7 Həyat
Filmin
ingiliscə adı: 7 pounds
Filmin
rusca adı: Семь жизней
İl: 2008
Janr: Drama
Filmin
şüarı: Onlar tanış deyillər. Onların müxtəlif taleləri var. Lakin onların ümumi
sirri var.
Rejissor:
Gabriele Muccino
Aktyorlar:
Will Smith, Rosario Dawson, Woody Harrelson
Mükafatlar: BET Award, Image Award,
Süjet –
Keçmiş mühəndis Tim, etdiyi fatal səhvləri düzəltmək üçün inanılmaz bir səyahətə
çıxır. Səyahət müddətində, birisi ölümcül xəstə olan və özünü qanadı qırılmış
qız adlandıran Emili olmaq üzrə, 7 nəfəri axtarıb tapır. O, ən çətin suala
cavab axtarır. Gözlənilmədən Tim qıza aşiq olur və bu da öz növbəsində onun
ilkin planlarını pozur. Bəs yaxşı, Tim planlaşdırdığını edə biləcəkmi? Onun nə
planlaşdırdığımı öyrənəndə isə çox təsirlənəcəksiniz. Hətta ola bilər ki, hisslərinizi
cilovlaya bilməyib ağlayasız.
Təəssüratlarım – İlk öncə filmin yarısına,
sonra da digər yarısına baxmağı planlaşdırsam da, filmi izləməyə başlayan kimi
bunun mümkün olmayacağını və sona qədər yayınmadan izləməli olduğumu başa
düşdüm. Filmin ilk dəqiqələrindən yaranan müəmmalı və nə yaxşı, nə də pis nə isə
söz verməyən atmosfer, yavaş-yavaş yerini baş verənlərin anlaşılması və
proqnozların verilməsinə buraxır. Filmin ilk dəqiqələrində nə baş verdiyini
anlamaq çətindir. Vəziyyətin belə olması güclü final üçündür. Filmin müsbət cəhətidir
ki, son dəqiqələrə qədər hər şey tam mənsıyla aydın olmur.

Filmi çox bəyənsəm də, sonunu ilk dəqiqələrdən
hiss edə bildiyimə görə, müəyyən vaxtda, hətta, filmi izləmək qərarından
daşınmaq da istədim. Əlbəttə ki, yaxış ki, sona qədər izlədim. Filmdə təsvir
olunanlar real həyatda ola bilərmi? Ola bilər, amma fərqli, daha banal və sadə formada.
Mən bu yazıda baş verən prosesləri açıb ağartmaq istəmirəm. Bu spoyler olar.
Aktyorlar – Baş rolda Uill Smitdir.
Çətin ki, bu rolu hər aktyor ifa edə biləydi. Rejissor da başa düşüb ki, belə
ağır dramın öhdəsindən kim gələ bilər. Vudi Harrelsonun iştirakı ilə olan bir
neçə böyük olmayan epziod bizi, mehriban və səbrli personajla qarşı-qaşıya
qoyur.
Bilirsinizmi?
- 1. Filmin personajlarından birisinin adı Ezradır. Ezra, ivrit dilindən tərcümədə, kömək, yardım mənasını verir.
- 2. Film müddətində baş qəhrəman Los Ancelsdə “Travel İnn” otelində qalır. “Memento” filminin baş qəhrəmanı da bu oteldə yaşayırdı.
- 3. Qbvriel Muççino və Uill Smitin birgə layihələrindən olan digər film “Xoşbəxtlik sorağında”-dır (The Pursuit of Happiness”).
- 4. Baş qəhrəmanın qardaşı roluna aktyoru, Uill Smit özü seçib.
- 5. Super marketlərin birində, Ezra fortepianoda Mozartın “Fantaziya Re-minor”-unu ifa edir.
Ay coxsagol
ReplyDeleteMen de baxmaga kino axtarirdim.
maraqli kinodu :)
Film bir sözlə əla bir film idi..Süjet xətti tipik,şablon kino süjetlərindən çox fərqli idi.Belə fərqli filmləri sevirəm..Filmin sonunda mənə hər şey aydın olanda bilaixtiyar göxzlərim doldu..həqiqətən görəsən həyatda belə fədakar insanlar varmıdır?Filmin süjeti bir azcıq reallıqdan kənar olsa da siz demiş daha banal formada belə bir hadisə real həyatda baş vermiş ola bilər..Aldığı canların müqabilini verdi və...Filmdə bəyənmədiyim bir tək şey 7 insanın tam olaraq göz önünə tam şəkildə,Emilinin gətirilldiyi kimi gətirilməməsi oldu...Çox təşəkkürlər..
ReplyDelete