Posts

Showing posts with the label özünüdərk

Mingür Rinpoçe - Budda, beyin və neyrofiziologiya. Həyatı yaxşılığa doğru necə dəyişək. - Йонге Мингьюр Ринпоче - Будда, мозг и нейрофизиология счастья. Как изменить жизнь к лучшему

Image
Budda deyir: Necə ki, qızılı əridib, döyüb və kəsib keyfiyyətini yoxlayırlar, müdrik rahib də mənim təlimlərimi yoxlamalıdır. Mənim təlimlərimi necə lazımdırsa elə də öyrənin, təhlil edib başa düşün. Heç vaxt onları inanc kimi qəbul edib, kor-koranə qəbul etməyin. Məşhur Tibet ustadı Mingür Rinpoçe bu kitabı ilə müasir elmin nəaliyyətləri və buddizm fəlsəfəsini birləşdirərək, meditasiya vasitəsilə daha xoşbəxt yaşamaq haqqında inanılmaz dərəcədə praktiki və gözəl məsləhətlər verir. Mingür Rinpoçe şəxsən Dalay Lama tərəfindən, Veysman universitetinin neyrofiziologiya və beyin funksionallığı laboratoriyasında aparılan təcrübələrdə iştirak etmək üçün seçilmişdi. Təcrübələrin nəticələri inanılmaz idi: təcrübə ərzində beynin xoşbəxtliyə cavab verən neyroloji hissələrində neyron aktivliyi 700-800 faiz artmışdı.