Posts

Showing posts with the label erotika

Vladimir Nabokov - Lolita

Image
Лолита - Владимир Набоков 1955-ci ildə ABŞ-da işıq üzü görək "Lolita" əsəri, okeanın hər iki tərəfində Vladimir Nabokovun ən çox səs-küy yaradan və oxunan əsərlərindən birisi oldu. Süjetin mərkəzində olan eqosentrik seksual manyak (?) - Qumbertin gündəliyini oxuyarkən biz, müxtəlif nəticələrə gələ bilərik. Kimlər üçünsə bu əsər zamana, ölümə, xəstəliyə qalib gələn sevgi hekayəsi, kimlər üçünsə də sadəcə xəstə təfəkkürün məhsuludur. Hansı cəbhənin arxasında yer almağınızdan asılı olmayaraq onu demək lazımdır ki, müxtəlif cəmiyyətlərdə oxunan və dəbdən düşməyən "Lolita" ilə tanış olmaq lazımdır. "Bozun əlli çaları" əsəri kimi bu əsəri də oxumaqda əsas məqsədim cəmiyyətin seçim kriteriyaları haqqında müəyyən nəticələrə gəlmək istəyim olub.   

El Ceyms - Bozun əlli çaları - Э.Л. Джеймс - Пятьдесят оттенков серого

Image
Bu yazını resenziya və ya təəssürat kimi qəbul etməyin. Çünki kitabı yarımçıq oxudum. Bu yazı sadəcə fikirlərin şifahi daha sonra isə yazılı formasıdır.  Livelib.ru: Amazon.com yazır ki, bu kitabda bir çox erotik səhnələr var, amma əsas olan bu deyil. Birinci növbədə cəlbedici olan ehtiraslı münasibətlər, onların yaratdığı fiziki təsirlər və nəticədə həqiqi romantik sevginin yaranışıdır. Mən isə yazıram: Nə dəxli var? Erotik roman elə sadəcə erotik romandır. Kitabın yarısı klassik pornoqrafik filmlərin yazılı formasıdır. Digər yarısı isə vərəqlədiyim qədər iyrənc və qorxulu fantaziyadır. Nəticə isə, dünyada milyonlarla insanların kitaba nəhəng həvəs göstərməsidir. Maraqlıdır elə deyilmi? Nəinki kitabın yarısı, hətta 1/3 hissəsi belə bəs edir ki, insanların nəyə görə bu kitabı bu qədər ucaltdıqlarını başa düşək. Bu mövzuya yenə qayıdacam. Əvvəlcə isə bəzi məqamlara aydınlıq gətirək.

Federiko Andaxazi - Şəfqətlilər - Федерико Андахази - Милосердные

Image
  Fereriko Andaxazinin «Anatom» əsərini oxumuşam. Başqa sözlə, yazıçının ülubuna bələdəm. Təəssürat cəhətdən isə, yadımda qalan həm orijinal ideya həm də romanın dilidir. Hətta ideyadan da çox əsas, məncə, dil, «Anatom» əsərini tanıtdıra bildi. Sadəcə Federiko, bir az «dəcəl» yazıçıdır. O, əsasən +18 motivlərə üstünlük verir. Nəticələri isə kifayət qədər uğurlu alınır, mükafatlara layiq görülür və polemikalara səbəb olur. Müasir yazıçılar arasında, həqiqətən də sayılan, seçilən yazıçılardandır. Üslub etibariylə, qat-qat üstün olsa da, müəyyən mənada Andaxaziyə yaxın olan yazıçı Patrik Züskinddir (Andaxazi Züskinddən üstündür). Sadəcə yazıçının mənfi cəhətlərindən onu deyərdim ki, yazıçı ortaya ideya qoyub ətrafına çox söz yığır. Əlbəttə bunu pis və təcrübəsiz formada etmir, amma yenə də söz oyunu ki söz oyunu. Çox vaxt bunu sevmirəm. Böyüklər üçün nəzərdə tutulan horror, ujas, erotik və psixolojik   janra aid edilən bu kitab, yazıçının ikinci yaradıcıllıq nümunəsidir.

Anatom - Federiko Andaxazi

Image
 Rusca adı:  "Анатом" Андахази Федерико Tanış olaq – Andaxazi Federiko (Андахази Федерико): Argentina yazıçısı Andaxazi Federiko, 1963-cü il 6 iyun tarixində Buenos-Ayresdə, şair və psixoloq ailəsində anadan olmuşdur. Psixologiya üzrə təhsil alsa da həyatını ədəbiyyata həsr etmişdir. 1995-ci ildə çap olunan “Anatom” əsəri ilə məşhurlaşdı. Bu əsər ölkəsində erotik janr üzrə bir çox polemikalara səbəb olmuşdur. Yazıçı əsərlərində müxtəlif janrlardan istifadə edir: dedektiv, qotik-roman, pritça. Öz əsərlərində o, real faktalara əsaslanır və sevginin, yaradıcıllığın əbədi problemlərini işıqlandırır. Əsərin dəyəri: Əsər haqqında çox da yüksək düşüncədə deyilməsə də, gözümdə dəyərsiz də deyil. Əsər haqqında tanıtım üçün yazılanları oxuyanda ümidlərim çox böyük oldu. Orijinal ideya daşıyıcısı və yeni biliklər. Hərgah bu özünü doğrultmasa da, vaxtım maraqlı keçdi. Federiko Andaxazi Motivlər: Əsərdə təsvir olunanlar bizi, kilsənin hökmranlıq etdiyi və inki...