Posts

Showing posts with the label mistika

Mikayıl Naymi - Mirdadın kitabı

Image
Rus dilində kitabın adı: Михаил Наими -  Книга Мирдада. Необыкновенная история монастыря, который когда-то назывался Ковчегом   İngilis dilində kitabın adı: Mikha'il Na'ima - The Book of Mirdad Bu əsrarəngiz əsər, Livan ədəbiyyatının klassiki Mikayıl Naymiyə məxsusdur. O, görkəmli ərəb-amerikan yazıçısı, şairi, rəssamı, filosofu Cibran Xəlilin yaxın dostu olub. İyirminci əsrin aydınlarından olan Oşo bu kitab haqqında belə deyir: ""Mirdadın kitabı" mənim ən sevimli kitablarımdandır. Bu əbədiyaşar kitablar sırasına daxildir. Əgər mən ən dəyərli kitabların siyahısı tərtib edəsi olsam, o zaman bu kitabı siyahıda birinci qeyd edərəm". 

Mən - başlanğıc - I Origins - Я – начало

Image
Mayk Kehill ( Mike Cahill ). Bu ad artıq tanınmağa başlasa da, gələcəkdə bu rejissorun müasir kinematoqrafiyada ən məşhur rejissorların sırasına daxil olmağı şübhə doğurmur. O, artıq zamanın sınağından çıxmağa başlayıb. aykın 2011-ci ildə çəkdiyi "Another Earth" filmi özünəməxsusluğu, dərin mənası və düşündürdüyü mövzular baxımından özünə layiqli yer tutmuşdu. Bu yaxınlarda isə laboratoriyada öz asistenti ilə bəşəriyyəti dəyişdirəcək kəşflər edən molekulyar bioloq alimdən bəhs edən filmin də olduğunu öyrəndim. Treylerinə baxmaq kifayət etdi ki, mənə nəyin təqdim olunacağını başa düşüm. Odur ki, son dövrlərdə təsirləndiyim və heyran qaldığım filmlər sırasına daxil etdiyim yeni film yarandı. Motiv baxımından elə bir filmdir ki, arzu edərdim hamı başa düşsə də, düşməsə də filmi izləsin.  Film çatdırmaq istədiyi mövzuların nüvəsinə qərq olmağa məcbur edir və təsirləndirir. 

Cibran Xəlil Cibran - Qırıq Qanadlar

Image
Rus dilində kitabın adı:  Сломанные крылья  Джебран Халиль Джебран İngilis dilində kitabın adı:    Kahlil Gibran -  The Broken Wings Uunutmayın: Qanadları sınmış quş heç vaxt uça bilməz... Sevgini səmada süzən quşa bənzədə bilərik. Bəzənsə onun qanaqları qırılır. O zaman quş onun üçün olmayan yerdə yaşamağa məcbur olur. Daha doğrusu torpaq onu öz zindanında məhkum edir. Quşla torpağın görüşü yalnız yolun sonunda ola bilər. Bəzən isə yolun ortasında da olur... Bi kitab haqqında nə yazacağımı bilmirəm. Xəlil Cibran yazdığı  bu əsərlə nəzmlə nəsri, musiqi ilə şeiri, fəlsəfə ilə şərq mistizmini, romantika ilə faciəni, ilahi qüvvə ilə insani vəhşilikləri, bir sözlə, yerlə göyü birləşdirib. Susmağı sözlərlə çarəsizcə bu gözəlliyi təsvir etməkdən üstün tuturam. Ona görə də müəyyən hissələrini tərcümə edib bölüşürəm ki, Xəlil Cibranın və əsərlərinin böyüklüyünü başa düşmək daha rahat olsun. Tərcümələrin nə dərəcədə yaxşı alındığını deyə bilməsəm də,...

Daha soyuq qış - Steel Cold Winter - Зима холодной стали

Image
Bu yazını yazmaqda əsas məqsədim, tez-tez başıma gələn "sağollaşa bilməmək" sindromu ilə əlaqədardır. Bilmirəm sizdə olur yoxsa yox, amma məndə olur. Hansısa filmi və ya kitabın yaratdığı təəssüratlar o qədər güclü olur ki, mən onun haqqında kiməsə danışmasam, beynimi tərk etmir.  Yun Su Seulda çox uğurlu bir şagird idi. Bir gün axmaq zarafata görə dostu intihar edir. Bunda Yun Sunu günahlandırmağa can atsalar da, atası tərəfindən müdaxilə olunur və Yun Sunun günahsızlığı sübut edilir. Atası başa düşür ki, oğlu daha Seulda rahatlıq tapa bilməyəcək. Ona görə də kənd yerinə köçmək qərarını verir. Yun Su burada He Von adlı qəribə qızı müşahidə edir. Bu qızı hamı özündən kənara qovsa da, Yun Su üçün bu qız əsrarəngiz gəlir və onunla ünsiyyət qurduqca tədricən keçmişdə olan xoşagəlməz hadisələri unutmağa başlayır.