Tıq-tıq xanımın metamorfozu

İdeya baxımından çox maraqlı bir toplu
olan “Tıq-tıq xanımın metamorfozu”, həcmcə kiçik və maraqlı konsepsiyadır. Adı
çəkilən esselər toplusunuda müəlliflər, Frans Kafka (Milenaya məktublar),
İldiko Van kürti (Ay işığına tarif), Jan Pol Sartr (Sözlər), Stefani Mayer (Alatoranlıq),
Herman Hesse (Yalquzaq), Conatan Svift (Qulliverin səyahəti), Ceyn Osten
(İnandırma), Çarlz Dikens (Böyük ümidlər), Erix Maria Remark (Zəfər tağı), Samuel
Bekket (Qodotun intizarında), Xulio Kartazar (Xana-xana oyunu) və Daniel Kiz
(Elcernon üçün güllər) kimi məşhur yazıçı və yazıçılara uyğun məşhur əsərlərin
yazı üslubu fonunda, Tıq-tıq xanıma yeni nəfəs qazandırmağa çalışmışlar.
Bəs yaxşı müəlliflər yeni baxış bucağı
yaratmağa çalışarkən nə dərəcədə uğurlu olmuşlar? Nə dərəcədə üslubu düzgün tətbiq
etmişlər? Bu suallara cavab verməzdən qabaq onu qeyd edim ki, mən adı çəkilən
yazıçı və onların adı çəkilən əsərlərinin hamısını oxumamışam, lakin, hər halda
böyük ustalıq və ədəbi yaradıcıllıqla qələmə alınmasa da, Milenaya məktublar,
Böyük ümidlər, Elcernon üçün güllər və Qulliverin səyahəti ilə uyğunluq var və
maraqlı alınıb. Yuxarıda adı sadalanan dünya ədəbiyyatının ağır çəkili döyüşçüləri
ilə bizim “Tıq-tıq” obrazı arasında körpünün yaradılması heç də pis fikir
deyil. Yaradıcı və düşündürücüdür. Müəlliflər bunu etməyə çalışıblar və fikrimcə
nəticə normaldır.
Qaldı ki, “Tıq-tıq xanımın metamorfozu”
və “Burattini: Faşizm keçdi getdi” kitabları arasında oxşar və fərqli cəhətlərə,
hər iki kitab bizə hamı tərəfindən bilinən və sevilən cizgi filmlərinə yeni
yanaşma təqdim edir. Burattini: Faşizm keçdi getdi” kitabında, müəllif əsasən
ifşaedici cəbhədən hücuma keçir. “Nu poqodi” və digər cizgi filmlərində olan bəzi
sətraltı mənaları ifşa etməyə çalışır və məqsədinə çatmaqda kifayət qədər
uğurludur. “Tıq-tıq xanımın metamorfozu” olduqca kiçik həcmlidir, amma
Burattini: Faşizm keçdi getdi” isə, adı çəkilən topludan həcmcə qat-qat çoxdur.
Maraqlananlar buyurub tanış ola bilər.
Hər halda pis deyil. Sadəcə ədəbilik baxımından zəifdir. Çatışmazlıqlar var və
bəzi yerlərdə ifrat banallıq müşahidə olunur. Bəyənməsəniz də çox vaxt itirmiş
olmayacaqsınız, çünki həcmcə kiçikdir.
Comments
Post a Comment