Posts

Showing posts from 2019

Cəmiyyət onsuz da məhvə doğru gedir...

Image
"Cəmiyyət onsuz da məhvə doğru gedir..." cümləsi əsas obrazın dilindən səslənən və "Too Old to Die Young" adlı qəribə serialın məğzində dayanan əsas ideyadır. Ekran işi çox diqqətəlayiqdir və inanılmaz dərəcədə düşündürücüdür. Eləcə də, hesab edirəm ki, qeyd olunan deyanın çox dərin müasir fəlsəfi bünövrəsi var. 

İqtisadiyyat kitabları #3

Image
Farkas Beata - Models of Capitalism in the European Union: Post-Crisis Perspectives Professor Beata həm mənim müəllimim olub, həm də hazırda üzvü olduğum  tədqiqat institutunun rəhbəridir. Müəllifi olduğu bu kitab isə Avropadakı kapitalizm modellərini başa düşmək üçün çox gözəl vəsaitdir. Kitabı tamamladıqdan sonra mən tam əmin oldum ki, iqtisadiyyatdakı "kapitalizmin növləri" ədəbiyyatı və araşdırmaları çox böyük əhəmiyyətə malikdir, çünki adıçəkilən istiqamət bizə ölkələri və cəmiyyətləri düzgün və dolğun başa düşməyə kömək edir. Belə kitabların mütaliəsi oxuculara tam fərqli üfüqlər  bəxş edir. İqtisadi təhlillərin adətən ölkə kontekstində olması, ölkələri bir-birindən fərqləndirməyi də qaçılmaz edir. Uzun-uzadı xırdalıqlara varmadan bu kitabı hamıya məsləhət görürəm. İstifadə olunan ədəbiyyatlar və tətbiq edilən metodologiya çox maraqlı və anlaşıqlıdır (əsasən klaster analizi tətbiq olunub və yaxşı vizualizasiya var).  Kitabı yüklə (PDF)

İqtisadiyyat kitabları #2

Image
Vladimir Popov - Mixed Fortunes: An Economic History of China, Russia, and the West Son dövrlər oxuduğum və çox böyük zövq aldığım iqtisadi təhlil kitabı, rus iqtisadçısı Vladimir Popovun "Qarışıq talelər: Çinin, Rusiyanın və Qərbin iqtisadi tarixi" adlı əsəri oldu. Kitab çox anlaşıqlı dildə adıçəkilən regionların müasir iqtisadi quruluşlarını tarixi təkamül nöqteyi-nəzərdən, əsasən institusional iqtisadiyyatın prizmasından qiymətləndirir. Zənnimcə, çox anlaşıqlı dildə yazılan kitab müəllifin iş təcrübəsi ərzində yazdığı elmi məqalələrin genişləndirilmiş variantıdır. Ən əsası isə, kitab son dövrlərdə ifrat ekonometrikləşən iqtisad elminin tarixi-mədəni kontekst təhlilindən uzaq düşməsi tendensiyasına qarşı çox sanballı cavab kimi qəbul edilməlidir. 

İqtisadiyyat kitabları #1

Image
"İqtisadiyyat kitabları" adlı silsilə yazılarımda sizinlə oxuduğum və məsləhət gördüyüm elmi kitablardan bəhs edəcəyəm. Bacardıqca onları necə əldə etməli olduğunuzu da bölüşməyə çalışacam. 

Serqey Dovlatovu niyə oxumalıyıq?

Image
Ötən ilin (2018) sonlarına yaxın Serqey Dovlatovun əsərləri ilə tanış olmağa başladım. Heç xatırlamıram bu necə baş verdi. Olsa bilsin kitablarının kiçikhəcmliliyi diqqətimi cəlb elədi, ola da bilsin çox-çox əvvəllər dost-tanışların məsləhətlərini yerə salmamağa qərar verdiyimdən oldu. Yazıçıdan oxuduğum ilk kitab isə "Kompromis" oldu. Əsər məndə çox dərin təəssüratlar buraxdı. 3 gün ərzində böyük həvəslə və maraqla oxuyub bitirdim. Kitabın məğzi belədir ki, yazıçı Estoniyadakı jurnalist karyerası müddətində başına gələn gündəlik hadisələri böyük yumor hissi və xırdalıqlarla təsvir edir. Elə bilərsən ki, sovet dövrünün Estoniyasına getdin və gəldin. Adətən belə janrlı kitabların darıxdırıcı olmaq ehtimalı heç də az olmur, lakin Dovlatov tamamilə fərqli və ecazkar ədəbi yazı üslubu ilə, bir növ, mənim gözümdə bu janra yeni nəfəs bəxş etdi. Çox xoş təəccüblənmişdim. Ona görə də başa düşdüm ki, birmənalı olaraq onun digər kitablarını oxuyacam. 

Elektrik yuxuların yozumu: psixoanaliz, iqtisadiyyat və fəlsəfə

Image
"Filip K. Dikin Elektrik Yuxuları" və ya sadəcə "Elektrik Yuxular" (Electric Dreams) məşhur Filip K. Dikin elmi-fantastik hekayələr antologiyası əsasında ekranlaşdırılmış serialdır. Yazıçının işinə bələd olduğuma görə, bu serialı da izləməyə bilməzdim. Çoxlarımız isə "Minority Report", "Total Recall", "Blade Runner" və s. kimi dünya şöhrətli filmləri izləmişik. Həmin filmlər də Filip K. Dikin əsərləri əsasında çəkilib. Bu səbəbdən, gözləntilərimizi dügün hesablamaq o qədər də çətin olmayacaq. Bu yazıda mən, 10 bölümdən ibarət serialın məni düşündürdüyü mövzular çərçivəsində öz qeydlərimi bölüşəcəm (Əfsuslar olsun ki, yazının müəyyən hissələri bəzi bölümlərlə əlaqədar spoylerlər də daxil olmaqla yazılıb. Bəzilərində isə fikrimi spoylersiz təqdim etməyə müvəffəq olmuşam.).

Ən son dalğalanan bayraq - Last Flag Flying

Image
Üzərindən 30 il keçəndən sonra, həkim Larri Şeperd, Vyetnamda birgə xidmət keçmiş əsgər yoldaşlarını axtrıb tapır ki, dostları ona təkcə xatirələrində deyil, həm də bu günkü günündə yoldaşlıq etsin. Axı Larrinin başına fəlakət gəlib. Oğlu İraqda şəhid olub. Bir müddət öncə isə həyat yoldaşını itirib. "Ən son dalğalanan bayraq" bir növ humanizm dolu, müəyyən dünyəvi fəlsəfəni özündə çağırışdıran, təcrübi filmdir. Öz tənqidi mövqeyi ilə patriotizm və ideoloji məsələlərin üzərinə işıq salır, cəmiyyətin müxtəlif təbəqələri arasındakı münasibətlərin əsl üzünü göstərir.