Robert Kiyosaki - Varlı ata, kasıb ata
Kitabın rusca adı: Роберт Кийосаки, Шэрон Лечтер - Богатый папа,
Бедный папа
Kitabın ingiliscə adı: Robert Kiyosaki - Rich Dad Poor Dad
There's no money in poetry, but
then there's no poetry in money, either.
Robert Graves
Təqdimat –
Kitabın müəllifləri oxuculara çatdırmaq istəyirlər ki, məktəblər insanlara pul
üçün işləməyi öyrədirlər, halbuki pul insanlara işləməlidir. İnsanlar hansı səhvlərə
yol verərək həyatı boyunca kasıb yaxud da orta təbəqədə həmişə borc və kredit
qaytararaq ilişib qalırlar? Varlı insanlar nələri varlı olmayanlardan fərqli
olaraq fərqli edirlər? Şəxsi biznes anlayışı nə deməkdir? Biz başa düşməliyik
ki, hər şeyin səbəbi var. Dünyada hər zaman mövcud olmuş sosial-madii qeyri-bərabərliyin
kökündə nələrin dayandığıyla əlaqədar səthi də olsa məlumat verən, hər halda
oxumağa dəyən bir kitab.
Kitabın “+”-ları - 1) Janrına
baxmayarq olduqca ədəbi və müəyyən hissələrdə də səmimi (şəxsi inkişaf və eləcə
də biznes kitablarının ədəbi üslubda olması çox müsbət nəticələr verə bilər.) kitabdır.
2) Kitab insana əvvəllcə öyrənməyi daha sonra isə özündən asılı olmağı təbliğ
edir. 3) Kitabı yaxşı dərk edə bilsəz, çox şeyə daha fərqli yanaşıb, daha
kreativ ola bilərsiz. 4) Kitabın bəzi yerlərində investorların gücündən bəhs
edilir ki, bu həqiqətdir və heç də hamı bunu bilmir. 5) Müsbət bir hal kimi onu
hesab etmək olar ki, kitab potensial sahibkarlıq istedadı olan insanlarda
sahibkarlıq fəaliyyətlərinə maraq və həvəs yarada bilər, amma onlar üçün zəruri
bilik təmin edə bilməz (etsə də çox az).
Robert Kiyosaki |
Kitabın “-“-ları – 1) Janrının digər
nümayəndələri kimi bu kitabın da uzunçuluq və təkrarçılıq edərək oxucunu yoran
üslubu var. Adamı təəssüfləndirir ki, bir cümləlik final cümləni demək üçün
30-40 yorucu və eyni cümlələri təkrar-təkrar oxumalı olursan.2) Oxuculara
istiqamətlənmiş mesajlar olduqca məhdud təfəkkürün nəticəsidir. 100% hər şey
insanın öz əlində deyil. Hər şey insanın kiçik yaşlarından yetişdirilməsindən
asılıdır ki, kitab bunu əvvəlləcə göstərir və sonra isə sağa-sola çox yayınır.
3) Kitab əsasən ABŞ iqtisadiyyatına xas xüsusiyyətlər üzərində qurulmuşdur və
dünyanın bir çox yerlərində keçərli olmaya bilər. 4) Kitabın məqsədi
oxucularına bəzi şeyləri öyrətməkdir, amma gəlin baxaq görək kitab həqiqətənmi
öyrənmək prosesini gerçəkləşdirir? Çünki əgər siz praktik zəkalı insansanız
orada yazılanları indidən bilirsiz və ya işin içində olan dostunuz, yaxınınız
varsa, ondan daha çox şey öyrənə bilərsiz. 6) Cəmiyyət sadəcə tacir, biznesmen
ya da maliyəçilərdən ibarət ola bilməz. Müəllif kitabında birmənalı şəkildə bu
sahələri təbliğ edir və digərlərini acınacaqlı vəziyyətdə göstərir. 7) Tipik
amerikan psixologiyası tipində yazılmış olan bu bitabın əsas məqsədi şəbəkəli
marketinqə yeni başlayanların beyinlərini yumaqdır.
Karl Marksin - Kapital kitabini da oxu, meslehetlidir. Texmini ele bu mezmundadi, ama 850 sehifedi :)
ReplyDeletehə bilirəm dostum. Ümumiyyətlə Karl Marksın kitablarını oxumağı planlaşdırmışam sadəcə universitetdən azad olmağı gözləyirəm.
Delete