlikdə axtaraq. Həm siçovulu, həm də
cavablarımızı. Bunu bir növ qısa səyahət kimi qəbul edin (ya da pazzl
quraşdırmaq kimi). İki yalnızlıq haqqında, melanxolik energetik vampir olan
Haruki Murakaminin, Murakamaniya yaradan növbəti toru. Obrazlar həyatdakı yerləri
haqqında düşünür, keçmişi yada salır və xəyallar qururlar...
Yəqin ki, bir çox Murakami oxuyucuları
onun üslubunun xarakterik xüsusiyyətlərini bilir. Musiqi, film və mistika. Bəzən
mənə elə gəlir ki, Murakami yolla gedərkən, nəyəsə ani olaraq, düşünmədən
baxıb, onun haqqında düşünüb və ya xəyalən bütöv bir ömür yaşayıb, evə gəlib
bunu üzərində işlədiyi romana əlavə edib. Murakami faktları özününküləşdirərək
oxucularına çatdırır. Elə əsas məsələ də budur.
Romanda hadisələr heç bir təəccüb və
heyrət hissi olmadan təsvir edilir. Əkiz qızların naməlum yerdən və səbəbdən
baş qəhrəmanın həyatında peyda olmağı və getməyi, splitterin (bölücü) dəfni və
digər “adi” şeylər, tamamilə normal bir şey kimi təsvir olunub. Baş personajın
həyatında “Pinbol” adlanan oyun və oyunu oynamağa imkan verən qurğu peyda
olduqdan sonra, onun həyatına yeni nəfəs gəlir. Onu qazanır və itirir. Pinbol
elə bir oyundu ki, o sənin vaxtını və pulunu alaraq, əvəzində isə yanıb-sönən
lampalar və nominal xallardan başqa heç nə vermir. Həyat da müəyyən mənada belədir.
Oyun bitəndə geridə boş ciblər, yorğun gözlər və yeni şans ümidi ilə nə edəcəyini
bilmirsən. Oyun zalını tərk etməlisən.


Ümumiyyətlə məndən Murakami haqqında
soruşanda ki, o, nə haqqında yazır, mən bu suala cavab verməkdə çətinlik çəkirəm.
Stili və üslubu çox xoşuma gəlsə də, hətta bütün kitablarını oxusam da, məncə,
yenə də dəqiqliklə demək çətindir ki, o, nə haqqında yazır. Bircə bu termini məqsədəuyğun
görürəm: yalnızlıq.
Kitabdan
sitatlar:
1. Əgər giriş varsa, çıxış da var. Demək olar ki hər şey belə
quraşdırılıb: tozsoran, heyvanxana, çaydan... Bu qanuna tabe olmayan əşyalar da
var. Məsələn, siçan tələsəi.
2. Niyə? – deyə öz-özümüzə sual veririk, amma cavab tapa bilmirik. Yaxşı
sualların hər zaman cavabı olmur.
3. Aşağı-yuxarı hamı müəyyən sxemlə bu həyata daxil olur. Əgər kiminsə
sxemi mənimkindən çox fərqlənirsə, əsəbiləşirəm. Əgər kiminmkisə çox oxşayıra məyus
oluram.
4. Bilirsən, mən çox maraqlı bir ulduz kimi doğulmuşam. Nə istəsəm onu
da əldə edirəm, amma nəyisə əldə edən kimi nəyisə də itiririəm.
5. Keçmiş və bu gün haqqında olduğu kimi danışırlar, amma gələcək
haqqında həmişə “ola bilsin” sözündən istifadə edirik.
6. Tərcüməsiz: От пинбольного автомата вы не получаете практически
ничего - только гордость от перемены цифр. А теряете довольно много. Вы теряете
столько меди, что из нее можно было бы соорудить памятники всем президентам, - не
говоря уже о драгоценном времени, которое не вернуть. Покуда вы истощаете себя,
одиноко сидя у пинбольного автомата, кто-то, быть может, читает Пруста. Кто-то
другой смотрит в автомобильном кинотеатре "Смелую погоню", по ходу
действа предаваясь тяжелому петтингу с подругой. Не исключено, что первый
станет писателем, проникнувшим в суть вещей, а второй создаст счастливую семью.
И ведь галвное - пинбольный автомат не следует за вами по пятам, куда бы не
пошли. Он просто зажигает лампочку повтоной игры. "Риплэй",
"риплэй", "риплэй", "риплэй"... Может возникнуть
впечатление, что целью этой машины является бесконечность как таковая. О
бесконечности мы знаем немного. С другой стороны, можно строить догадки по
поводу ее отражений. Цель пинбола лежит не в самовыражении, а в
самопреобразовании. Не в расширении "эго", а в его суждении. Не в
анализе, а в охвате. Но если вы ставите своей целью самовыражение, расширение
"эго" или же анализ, то вас, скорее всего, настигнет неотразимое
возмездие лампочки "Нарушение правил". Приятной игры!
Comments
Post a Comment