Nitsşe Ağlayanda - When Nietzche Wept

Süjet – İrvin
Yalomun eyniadlı əsərinin ekranizasiyası, 19-cu əsr psixoanalizin doğulmaq ərəfəsində
olduğu intellektual Vyana cəmiyyətini nümayiş etdirir. Filmdə Josef Breur, Fridirix
Nitsşe, Lu Salome və Ziqmund Freyd kimi şəxsiyyətlər iştirak edir. Onların
bir-biriləriylə münasibətini, insan yalnızlığını, insan psixologiyasının fövqəladəliliyini
göstərən bir film. Filmin şüarı: We Are More In Love With Desire Than The
Desired
Resenziyam – Təəssüflər
olsun ki, mən bu hadisələr haqqında ensiklopedik və ətraflı məlumat sahibi deyiləm.
Ona görə də filmdə nəyin doğru, nəyinsə uydurma olduğunu deyə bilmərəm. Filmin
olduqca zəif və çatışmazlıqlarla olan çəkilişinə baxmayaraq, adı çəkilən şəxsiyyətlərdən
bəhs etməsi izləyiciyə kifayət qədər zövq verir. Bu filmin mənim üçün əhəmiyyəti
nə oldu sualına belə cavab vermək istərdim ki, biz görmədiyimiz, sadəcə
eşitdiyimiz hadisələri yaxşı anlaya bilmərik. Adı çəkilən böyük şəxsiyyətlərin roman
əsasında çəkilmiş film vasitəsiylə olsa da işıqlandırılması şəxsən mənim üçün
onların yaradıcıllığını daha yaxşı başa düşməyə kömək oldu və olacaq.
Filmdə təsvir olunan problemlərin universallığı bizə göstərir ki,
insan hissləri, psixologiyası, davranışları və ideyaları ilə əlaqədar olan
problemlər heç bir coğrafi məkana və zamana tabe olmur. Niyə biz müəyyən yerə qədər
gəlib daha sonra ondan imtina edirik. Buna imtina da deməzdim. Daha çox yalnış
etdiyini anlamaq, boşluğa, heçliyə düşmək və çıxış yolu axtarmaq və hardasa
kiminsə səni gözlədiyini və səni sevdiyini düşünmək. Nitsşe və Freyd kimi şəxsiyyətlər
haqqında azdan çoxdan məlumat sahibi olanlar onların hansı mürəkkəb proseslərdən
keçdiklərini də yəqin edərlər. Odur ki, film də mürəkkəb alınıb. Sadəcə çəkilişi
yaxşı deyil. Bu motivli filmlərdə ehtiyatlı olmaq lazımdır. Çünki bu filmlər
qeyd etdiyim kimi bəzi məqamları işıqlandırıcı xüsusiyyətə malikdir və hardasa
nəyinsə çatışmaması yaxşı olmayan nəticələrə səbəb olar. Odur ki, böyük həvəslə
və istəklə olmasa da, yenə də filmi məsləhət görürəm və haqqında yazmağa da
vaxt ayırıram. Maraqlananlar buyurub izləyə bilər.
Comments
Post a Comment