Posts

Showing posts with the label ədəbi gündəlik

"Tatyana Tolstaya - Kıs" gündəliyi

Image
Bu gündəliyi yazmaqda əsas məqsədim mütaliə zamanı ortaya çıxan maraqlı fəlsəfi-bədii məqamları bölüşməkdir. Resenziyada bunu etmək bir o qədər də praktiki deyil. Gündəliklə bir çox məsələlərin üzərində detallı dayanmaq mümkündür ki, bu da kitabı oxumayan, lakin onun haqqında məlumat əldə etmək istəyən insanlar üçün müəyyən dəyər təqdim edir.  09.06.15 - Ümumiyyətlə kitaba başlamağımın əsas səbəbi mənə maraqlı olan iki vacib elementin bu kitabda kəsişməsidir: bunlardan birincisi postatom müharibəsi dövranı və rus cəmiyyətinin buna verəcəyi cavab reaksiyalarıdır. Ümumiyyətlə dünyada rus cəmiyyəti öz qəribə tərzli gündəlik ailə-məişət həyat tərzi ilə (xüsusilə də şəhər ətrafı və kənd və qəsəbələrdə) diqqətimi cəlb edir. Və budur biz atom müharibəsindən sonra yaranan yeni era ilə qarşı-qarşıyayıq. Romanda da deyildiyi kimi insanlar "silah" adlanan oyuncaqları ilə oynayarkən belə bir qəribə era yarandı. Qəribə varlıqlar, qəribə həyat tərzi, qocalmayan insanları və ən əsası d...