Posts

Showing posts from 2018

Zirvələrdə gizlənmiş depressiya və post-sovet romantikası

Image
İlk dəfə iş yoldaşlarımdan biri Robin Uilyamsın gözlərində gizlənmiş hüzn haqda söhbət edəndə, uşaqlıqdan bu yana heyranlıqla izlədiyim və nümunə götürdüyüm insana başqa gözlə baxmağa başladım. Onun dediyinə diqqət etdim və həqiqətən də elə bir şeyin olduğunun fərqinə vardım. Düzü "çox gülən adamlar, gizlində çox da ağlayarlar" tipli ifadələr çox banal və yeniyetmə təfəkkürünün məhsulu təəssüratını bağışlayıb, amma bəzən doğru da ola bilir. Bu yaxınlarda da, eşidəndə ki, bəs Cim Kerri də dərin depressiyadan təzəcə çıxıb və vaxt olub bütün evini rəsm emalatxanasına çevirib rəsm çəkib, yenə də təəccübümü gizlədə bilmədim (Cim Kerrinin "Rəngə ehtiyacım var idi" qısametrajlı filmi var). Bir digər şəxsdən bunların səbəbini soruşanda, maraqlı cavab eşitdim: elə cavanlıqdan sonra, yaranan boşluğu doldurmaq çətindir.  Bir vaxtlar hamının sorğu-sualsız səni qəbul etdiyi, çox sevdiyi, birmənalı olaraq hər şeyin ən yaxşısı təklif olunanda, həyat çox fərqli, uğurlu, içdən

Lantimosun mücrüsü - Yunan təxəyyülünün dirilişi

Image
Deməli vəziyyət belədir ki, son günlər yunan rejissoru Yorqos Lantimosun (Yorgos Lanthimos) filmlərini izləmək üçün özümə virtual növbə yaratmışdım. "Xərçəng" (Lobster) filmi mənə rejissorun nələrə qadir olduğu haqda çox yaxşı mənbə rolunu oynamışdı. Filmi əsl incəsənət nümunəsi kimi qəbul etmiş, ona yazı da həsr etmişdim (oxumaq üçün keçidi izlə: keçid ). Yaxşı xatırlamıram, amma çox güman yenicə izlədiyim "Köpək dişi" (Dogtooth), "Müqəddəs ceyranı öldürmək" (The Killing of a Sacred Deer) və "Alp dağları"-na (Alps) baxmaq planını da elə məhz filmsonrası (Xərçəng filmi nəzərdə tutulur) təəssüratların altında icra etmişəm. Bu səbəbdən də praktiki olaraq ard-arda olaraq izlədiyim Lantimos yaradıcıllığı son zamanlar ac olduğunu mövzular çərçivəsində doyum hiss etməyimə böyük tövhə verdi. Bu yazıda həmin üç film haqda qısaca olaraq bəhs edirəm. Məqsədim çox dərin analitik döşəmə yaratmaq deyil. Nə də olsa, bu yazı elmi məqalə keyfiyyətinə malik d