Posts

Showing posts with the label hekayələr toplusu

Viktor Pelevin - P5

Image
RUS: Виктор Пелевин - П5: прощальные песни политических пигмеев пиндостана Tam adı "Pindostanın siyasi piqmeylərinin vida nəğmələri" kimi olan "P5", Viktor Pelevinin 2008-ci ildə nəşr olunan qısa hekayələr toplusudur. Topluya "Oxuyan kariatidlər zalı", "Xufu timsahının yemlənməsi", "Nekroment", "Fridman fəzası" və "Assasin" adlı əsərlər daxildir. Naşirlərin və mütəxəssislərin fikrincə, hekayələrin hər biri müasir reallıqlar və problemlər haqqındadır. Hər bir ədəbi nümunə, Rusiya cəmiyyətinin son illər məruz qaldığı ictimai dəyişiklikləri ideal əks etdirir. Adında yer alan "siyası" sözü isə tamamilə simvolik olub, birbaşa siyasətlə bir o qədər də əlaqələnmir. Amma bilmək olmur, bəzən bəzi yerləri ikinci dəfə təkrarən oxuyanda, eyni sözlərin və cümlələrin necə də fərqli ideyanı ötürdüyünün şahidi olursan...

Ceyms Coys - Dublinlilər

Image
ENG: James Joyce - Dubliners İrlandiya həyatının qeyri-romantik həyat tərzini əks etdirən bu 15 bədii əsər müxtəlif Dublinlinin həyatına olan ötəri nəzərlərdir. Onlar birlikdə müəyyən bir yeniliyin və icmanın ana xətlərini cızırlar. Ceyms Coys öz innovativ və təcrübi yazı üslubu ilə seçilən böyük yazıçılardan olub. Odur ki, onun əsərlərin maraq doğurmaya bilməz, amma təəssüf ki,  "Dublinlilər" mənim üçün heç də müstəsna əhəmiyyətə malik mütaliə təcrübəsi olmadı. Əksinə, bir xeyli narazı qaldım.

Viktor Pelevin - Gözəl xanım üçün ananas suyu

Image
RUS: Виктор Пелевин - Ананасная вода для прекрасной дамы "Gözəl xanım üçün ananas suyu" Viktor Pelevinin ekstravaqant hekayələr toplusudur. Yenə də ədəbi həzz və zövq Pelevinin sayəsində beynimdə tüğyan etdi. Hər dəfə Pelevindən oxuduğum kitab onun növbəti kitabını vərəqləmək üçün boynuma qoyulmuş əlavə məsuliyyət yükü olur. Hekayələrdən anladığım və faydalandığım məqamlara qısaca toxunası olsam aşağıdakıları qeyd edərdim: