Mo Yan - Şərab ölkəsi
Kitabın ingilis dilində adı: Mo Yan - The Republic of Wine Kitabın rus dilində adı: Мо Янь - Страна вина Süjet və ümumi ab-hava Çin. Ötən əsrin 90-cı illərinin əvvəlləri. Çzyüqo adlı şəhərə dedektiv Din Qouer təşrif buyurur ki, yayılmış bəzi xəbərlərin doğru olub olmadığını araşdırsın. Belə ki, deyilənə görə yerli məmurlar aşbazlara balaca uşaqları bişirtdirərək yeyirlər. Bununla əlaqədar Çzyüqoda artıq "ətlik körpə" sənayesi əməlli başlı inkişaf etməkdədir. Din Qouerlə paralel olaraq yazıçı Mo Yan Çzyüqonun yerli yazıçısı və şərabçı Li İdou adlı bir nəfərlə yazışır. Li İdou da öz növbəsində yazıçıya poçt vasitəsiylə Mo Yanın personajı olan Din Qouerlə əlaqəli, lakin reallığı qeyri-müəyyən, absurd və mistik olan müxtəlif kiçikhəcmli heka...