Posts

Showing posts from January, 2023

Daha yaxşı komediya izlə: Loudermilk

Image
"Loudermilk" digər sitkomlardan fərqlidir. İlk növbədə, o qaranlıq komediya janrındadır. Düşündürücülüyü və realizmi izləyiciyə olduqca xoş təsir edə bilərsə də, heç də hamı tərəfindən bəyənilməyə bilər. Son dövrlər izlədiyim ən yaxşı komedik serialdır. Ətraflı yeni audio-podkastımda danışdım. 

Cənubi Qafqaz və Vişeqrad regionunda əməyin məhsuldarlığı: yeni tədqiqat

Image
Bu audio-podkastda həmsöhbətim Seqed Universitetinin iqtisadiyyat üzrə doktorantı Vüsal Əhmədovdur. Vüsal bu yaxınlarda "Croatian Economic Review" elmi jurnalında dərc etdirdiyi məqaləsi ilə Cənubi Qafqaz və Vişeqrad regionlarını əməyin məhsuldarlığı, struktur dəyişikliyi və iqtisadi siyasət perspektivlərindən qiymətləndirib. Düşünürük ki, mövzu təkcə iqtisadçılar və biznes mütəxəssislər üçün deyil, həm də Cənubi Qafqaz regionunu ona olduqca yaxın Mərkəzi və Şərqi Avropa regionu ilə müqayisəli şəkildə başa düşmək istəyənlər üçün də maraqlı olacaq. Vüsalın məqaləsinə keçid aşağıda yerləşdirilib. Structural Change and Economic Growth in Visegrad and South Caucasian Countries  -  https://hrcak.srce.hr/clanak/417778  yaxud da  ResearchGate  platformasında.

Almaniyada yaşamaq, yoxsa yaşamamaq?

Image
"Niftiyevin bloqu" bu aduio-podkast ilə Almaniyada yaşayan parlaq gənclərimizdən olan Cələl Hüseynbəyli ilə olan səmimi söhbəti təqdim edir. Onunla Almaniyada təhsil, yaşamaq və iş təcrübəsi haqda müzakirələr apardıq. Bəzi stereotiplər və gündəlik həyatın az bilinən yönlərinə işıq tutduq. Cəlal olduqca intellektual və çoxşaxəli tərzdə öz Almaniya təcrübəsini bölüşdü. Düşünürük ki, bu audio-podkast Almaniyada yaşamaq istəyənlər üçün maraqlı gələcək və orada yaşayanların da marağına səbəb olacaq. Maksimum dərəcədə sərbəst və səmimi mühitdə hazırladıq ki, dinləyicilər maraqla dinləyə bilsinlər. 

Xarici dil öyrənmək üçün az bilinən metodlar

Image
  Xarici dil öyrənmək, ələlxüsus da söz bazasını zəginləşdirmək və müəyyən vacib məqamlar haqqında bu podkastı hazırladım ki, məndən tez-tez soruşulan bəzi sualları cavablandırmış olum. Əlbəttə ki, insan zəhmətinin yerini hər hansısa qeyri-adi metod və ya üsul tuta bilməz. Yenə də müəyyən şeylər sizə faydalı ola bilər. Odur ki, aşağıdan podkastı dinləyə bilərsiniz. 

Uğur üçün bacarıqlar: iş yerləri necə dəyişir?

Image
  Bu audio-podkast günbəgün dəyişən əmək bazarı tələblərinə dair nəhəng onlayn kurs platformalarından olan Coursera-nın dərc etdiyi hesabatın ümümi qiymətləndirməsidir. Çalışdım ki, hesabatın əsas məğzini azərbaycan dilində qısaca xülasələşdirim. Düşünürəm ki, bu mövzu postpandemiya və beynəlxalq hərbi münaqişələr dövrünün özü ilə birlikdə gətirdiyi çox ciddi makroiqtisadi qeyri-sabitlik dövründə olduqca aktualdır. Hesabatın başlığı: The Job Skills 2023: The Fastest-Growing Job Skills for Businesses, Governments, and Higher Education Institutions (hesabat əsasən bizneslər, tədqiqatçılar və hökümət nümayəndələri üçün əlçatandır).

Yeni başlayanlar üçün kriptovalyutalar

Image
Bu audio-podkastda Seqed Universitetinin kompüter elmləri üzrə doktorantı və gənc tədqiqatçısı Ülvi Şəkixanlı ilə kriptovalyutalar və onların ticarətinə dair bəzi məsələləri müzakirə etdik. Bu sahənin mütəxəssisi olmasaq da, Ülvi Şəkixanlının şəxsi təcrübəsi bir çox məqamlara aydınlıq gətirmək üçün çox faydalıdır. Odur ki, əgər növbəti suallar sizi də düşündürürsə dinləmək üçün çox gözləməyin: Kriptovalyutalar nədir? Bu sistemin riskləri, qazancları və etibarlılığı hansı səviyyədədir? Yeni başlayanlar nələrə fikir versinlər? Kriptovalyutaların ümumilikdə perspektivləri nələrdir və Azərbaycan üçün əhəmiyyəti nədir? Kimlər bu işlə məşğul olsun/olmasın? və s. Podkastın bu mövzu ilə maraqlananlar və kriptovalyuta ticarətinə yeni başlayanlar üçün maraqlı gələcəyini düşünürük. Dinlədiyiniz üçün öncədən təşəkkür edirik.