Wednesday, 24 May 2017

Tokyolu Qhul/ Tokyo Ghoul 

Qhullar insan bədəni ilə qidalanan qorxunc varlıqlardır. Onlar Tokyonun müxtəlif rayonlarında müxtəlif sıxlıqlarla məskunlaşıblar. Eynilə insanlara bənzəyirlər, praktiki olaraq onlardan fərqlənmirlər. Şəhər sakinləri Qhullarla qarşılaşmaqdan çox qorxurlar. Adi bir tələbə oğlan Kaneki qəza nəticəsində az qala ölürdü, amma o, hücumuna məruz qaldığı Rize adlı bir Qhulun orqanları ilə təchiz olunandan sonra yarı Qhul, yarı insana çevrilir. Beləliklə də onun həyatı tamamilə dəyişir. Uyğunlaşmaq problemi onu olduqca iztirablı bir yola itələyir...

Tuesday, 23 May 2017

Paranoya agent/ Paranoia Agent/ Môsô dairinin

Tokyo sakinləri ələkeçməz müəmmalı bir uşaq - "balaca zərbəçi" tərəfindən beyzbol dəyənəyinin bihuşedici zərbələrinə məruz qalırlar. Məsələni araşdıran dedektivlər anlayırlar ki, qurbanların həyatı hadisədən sonra yaxşılaşır. Buna daha çox yaxşılaşmaq yox, rahatlanmaq kimi ad qoymaq olar. Müəmma və qurbanların sayı getdikcə artır. Bütün bunların səbəbkarını öyrənəndə isə sadəcə inanmayacaqsınız...

Monday, 22 May 2017

O - Her

Diqqət! Yazıda spoyler var!

Yalqız qalmış yazıçı, BeautifulHandwrittenLetters.com saytında başqaları üçün sevgi məktubları yazan cari kopirayter, yeni aldığı və müxtəlif ehtiyaclarını ödəmək üçün proqramlaşdırılmış əməliyyat sisteminə aşiq olur...

Məhsulun şüarında belə bir qeyd var idi: Bu sadəcə əməliyyat sistemi deyil, bu həm də şüurdur. Özü özünə ad verən əməliyyat sistemi, səslənişini çox bəyəndiyi "Samanta" adını seçir. Samanta heç də adi əməliyyat sistemi deyil həqiqətən də. Onun davranışları, düşüncə tərzi adi insandan bir o qədər də fərqlənmir. Qəhrəmanımız Teodorun ən çox ehtiyac olduğu anda onun həyatına gəlməsi ona aşiqliyi qaçılmaz edir. Elə buna görədir ki, müəyyən müddətdən sonra Teodor üçün Samantanın əməliyyat sistemi olması faktı aktuallığını itirir. "Blade runner" filmindəki androidlə insanın məhəbəttindən fərqli olaraq, bu dəfə bədəni olmayan süni intellektlə insanın sevgisinə şahidlik edirik...

Tuesday, 16 May 2017

Mütaliə sürətinizi artıracaq 3 yöntəm (Audio-podkast)

Bu audio-podkastda bloq izləyiciləri və dostlar tərəfindən son vaxtlar tez-tez mənə verilən "mütaliə sürətimi necə artırım ki, çox kitab oxuya bilim?" sualına öz şəxsi təcrübəm əsasında cavab verməyə çalışdım.  Fon musiqisi - Grant - Starship




Sunday, 14 May 2017

Antonio Meneqetti - Üçüncü minilliyin qadını

RUS: Антонио Менегетти - Женщина третьего тысячелетия

"Üçüncü minilliyin qadını" italyan psixoloq, filosof, rəssam və Romada ontopsixoloji məktəbin qurucusu olan Antonio Meneqettinin özünəməxsus kitablarındandır. Başlıqdan da bəlli olduğu kimi, kitab qadın psixologiyasına müasir yanaşmaları özündə ehtiva edən mövzular çərçivəsində yazılıb. Qadının müasir cəmiyyətdəki kimliyi, ətraf-aləmlə qarşılıqlı münasibətləri və öz potensialını dəyərləndirməsinə olan düzgün və fərqli istiqamətləndirmələr səbəbi ilə kitabı faydalı hesab etmək olar.  


Saturday, 13 May 2017

Rutqer Breqman - Realistlər üçün utopiya

ENG:  Rutger Bregman - Utopia for Realists: Why Making the World a Better Place Isn't a Fantasy and How We Can Do It

Amerikalıların üçdə ikisi 2 həftəlik məzuniyyəti əlavə 2 həftənin məvacibindən üstün tuturlar. Eləcə də biznes mütəxəssislərin böyük əksəriyyəti vəzifələrinin bir o qədər də əhəmiyyətli olmadığını düşünür. Biz acığımız gələn iş yerlərində bütün günü işlədikdən sonra bizə lazım olmayan şeyləri almağa başlayırıq. "Realistlər üçün utopiya"da holland tarixçi və jurnalist Rutqer Breqman, bunların heç də belə olmamalı olduğunu qeyd edir. Beynəlminəllik və praqmatizm manifesti kimi Breqmanın kitabı əsas 3 ideya ətrafında formalaşıb: 15 saatlıq iş həftəsi, "universal minimal gəlir" və sərhədlərin olmadığı dünya. Bu iddialara dəstək məqsədi ilə kitabda ötən əsrin 70-ci illərində icra edilən "Mincome" təcrübəsi, evsizlərə verilən qarşılıqsız pul təcrübələri və müxtəlif çoxsayılı statistik faktlar yer alıb. Bəlkə də bu iddialar heç də qeyri-real deyil. Nəinki qeyri-real, cəsarətli olsaq, bəlkə də zəruridir deyə bilərik, çünki daha az saatlı iş həftəsi daha az iş xətası, ətraf-mühitə vurulan zərər, daha az stress, qəza və iqtisadi qeyri-bərabərlikdir. Breqman vurğulayır ki, dəyişiklik ideyalarla başlayır. Nə vaxtsa bizim bu günümüz keçmişdə yaşayan insanların utopiyası idi. Ona görə də ifrat istehsal və istehlak kimi problemlərin öhdəsindən gəlmək üçün gərək ilk növbədə qurduğumuz sistemlərə olan yanaşmamızı dəyişək. "Realistlər üçün utopiya" kitabı bizə cari iqtisadiyyatların qeyri-reallığını, ideal və ya utopik hesab edilən iqtisadi sistemlərin isə reallığını çox möhtəşəm və axıcı dil ilə izah edir. Məncə, kitabı oxuduqdan sonra heç kim bir daha düşündüyü ənənəvi fikirlərini və ya doqmaları yada salmayacaq. 

Tuesday, 9 May 2017

Riçard Perkis Kordok - Milyoner yenilənməsi

ENG: Millionaire Upgrade: Lessons in Success from Those Who Travel at the Sharp End of the Plane - Richard Parkes Cordock


Cənab Riçard Brensonla birlikdə real təyyarə səfərindən ilhamlanaraq yazılmış kitab, sahibkarların hansısa sehrli qüvvənin nəticəsində formalaşması ilə əlaqədar fikirləri sıradan çıxarıcı formata malikdir. Tom adlı şəxs milyoner Maykl ilə birlikdə səyahətə çıxacağını öncədən bilsə idi, bəlkə də həmin günə daha canlı və həvəsli başlayardı. Lakin bu səyahət Tom üçün əsl fikri inqilaba - milyoner yenilənməsinə çevrildi. Mayklın yardımı ilə o, müstəqilləşmək və sahibkarlığa atılmağın sirlərini öyrəndi...

Friday, 5 May 2017

Pol Furnel - Əziz oxucu

ENG: Dear Reader - Paul Fournel

Cənab Rober Dübua ilə tanış olun. Getdikcə yaşa dolan "Rober Dübua kitabları" nəşriyyatının sahibi olan qəhrəmanımız, bir qalaq əlyazmaların üzərində, öz ofisində istirahət edir. Günlərin bir günü, onun otağına gözəl bir xanım təcrübəsi daxil olur və ona elektron kitab oxutdurucunu təqdim edir. Rober bunu əsl inqilab kimi görür. Dübua mətnin kağızsız yaşayacağına inanmır. Qısa müddət ərzində elektron kitab oxutdurucudan istifadə etməyə başlasa da, ruhu bu cihazla barışmaq istəmir ki istəmir. Dübua başa düşür ki, bu elektron dünya ona görə deyil, amma o, hələ təslim olmayıb. Günlərin bir günü elə bir "elektron kitab" yazır ki, kitab oxumaq, kitab sevgisi haqqında qiymətsiz məsləhətlər verir və şəxsi təcrübələrini bölüşür...

Thursday, 4 May 2017

Mixail Bulqakov - Morfiy

RUS: Морфий - Михаил Булгаков

"Morfiy" görkəmli rus yazıçısı, dramaturqu və teatr xadiminin ən maraqlı əsərlərindən biridir. Yarım illik iş fəaliyyətindən sonra gənc kənd həkimini axır ki, şəhərə təyin edirlər. O, öz halından məmnundur və tez-tez kənddə tək-tənha, istirahət günü olmadan işlədiyi günləri xatırlayır. Günlərin bir günü isə ona bir vaxtlar birlikdə oxuduğu və tanışı, həmin kənddə onun yerini yenicə tutmuş həkimdən məktub gəlir. Ciddi xəstələndiyini və ona yardım etməyini xahiş edir...

Wednesday, 3 May 2017

2QAT zövq aldığım kliplər


Bu dəfə sizlərə uzun müddətdir ki. tez-tez izlədiyim və heç vaxt bezmədiyim musiqi klipləri haqqında söhbət açacam. Hərəsini bir səbəbə görə bəyənirəm və hər dəfə də, sanki yeni bir şey izləyirmiş kimi izləyirəm və dinləyirəm. Gəlin baxaq görək həmin səbəblər nələrdir. Düşündüm ki, daimi oxucular və yaxın dostlara da mənim zövqümlə tanış olmaq az-maz maraqlı gələ bilər. 😜😜😜