Oyuncaqlar - Toys - Игрушки
Rejissor
- Barry Levinson
Ssenari
müəllifləri -
Valerie Curtin, Barry Levinson
Süjet - Heç kim Lesli Zivo qədər oyuncaqları sevmir. O, özü onları düşünüb
yaradır və atasının fabrikində test edir. Gözlənilmədən Leslinin atası
dünyasını dəyişir və fabriki qardaşı olan hərbi generala miras qoyur. Ailəvi
biznesə aid generalın öz planları var imiş. Qəddar hərbiçi oyuncaq fabrikində
miniatür hərbi texnika istehsal etməyə qərar verir. Lesli yaranmış bu vəziyyətlə
razı deyil və fabriki öz militarist əmisindən geri almaq üçün gərək əlindən gələni
etsin. Bu yolda o, nələrdən keçəcək?
Resenziyam - "Robin Vilyamsın
bütün filmlərinə baxmaq" məqsədini, gördüyünüz kimi, addım-addım
reallaşdırıram. İzlədiyim bu film mənimlə həmyaşıddır (1992). Robin Vilyams hələ
bu filmdə kifayət qədər cavandır. Film olduqca inellektual, düşündürücü və
ifşaedicidir. Açıq-aşkar görsənir ki, filmin rejjissoru və ssenaristi dövrünün
aktual mövzularından ilham alaraq belə bir film çəkmişdir. Filmdə MTV,
militarist video oyunlar və pasifizmlə əlaqədar olduqca yaxşı epizodlar var.
Ümumiyyətlə filmin süjetini elə bu motivlər əmələ gətirir. Günümüzdə bu
mövzulara ayrılan zaman və enerji, sanki, azalıb. 90-cı illərin əvvəllərində
illüminati mövzusu çox böyük populyarlıq qazanmış və 2000-ci illərə qədər bu
populyarlığını bir çox amerikan cizgi serialları və filmlərində biruzə
vermişdir. Bu filmdə də bir epizodda MTV (emty vee) vurğulanır. Hərgah bunun mənasını
tam dərk edə bilməsəm də, bu o MTV-dir ki, amerikan kapitalizminin
propaqandasında ən effektli vasitə hesab olunur. Filmdə MTV fikir yayındıran
vasitə kimi istifadə olunub. Uşaqları yaşlarından əvvəl cinsi əlaqə, narkotik
istifadəsi və psixoloji gərginlik yaradacaq davranışlara təhrik edən bu kanal,
sözün həqiqi mənasında, insanların fikrini yayındıran və sadəcə və sadəcə zərər
verən şər əməlin məhsuludur. Bir digər epizodda general oyun oynayarkən BMT-nin
maşınlarını güllə-baran edərək, onları lazımsız və maneçilik törədən qrup kimi
təqdim edir.
Filmin əsas ideyası generalın hərbi
texnika istehsalına keçid etməsidir. General çox önəmli bir şey qeyd edir: bu
günün uşaqlarının fərqli olduğnu, onların video oyunlar sayəsində bu gün istənilən
hərbiçidən yaxşı nişan aldıqlarını və yaxşı dağıntı törətməkdə olduqlarını qeyd
edir. Diqqətlə fikir versək, əksər video oyunların şiddət və məhv etməyə yönəlik
olduğnunu görəcəyik. Bu filmlər və cizgi filmlərə də aiddir. Bəlkə də gələcəyin
ən yaxşı döyüşçüləri bu günün ən yaxşı video oyunçularıdır. Nə də olsa dünya virtual
dünyaya inteqrasiya edir.
Film maraqlıdır. Yuxarıda qeyd etdiklərimdən
başqa, siz filmdə olduqca maraqlı, rənagarəng epizodlar və əyləncəli məqamlar
görəcəksiniz. Robin Vilyams komik rolların mahir ifaçısıdır. Düşünməyin ki,
film uşaqlar üçündür və izləməyə dəyməz. İmdb reytinqi aşağıdır, çünki
amerikanlar belə filmləri anlamır və sevmirlər.
Comments
Post a Comment