Posts

Showing posts with the label onlayn kurs

Keti Merkur ilə kiçik müsahibə - A little interview with Kathy Mercure

Image
Dostlar, bloqumda ilk dəfə olaraq video-bloq bölməsini açıq elan edərək ilk işimi ortaya qoyuram. Belə ki, zamanla müxtəlif maraqlı videolarla qarşınıza çıxacam. Bunu etməkdə əsas səbəb vizual kontentin getdikcə daha çox rəğbət qazanması və izləyici və yeni dostlar qazanmaqda daha böyük potensiala sahib olmasıdır. 

Bələdçili yazı təcrübəm

Image
Artıq bir neçə aydır ki, uzaq Kanadada yaşayan, lakin mənə qəlbən yaxın olan Keti adlı bir insanla dostlaşmışam. Onunla tanışlığım tamamilə təsadüfən, udemy.com adlı onlayn kurs platforması vasitəsi ilə olsa da, səmimi bir dost qazandığımı və ehtiyacım olarkən kömək aldığımı qeyd etməkdə özümü borclu hiss edirəm. Onun "Ürəkdən yazmaq" ( Writing from heart ) adlı pulsuz kursunu keçdikdən sonra digər kurslarına da abunə oldum və bir qədər gec olsa da, bu gün uğurla tamamladım. Deyərdim ki, bu altı hissəli master-klass mənə yaradıcı yazıçılıq sahəsi ilə əlaqədar olduqca maraqlı qabiliyyətlər qazandırdı və yazmağa olan yanaşmamı dəyişdirdi. Gəlin ilk öncə sizə Keti haqda elə Ketinin öz dilindən məlumat verim: "Mən kanadalıyam və Kanadanın şərq sahilində yerləşən kiçik şəhərcik - Morktonda (Morcton) yoldaşım, pudl itim və yeni dostum pişiyimlə birlikdə yaşayıram. Artıq 7 ildir ki, bu şəhərdəyəm. Əvvəllər Kanadanın bir çox digər şəhərlərində yaşamışam. Bütün həyatım boyu ...

Maksimum özünəinam!

Image
Bu yaxınlarda Phd Mişel Poffun mentorluğu altında "Maksimum özünəinam: sübut olunmuş elmi üsullar" ( Maximum Confidence: Proven Scientific Techniques ) adlı onlayn kurs ilə qarşılaşdım. Kursa başlayan kimi kursun müəyyən fərqlərinin olduğunu gördüm. İndiyə qədər iştirak etdiyim kurslardan fərqli olaraq bu kurs Kosta-Rikanın gözəl mənzərəli yerlərində çəkilib. Mühazirələr zamanı müxtəlif heyvanlardan və mentorun əyləncəli anlarından epziodlar göstərilir. Başqa sözlə, bu formatlı onlayn kurs öz innovativliyi ilə diqqətimi cəlb etdi. Gəlin qısaca kursun məğzinə toxunaq. 

Xatirələriniz sizi incitməsin!

Image
Bu yaxınlarda Coy Fonix adlı bir qadının "Beyninizi yenidən proqramlaşdırın ki, xatirələriniz sizi incitməsin" adlı onlayn təlimi ilə qarşılaşdım. Diqqətimi cəlb etdi, çünki mənim də beynimdə hər bir normal insan kimi xoş olmayan xatirələrim var və bir çoxlarından fərqli olaraq mən keçmişimə daha çox bağlıyam. Ağrıdıcı xatirələri tez-tez, yenidən və yenidən beynimdə ora-bura hərləyərək özümə əzab verdiyim günlərim heç də az olmayıb. Hər nə qədər düşünsəm də ki, vaxt-zaman çox şeyi həll edir, daha yaxşı həyat keyfiyyəti, sağlam psixologiya, yaxuda da daha metaforik ifadə ilə abad bağ-bağat sahibi olmaq üçün özüm bilavasitə səy göstərməli, əziyyət çəkməliyəm. Bu heç də asan bir şey deyil. İradə və dərin inam tələb edir. Coy da öz növbəsində təliminin ilk hissəsində onun üçün uzun müddət əzabverici bir çox xatirələrdən bəhs edir. Daha sonra şüuraltının gücü haqda qısa məlumat verərək, özək xatirələr haqda "İnside out" animasiyasından nümunə verərək bəzi izahlar e...

Onlayn təhsil: yeni imkanlar, yeni prespektivlər

Image
ABŞ tərəfindən bütün dünyaya təklif olunan MOOC, yaxud da sadəcə onlayn kursları əhatə edən təhsil proqramı ilə 2015-ci ilin yay aylarında tanış oldum. İlk vaxtlar olduqca qeyri-müəyyən bir təhsil vasitəsi kimi başa düşdüyüm onlayn kurslar, bu gün artıq həyatımın ayrılmaz hissəsinə çevrilib. Onlayn kurslar vasitəsi ilə mən son 8 ayda özümü yenidən kəşf edərək, yeni maraq dairələrini kəşf etmişəm. Hətta bu gün mən belə düşünürəm ki, bundan sonra özümdə onlayn təhsilsiz yeni bacarıqlar inkişaf etdirə bilmərəm. Bu baxımdan son 8 ayda qazandığım onlayn təhsil təcrübəsini qısaca olaraq sizinlə də paylaşıram. Təəssüflər olsun ki, vaxt azlığı səbəbi ilə bir çox şeyə qısaca toxunmalı olacam. Daha ətraflı məlumatı axtarış sistemlərindən istifadə edərək müxtəlif xarici dillərdə rahatlıqla əldə etmək mümkündür. 

Cazibə qanunu üçün 7 sadə üsul

Image
Motivasiya, şəxsi inkişaf və müasir fəlsəfə ilə maraqlananlar üçün inqilabi xarakter daşıyan "The secret" yad anlayış deyil. Son 15-20 il ərzində bu mövzuda yazılan kitablar, məqalələr və digər resursların sayı daima artmaqdadır. Müxtəlif insanlar müxtəlif tərzdə eyni ismarıcı çatdırmağa çalışsalar da, mahiyyət etibari ilə məsələ kifayət qədər sadədir. Bu mövzu ilə əlaqədar son zamanlar daha çox mütailə etməyə çalışdığımdan, müəyyən təcrübənin formalaşaraq artdığını söyləyə bilərəm. Bu səbəbdən udemy.com platformasında öyrəndiyim "Law Of Attraction - 7 Simple Techniques For Manifestation " başlıqlı kurs haqqında və kurs nəticəsində əldə etdiyim bilikləri sizlərlə də bölüşmək istəyirəm.