Qabriel Qarsiya Markes - Mənim Hüznlü Fahişələrim



Təəssüratlarım mənfi kontekstdədir. Təsəvvürə gətirmək çətindir ki, 90 yaşlı qoca bir kişi 90-cı ad gününnə 14 yaşlı bakirə qız hədiyyə almaq istəyir. Bu 90 illik ömründə qoca ailə həyatı qurmayıb, heç sevməyib də. Əvəzinə ömrü günü fahişəxanalarda keçib. Hətta siyahı da tutub. İndi 90 yaşında sevgi sevmək istəyir. Bu canlı meyit aşiq olur deyəsən. Elə bil səsinizi eşidirəm: “Axı sevgi yaş tanımaz”. Nə deyim. Bir şeyi dəqiq deyə bilərm ki, 90 yaşlı bu qoca yaşından başından utanmalıdır ki, belə istəklər arxasınca qaçır. Onun bu yersiz istəkləri vaxtında ödənməyən ailə uşaq, nəvə sevgisinin psixoloji travmalarından başqa bir şey deyil. Ona görə də ölənə qədər o bunun ağrılarını bütün bədənində hiss edəcək. Yazıçı da boş bir illüziya yaratmaqdan başqa bir şey etməyib. Mənə elə gəlir ki, 90 yaşında bir insanın heç bir əxlaqi dəyərlərinin olmaması yaxşı şey deyil. Əgər sən doymamısansa, həmişə aclıq səni izləyəcək. Markesin yazı üslubunu bəyənmirəm. Bundan əvvəl “Yüz ilin tənhalığı” (yarıda qoymuşam) və “Polkovnikə məktub yoxdur” kitablarını oxumuşam. Sadəcə bu kitabın adı diqqətimi cəlb etdi, çünki çoxları fahişəxanalarda cinsi əlaqədən sonra öz ruhlarının dərinliklərinə enirlər. “Bu qadın bir gecəlikdir onsuz da” deyə fikirləşib onlarla dərdləşənlər çox eşitmişəm. Elə fahişələrin özləri də öz tragik həyat hekayələrini tez-tez danışırlar müştərilərinə. Mən də dedim ki, indi yəqin məhz belə motivlərə əsaslanan bir şeydi. Di gəl ki, tamam başqa şey çıxdı. Əsərin adını “Sevgidən məhrum bütöv bir ömür”, “90 yaşlı qocanın izdirabları”, “Qocalıqda sevgi yamandır” kimi adlardan birisinin qoyulması daha məqbul idi. Kitab darıxdırıcı gəldi mənə. Bir xeyli də qıcıqlandım. Oxuyub bitirəndən sonra heç bir qalıcı bir şey qalmdı demək olar ki. Qaldı ki, əsərdə olan bədii təsvir imkanlarına, bax bu pis deyil. 90 yaşlı qoca ömrünü obyektiv və çox poetik dəyərləndirir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi