60-cı illərin sonu. Jurnalist Uord, cənubda
yerləşən şəhərlərin birində, qəddarlıqla öldürülmüş şerifin qatilini axtarıb
tapmaq istəyir. Bir nəfər həbs olunub, amma Uord belə hesab edir ki, bu
haqsızlıqla olub. Uord haqsızlıqla mühakimə olunmuş və elektrik stulunda ölüm
hökmünə hazırlaşdırılan qatili həbsxanadan çıxarmaq və kolleqası ilə birlikdə sensasiyalı
material yayımlamaq istəyirlər. Jurnalistlərə qəzetlərin çatdırılması işiylə məşğul
olan, Uordun kiçik qardaşı Cek və cazibadar sarışın Şarlotta kömək edir.
Şarlotta həbsdə olan qatilə aşiq olub. Obazların hamısının gizlətməyə nəyisə
var. Lakin ifşaedici cənub küləyi ən qaranlıq və isti arzuları oyadır. Gözlənilməz
hadisələr. Gözlənilməz insanlar. Qorxulu aqibətlər. Şokedici faktlar. Sarsılan
və dəyişən dünya. Qəzetlərdə çox şeylər yazılmır.
Deyərdim ki, film hamı üçün deyil. Çünki elə səhnələr var ki, həqiqətən
də, iyrənclik hissi yaratdı məndə. Bir çox digər insanlarda da eyni hisslər
yaradacağını istisna etmirəm. Hesab edirəm ki, film izləyiciyə nə verir
sualının cavabı çox vacibdir. Film izləyiciyə ciddi heç nə verməsə də, bir çox
triller kimi izləyicini maraqda, həyəcanda saxlayır. Filmin təqdimatı yaxşı
olsa da, Zak Efronun obrazının filmin 50%-ində tumanda ora-bura gəzməsi belə
filmi xilas etmir. Film nə simpatiya, nə də antipatiya.
Filmin aktyor komandası çox zəngindir.
Belə ki, filmdə Zak Efron (Zac Efron), Metyu Makkonagey (Matthew
McConaughey), Nikol kidman (Nicole Kidman), Con Kusak (John Cusack), Devid
Oyelovo (David Oyelowo) kimi aktyorlar iştirak edir. Bu adlar artıq çox şeydən
xəbər verir. Filmi məhz bu aktyorların performansına görə izləməyə dəyər. Mən
filmin fraqmentlərini televizorda görəndə artıq başa düşdüm ki, filmi yükləyib
diqqətlə izləmək lazımdır. Bir tərəfdən də düşünürəm ki, belə aktyorların bu
cür filmdə bir araya gəlməsi heç də tam uğurlu bir ideya olmadı, amma aktyorlar
filmdə lazımi auranı yaradıblar. Film uzun müddət izləyicinin beynində yaşaya
bilər.
Zak Efronun canlandırdığı obraz – Cek,
özünü axtaran və ətrafında nə baş verdiyini anlamayan, aşiq obrazdır. O,
Şarlottaya aşiqdir, amma Şarlotta belə hesab edir ki, ona kobud, qaba kişi
lazımdır. Bu prosesə real həyatda da çox rast gəlmək olar. Filmdə bircə Efronun
obrazına simpatiya duydum. Müəyyən mənada da filmi Cekin transformasiyası kimi
qəbul etmək olar. Səmimi qəlbdən inanırdım ki, Cek ruhi bataqlıqlardan canını
qurtarıb, layiq olduğu vəziyyətə gələcək.
Filmin obrazları nəyə nail oldular?
Verdikləri qurbanlarla əldə etdikləri uyğun gəlirmi? Məqsəd nə idi? bu suallara
cavab vermək üçün film izlənməlidir. Hər halda hamı bəyənməyəcək, yenə də adı çəkilən
aktyorların tamamilə fərqli obrazlarda görmək yenilik oldu. Çünki baxsaq görərik
ki, film bu aktyorlar üçün xüsusidir. Çox vaxt müsbət rolları ifa edən
aktyorlar, bu filmdə öz ampulalarından çıxıblar.
Qəddar və realistik səhnələri, ağır
atmosferi ilə heç də sadə film olmayan “Qəzetçi” özünəmxsus filmdir. Deməzdim
ki filmdən yüksək səviyyədə zövq almaq olar, amma gah sosial-dram, gah da
dedektiv-triller janrı arasında gedib-gələn film bir çoxları üçün maraqlı olub
və olacaq.
Carol S. Dweck - Mindset: The New Psychology of Success Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısı...
The Interpretation of Dreams by Sigmund Freud Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır.
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ...
Александром Беляев - Человек-амфибия "Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. ...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza...
Comments
Post a Comment