Posts

Showing posts from July, 2017

Fyodor Dostoyevski - Sahibə

Image
RUS: Фёдор Достое́вский - Хозяйка Povest ilk dəfə 1847-ci ildə çap olunub. Süjetin mərkəzində Vasiliy Ardınov adlı şəxsdir. Müəyyən varidatı miras olaraq alan qəhrəman, kilsələri araşdırmaq və öz "sistem"ini yaratmaq üçün öz gücünü səfərbər edən elm adamıdır. Lakin kirayə qaldığı evin sahibəsi Katerina ilə yaranan münasibətləri onu sahib ilə, Murin adlı qəribə insanla nəticəsiz abstrakt mübarizəyə sövq edir. 

Dankirk/ Dunkirk

Image
Britaniya imperiyasının və Fransanın ittifaq qüvvələri Dankirk adlı sahildə düşmən alman ordusu tərəfindən mühasirəyə alınıblar. 1940-cı ildə İkinci Dünya Müharibəsinin 26 may - 4 iyun tarixləri arasındakı ən qəddar və ümidsiz mühasirələrindən olan Dankirk mühasirəsi, tələyə düşmüş bütün bəşəriyyəti simvolizə edir... Dankirki niyə görə və kimlər izləməli? Ümumiyyətlə müharibə neçə-neçə filmlər və kitablar üçün zəngin mənbə rolunu oynayan bəşəri reallıqdır. Biz hər dövrdə, hər ölkədə və cəmiyyətdə bu məyusedici prosesə həsr edilmiş müxtəlif bədii və sənədli yaradıcılıq işləri ilə rastlaşırıq. Həm də nəzərə almaq lazımdır ki, müharibələrin aparıcı və icraedici əsas qüvvəsi kişilərdir. Bilmirəm niyə, məhz sonuncu yazdığım cümlə mənim fikrimdə qadınları müharibə filmlərinin əsas auditoriyasından bir qədər uzaqlaşdırır. Təbii ki, bu o demək deyil ki, qadınlar belə filmləri izləməli deyillər və ya qadınlar müharibələrin iştirakçısı olmurlar, amma gəlin əyri oturub düz danışaq ki, qadınla

Cessika Heqi - Necə maraqlı olmaq olar? 10 sadə addım

Image
ENG: Jessica Hagy - How to Be Interesting: An Instruction Manual RUS: Джессика Хэги - Как быть интересным: 10 простых шагов Belə tip kitabların oxcunun həmin andakı əhval-ruhiyyəsi ilə səsləşməyi çox vacib amildir. Məsələn, mən "Necə maraqlı olmaq olar? 10 sadə addım " kitabını 5 ballıq şkala üzrə 3 ilə qiymətləndirdim. Deməzdim ki, bu qiymət çox aşağıdır. Kitabdan normal təəssürat aldığımı və onu adekvat hesab etdiyimi bildirir. Məsələn, absurda düşdüyüm və ya pessimizm püskürdüyüm ərəfədə kitabı oxusa idim, kitab haqqında heç kimdən çəkinmədən ağzıma gələni deyərdim. Lakin bu dəfə neytral əhvalda gerçəkləşən mütaliə mənə imkan verdi ki, müəllifin maraqlı ideyaları ilə tanış olum və razılaşdığım fikirlərini yadda saxlayım. Bu baxımdan kitab mənim üçün faydalı qiraət oldu.

Sirr nədədir? (Audio-podkast)

Image
Cazibə qanunu haqqında belə bir audio-podkast hazırlamaqda əsas məqsədim o oldu ki, ona qarşı öz yanaşmamı və fikirlərimi də izləyicilərimlə paylaşım. Ümumiyyətlə, "Sirr" bizə məqsəd və hədəflərimizə aparan yolda çox yaxşı dəstəkçi ola bilər. 

Samuray Çemplu/ Samurai Champloo

Image
Çayxanada işləyən Fuu adlı xidmətçi gənc qız iki ustad samurayı cəzadan xilas edərək, başqa bir samurayı, daha dəqiq olsaq, "günəbaxan qoxan samurayı" axtarıb tapmaq üçün onlarla birlikdə səyahətə başlayır. Onları özünə cangüdən hesab edən Fuu, bu səyahət əsnasında onlarla dostlaşır, doğmalaşır. Bu qəribə səyahət onların başına min-bir macəra gətirir. Bir-birilərini tanımadan başladıqları bu macəra sonda hər şeyi aydınlaşdırır. Bütün sosial maskaların arxasında tənha, xəyalpərəst, qisas almaq üçün alışıb-yanan, düşdüyü cəmiyyət tərəfindən dəyişdirilmiş insanların çöhrəsi var. Möhtəşəm Edo erasının Yaponiyası və müasir qərb musiqisi, tırtıldan kəpənəyə çevrilən vizual təcrübə təəssüratı yaşadır. 

Ryu Murakami - 69

Image
"69" beybi-bumerlərin ətraflarındakı dünyanı dəyişdirməklə əlaqədar qurduqları həyat haqqındadır. Halbuki, əslində dünyan onları dəyişdirməklə məşğul idi. Kitab başdan sonra qədər optimizm və qəribə enerji ilə doludur.  "69" romanı öz təhrikedici adından fərqli olaraq tamamilə adi ailə-məişətdən bəhs edən əsərdir. Hər şeydən öncə onu qeyd etmək yerinə düşərdi ki, roman xüsusi auditoriya üçün nəzərdə tutulub. İzah edəsi olsam, kim ki Yaponiyanın 60-cı illərinin sonu, 70-ci illərinin əvvəlləri ilə maraqlanırsa, onda "69" onun üçün adı çəkilən mikromühitə nəzər salmağa yaxından kömək edəcək alət rolunu oynayacaq. Yox əgər oxucu öncədən Yaponiyanın müasir tarixi ilə maraqlanmaq fikrində deyilsə, onda romanın dağınıq süjeti ona maraqsız gələcək. 

İbrahim Niftiyev - Şeytan fəhləsi

Image
Dostlar, müəllifi olduğum povest və hekayələri pulsuz olaraq PDF formatında olan elektron kitab kimi yükləmək üçün keçidi istifadə edə bilərsiniz:  https://yadi.sk/i/7lqUSSAr3L5cC4

Robert Lyuis Stivenson - Dəfinələr adası

Image
ENG: Robert Louis Stevenson - Treasure Island RUS: Роберт Льюис Стивенсон - Остров сокровищ Nəsillərdir birmənalı olaraq macəra janrı deyiləndə oxunan "Dəfinələr adası", xeyir və şərin mübarizəsinin arasında ilişib qalan Cim adlı oğlan uşağının kapitan Silverlə olan mübnasibətlərinin nəticəsində dostluq, sədaqət, cəsarət və şərəf haqqında öyrəndiklərinin, onu necə yetkinləşdirdiyindən bəhs edən möhtəşəm əsərdir. Piratların dünyası dəniz suyu kimi şordur, içdikcə içmək istəyirsən...

Rezonansda terror/ Terror in Resonance

Image
Tokyo silsilə terror hadisələri ilə silkələnir. Terrorçular "Sfinks 1" və "Sfinks 2" adlı obrazlardır. Onlar sosial şəbəkəyə yerləşdirdikləri öz tapmacaları ilə tanınmağa başlayıblar. Sfinksləri izlərinə düşən Sibadzaki adlı polisdən yaxşı başa düşən yoxdur.  Vizual baxımdan olduqca yüksəkkeyfiyyətli olan "Rezonansda terror" animesi sabit təhrikedici qüvvəsi və obrazların səthi çevrilmə prosesi ilə məndə orta dərəcəli təəssüratlar oyatdı. Animenin ən xarakterik xüsusiyyəti kimi onun qəhrəmanlara deyil, antiqəhrəmanlara malik olmasını və izləyiciyə qarşı olduqca hörmətcilliyini göstərmək olar. Bu nə deməkdir? Bu o deməkdir ki, "Rezonansda terror " qeyri-real və səfeh elementlərdən arındırılmış struktura malikdir. Hər şey kifayət qədər konkret və dəqiqdir. Real Yaponiya, tamamilə normal ictimai həyat çərçivəsində təsvir olunan Tokyo, lakin öz keçmişi ilə hesablaşmaq üçün bu ölkəni hədələyən iki nəfər, nizam-intizamın kürkünə birə salmaq üçün k

Narahat qız (Audio-podkast)

Image
Narahat qız (Girl, interrupted) filmi haqqında audio-podkastım

Viktor Pelevin - P5

Image
RUS: Виктор Пелевин - П5: прощальные песни политических пигмеев пиндостана Tam adı "Pindostanın siyasi piqmeylərinin vida nəğmələri" kimi olan "P5", Viktor Pelevinin 2008-ci ildə nəşr olunan qısa hekayələr toplusudur. Topluya "Oxuyan kariatidlər zalı", "Xufu timsahının yemlənməsi", "Nekroment", "Fridman fəzası" və "Assasin" adlı əsərlər daxildir. Naşirlərin və mütəxəssislərin fikrincə, hekayələrin hər biri müasir reallıqlar və problemlər haqqındadır. Hər bir ədəbi nümunə, Rusiya cəmiyyətinin son illər məruz qaldığı ictimai dəyişiklikləri ideal əks etdirir. Adında yer alan "siyası" sözü isə tamamilə simvolik olub, birbaşa siyasətlə bir o qədər də əlaqələnmir. Amma bilmək olmur, bəzən bəzi yerləri ikinci dəfə təkrarən oxuyanda, eyni sözlərin və cümlələrin necə də fərqli ideyanı ötürdüyünün şahidi olursan...

Franz Kafka - Məhkəmə

Image
ENG: Franz Kafka - The Trial  1914-cü ildə yazılan və 1925-ci ilə, Kafkanın ölümünə qədər nəşr olunmayan "Məhkəmə", Cozef K. adlı bank məmurunun ani olaraq  30-cu yaşının tamamında  heç bir səbəb olmadan həbsindən bəhs edən qəribə əsərdir. Cənab K.-nın öz təqsirsizliyini isbatlamaq üçün çıxdığı qəribə yol onu dövlət və bürokratiya aləminə qərq edir, özünün də uzun illərdir içində yaşadığı sistemin absurdluğunu təsvir etməyə başlayır. "Məhkəmə" artıq bir neçə nəsildir ki, bürokratiyanın totalitarizmini bütün çılpaqlığı ilə əks etdirən eqzistensial romandır.