Posts

Showing posts with the label uğur sirləri

Yelena Ber - Yaxşı əda və biznes-etiket

Image
Елена Бер - Хорошие манеры и деловой этикет. Иллюстрированное руководство Etiket darıxdırıcı rituallar və mərasimlər toplusu deyil. Etiket ünsiyyətdir. Siz ən müxtəlif insanlarla, ən müxtəlif yerlərdə - restoranda, ofisdə, liftdə, ictimai nəqliyyatda ümsiyyətdə olursunuz. Sizi digərlərindən fərqləndirən və özünəmxsus edən cəhət məhz sizin davranışlarınız olur. Uğurlu iş və ya şəxsi əlaqələr, faydalı insanlarla tanış olmaq, bir sözlə, uzunmüddətli əlaqələr yaradaraq insanlarla ünsiyyətdən zövq almaq məhz sizin etiket qaydalarından istifadə etməyinizdən asılıdır. 

M.L. Abramoviç - Yəhudisayağı biznes. 67 qızıl qayda

Image
Orijinal ad:   Михаил Леонидович Абрамович Бизнес по-еврейски. 67 золотых правил Uzun müddət öncə gördüyüm bu kitab məndə böyük maraq oyatmışdı. Ən əsası isə beynimdə olan bir çox suallara cavabın olduğunu düşünmüşdüm: Niyə yəhudilər bu dərəcədə uğur qazanırlar. Onların müəyyən üsulları və sirləri olmalıdır axı. Sonunda oxumağa nail oldum. Oxuduqdan sonra özümə sual verdim: nə dəyişdi? Cavab: çox az şey. Çünki kitabın ilk səhifələri yəhudilərin eramızdan əvvəlki və orta əsrlərdəki tarixinin ultra-qısa tərzdəki icmalı oldu. Daha sonra mənə elə gəldi ki, sanki, hansısa dini kitabı oxuyuram. Tövrat və Talmud kimi kitablardan çoxlu dini rəvayətlər, əfsanələr və onların dini personajlarla olan qısa hekəyələri əks olunub. Bu prinsip kitabın sonuna qədər özünü qoruyub saxlayır. Müəllif bütün bu əxlaqi-etik normaları, qayda-qanunları iş həyatına tətbiq etməyə çalışsa da, bu onda çox zəif alınıb. Oğurluq etmək, yalan danışmaq, dilənçilərə pul vermək və sair kimi bu motivli anla...