Posts

Showing posts with the label müasir azərbaycan ədəbiyyatı

Fərhad Məmmədov - İsti buz ev

Image
"İsti buz ev - süjet, mövzu və üslub" Anasının banka olan borcunu ödəmək üçün səhərlər internatda kargüzar, gecələr isə ayıq sürücü işləməyə məcbur qalmış Saleh, ailəsi ilə bütün əlaqələri kəsmiş milyonçu əmisinin ölüm xəbərini alır. Bu vaxta qədər ona heç bir xeyri dəyməmiş əmisinin meyitini məsciddən gətirməyi ona həvalə edirlər. Ancaq meyiti gətirən zaman silahlı təhlükəsizlik əməkdaşlarının başçılığı altında “ağ xalatlılar” əmisinin meyitini oğurlayır. İndi Saleh təkbaşına rüsvayçılığa yol açmış bu “böyük oyunun” üstünü açmalı və hər vəchlə əmisinin meyitini ailəsinə qaytarmalıdır.

Tural Şahtaxtinski - On beş insan

Image
Bu dəfə şəxsi tanışlığım olan, potensialına inandığım gənc yazar Tural Şahtaxtinskinin "On beş insan" adlı hekayələr toplusu haqqında fikirlərimi yazmağa çalışdım. Müəllifin kitabda toplanan hekayələri müxtəlif ictimai-sosial problemləri əks etdirən müasir üslublu ailə-məişət zəmnində olan bədii əsərlərdən ibarətdir. Buna baxmayaraq, təbii ki, gənc yazarlarda görmək istədiklərimin bir çoxuna rast gəlməkdə hələ də gözləmə mövqeyindəyəm. İndiki halda "On beş insan" bizə ölkəmizin gənc yazarlar cəmiyyətinin hazırki vəziyyətindən və gələcək prespektivindən kifayət qədər məlumat verir. Tanış olduğum digər kitablar kimi, bu dəfə də çatışmazlıqlar qənaətbəxşliyi üstələdi.

Kamal Abdulla - Sehrbazlar dərəsi

Image
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub.  Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar  dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən  sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.  

İsa Muğanna - Kollu Koxa

Image
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan və öz əsərləri ilə nəsr tariximizdə əhəmiyyətli yer tutmuş İsa Muğannanın bu kitabında onun yaradıcılığının müxtəlif mərhələlərinə aid nümunələr toplanıb. Burada insanlara ayama qoşan, hər zaman həqiqəti söyləyən, ətrafını saflaşdıran və qorxudan Kollu Koxanın kaloritli obrazıyla qarşılaşacaq, məşhur “Kollu Koxa” povestini oxuya biləcəksiniz. Bununla yanaşı, kitabda yazıçının yaradıcılığının çoxşaxəli olduğunu göstərən “Qayım qaya” kimi rəmzləşdirmə modeli, “Elan: İsa Hüseynov özünü axtardı, tapmadı” zarafatının yer aldığı “Yazıq” essesi kimi bir çox maraqlı nümunələr də dərc olunub.

İsa Muğanna - Şəppəli

Image
Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri - "Şəppəli" və "Quru budaq" hekayələri təqdim edilib. "Şəppəli"də sovet dövrünün tipik xarakterlərindən biri hesabdar Şəppəlinin və rüşvət üstündə qovulan doxtur Məmmənin başına gələnlər nəql edilir. Molla Gülənlə Komsomol Tahir arasındakı ədavətdən başlayan konflikt isə "Quruyan budaq"ın əsas mövzusudur. Hər iki hekayə sovet dövrünün qəribə romantikasını ifşa edən xüsusiyyətə malik olub, zamanda səyahət təəssüratı bağışlayır. 

Çingiz Abdullayev - Bakı Bulvarı

Image
         Fəridə Vəliyeva artıq bir neçə ildir ki, “Britiş Petroleum” kompaniyasının Bakı filialının mətbuat xidmətinin rəhbəridir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşqun bir gecə keçirirlər. Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyin bahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün on­ların arxasında kim dayanıb…   

Elxan Elatlı - Xəyanət

Image
         Azərbaycanımızın qiraət gündəmində uzun müddətdi ki populyar olan dedektiv əsərlərin müəllifi Elxan Elatlının təsadüfi olaraq bir romanı ilə tanış olmaq axır ki, mənə də qismət oldu. "Xəyanət" romanı ilə tanışlığım mənə bu yazıçı haqqında müəyyən məlumatlar verdi. Gördüyüm nöqsanlar məni narahat etdi. Bəlkə də başqa bir yazıçıda bu nöqsanlara mən çox fikir verməzdim, amma bu yazıçı ictimayət arasında çox məşhurdur və insanların zövqünün və düşüncə tərzinin formalaşmasında müəyyən rolu vardır. Bu yazıçını oxuyub bəyənənlər çoxdur və ona görə də üzərində çox daurmağa dəyər. Beləliklə açıram sandığı, tökürəm panbığı: İlk növbədə əsərdə qeyri-professionallıq var. Roman daha çox həvəskar xarakterli, sadəcə müəyyən qrup insanlara ünvanlanmış formata sahibdir (əsasən yaşlı və az qiraət etmiş insanlara). Romanda obrazların çox olmağı, onlardan pərakəndə və bayağı istifadə olunmları romanı mənim üçün sönük və maraqsız etdi. Motivlərdən asılı olaraq obraz az və...