Posts

Showing posts from 2014

Cibran Xəlil Cibran - Qırıq Qanadlar

Image
Rus dilində kitabın adı:  Сломанные крылья  Джебран Халиль Джебран İngilis dilində kitabın adı:    Kahlil Gibran -  The Broken Wings Uunutmayın: Qanadları sınmış quş heç vaxt uça bilməz... Sevgini səmada süzən quşa bənzədə bilərik. Bəzənsə onun qanaqları qırılır. O zaman quş onun üçün olmayan yerdə yaşamağa məcbur olur. Daha doğrusu torpaq onu öz zindanında məhkum edir. Quşla torpağın görüşü yalnız yolun sonunda ola bilər. Bəzən isə yolun ortasında da olur... Bi kitab haqqında nə yazacağımı bilmirəm. Xəlil Cibran yazdığı  bu əsərlə nəzmlə nəsri, musiqi ilə şeiri, fəlsəfə ilə şərq mistizmini, romantika ilə faciəni, ilahi qüvvə ilə insani vəhşilikləri, bir sözlə, yerlə göyü birləşdirib. Susmağı sözlərlə çarəsizcə bu gözəlliyi təsvir etməkdən üstün tuturam. Ona görə də müəyyən hissələrini tərcümə edib bölüşürəm ki, Xəlil Cibranın və əsərlərinin böyüklüyünü başa düşmək daha rahat olsun. Tərcümələrin nə dərəcədə yaxşı alındığını deyə bilməsəm də, nadir hallarda rastlaşdığım

Stethammania #2

Image
Adrenalin (Crank -  Адреналин ) - Muzdlu qatil Çev Çelios öyrənir ki, onu padzəhəri olmayan nadir və Çində hazırlanan zəhər ilə zəhərləyiblər. Nəbzi müəyyən həddə qədər azaldıqdan sonra onun çox az vaxtı qalacaq. Bu az vaxt ərzində o, iki işi çatdırmalıdır: onu zəhərləyənlərdən qisas almaq və padzəhəri tapmaq. "Çin zibili" isə öz işini görür: qandan bütün adrenalini sovurur və beləliklə də insanı amansızca öldürür. O, bu dünya ilə o dünya arasında ilişib qalanda başa düşür ki, işlərini görmək üçün zəhəri az da olsa neytrallaşdıran yeganə maddə, böyrəküstü vəzinin ifraz etdiyi "adrenalin"-dir. Odur ki, ətrafını nə qədər gərginləşdirsə, sağ qalmaq və işlərini görmək şansı artacaq. 

Qəzəb - Fury - Ярость

Image
Bu hər gün qəddar və qanlı döyüşlərdə iştirak edən "Qəzəb" adlı tank heyətinin hekayəsidir... 1945-ci ilin aprel ayı. Almanlar üzərində qələbə yaxındır. Müttəfiqlər düşmən ərazilərini ələ keçirir və almanların müqaviməti günü-gündən azalır. Bu hələ o demək deyil ki, ölüm olmayacaq. Əsgərlər yaxşı başa düşürlər ki, hələ hər şey bitməyib.  "Qəzəb" hey ətinə isə komandir  Uordeddi (Don) rəhbərlik edir. O, əvvəlcə Afrikada, indi isə Avropada nasistlərlə döyüşür. Onun istəyi sadəcə sağ qalmaq və heyətindəki insanların həyatda qalmağını təmin etməkdir. Bu ambisiyalı məqsəd, gənc və əvvəllər heç bir ye də döyüş məmiş Norman Ellisonun heyətə qoşulması ilə sual altına düşür.  Norman hər gün onlarla insan öldürməyə öyrəşməyib. 

Cibran Xəlil Cibran - Peyğəmbər

Image
Rus dilində: Калил Джебран - Пророк İngilis dilində: Kahlil Gibran - The Prophet Cibran Xəlil Cibran kimdir? Xəlil Cibran mümkünsüzü mümkün edib.  "Peyğəmbər" əsəri sevgi, doğum, ölüm, insani dəyərlər, əbədi suallar kimi mövzular haqqında mistik-fəlsəfi dillə, ifadəli və canlı formada, minimalistcəsinə, çox dəyərli fikirləri təqdim edir.  O, insanların çətinliklə anladığı məsələləri bəni-adəm dilində ifadə edib. "Peyğəmbər" əsəri mübaliğəsiz ədəbiyyatın və xalqların möhtəşəm incisidir. Cibran insan şüurunu heç kimin heç vaxt etmədiyi kimi ucaltdı. Sanki, bəşəriyyətin tarixən mövcud olmuş bütün mistikləri, şairləri, filosofları, ümumiyyətlə insan qəlbləri əl-ələ verib bütünləşiblər. 

Cibran Xəlil Cibran

Image
Görkəmli yazıçı və tanınmış rəssam Xəlil Cibran 1883-cü ildə Osmanlı imperiyasının muxtar vilayətində, Livanın Bşarri şəhərində, katolik ailəsində doğulub. Xəlil Cibranın anası Kamila, Xəlil Cibranı üçüncü həyat yoldaşından dünyaya gətirib. Yoxsulluq səbəbindən Xəlil Cibran normal təhsil ala bilməsə də, vaxtaşırı keşişlər onun yaşadığı evə gələrək ona İncil və ərəb dilindən müxtəlif dərslər keçiblər. 

Rameş Balsekar - Aydınlanmışlar üçün soraq kitabçası

Image
 Kitabın rus dilində adı: Справочник для просветленных -  Рамеш Балсекар Rameş Balsekar kimdir? - Rameş Balsekar uşaq yaşlarından Braxmanın real, bu dünyanın isə mücərrəd olduğunu özündə ehtiva edən Advayta-vedanta fəlsəfəsi ilə maraqlanmışdır. Şri Nisarqadatta Maxaracanın şagirdi olmuşdur. O, 20-dən çox kitabın müəllifidir. London İqtisadiyyat Məktəbinin uğurlu və ən parlaq məzunu olan Rameş Balsekar, Hindistan bankında icraçı direktor vəzifəsində də çalışmışdır. Mumbayidəki evində isə ömrünün son günlərinədək çoxsaylı qonaq qəbul edərək, müxtəlif təlimlərdən məlumat vermiş və öz yolunu izah etməyə çalışmışdır. 

M.L. Abramoviç - Yəhudisayağı biznes. 67 qızıl qayda

Image
Orijinal ad:   Михаил Леонидович Абрамович Бизнес по-еврейски. 67 золотых правил Uzun müddət öncə gördüyüm bu kitab məndə böyük maraq oyatmışdı. Ən əsası isə beynimdə olan bir çox suallara cavabın olduğunu düşünmüşdüm: Niyə yəhudilər bu dərəcədə uğur qazanırlar. Onların müəyyən üsulları və sirləri olmalıdır axı. Sonunda oxumağa nail oldum. Oxuduqdan sonra özümə sual verdim: nə dəyişdi? Cavab: çox az şey. Çünki kitabın ilk səhifələri yəhudilərin eramızdan əvvəlki və orta əsrlərdəki tarixinin ultra-qısa tərzdəki icmalı oldu. Daha sonra mənə elə gəldi ki, sanki, hansısa dini kitabı oxuyuram. Tövrat və Talmud kimi kitablardan çoxlu dini rəvayətlər, əfsanələr və onların dini personajlarla olan qısa hekəyələri əks olunub. Bu prinsip kitabın sonuna qədər özünü qoruyub saxlayır. Müəllif bütün bu əxlaqi-etik normaları, qayda-qanunları iş həyatına tətbiq etməyə çalışsa da, bu onda çox zəif alınıb. Oğurluq etmək, yalan danışmaq, dilənçilərə pul vermək və sair kimi bu motivli anlayışların

Bölünmə - Detachment - Учитель на замену

Image
Cənab Bart müvəqqəti müəllim vəzifəsində işləyir. Müxtəlif səbəblərə görə yeri boş qalan müəllimlərin yerlərinə təyin olunur. Onun ailəsi, daimi işi və alışqanlıqları yoxdur. O, növbəti təyinatını ingilis dili və ədəbiyyatı dərsindən dərs keçən müəllimin yerinə alır. Bu dəfə cəmiyyət tərəfindən müəllimlərə qarşı təhqiramiz münasibətin olduğu, qayda-qanunlara, əxlaqi-etik normalara əlvida deyildiyi məktəbə gəlir. Dəhşətli dərəcədə qəzəbli kütlə onu qəbul edə bilmir, amma özünün də dediyi kimi o, bu qəzəbli kütlə üçün bəlkə də, yeganə şansdır. O, da nə vaxtlarsa çox qəzəbli idi. İnsanlar gec-tez anlamalıdır ki, kənara püskürdüyü qəzəb vulkanı və onun törətdiyi fəsadlar sadəcə illüziyadır. Gerçək dağıntılar onların daxilində baş verir. Daxilində xarabalıqlar olan insanlar isə ətraflarını abadlaşdıra bilməz. Ən əsası isə bu kütlə yetkinlik yaşına çatmamış uşaqlardır. 

El Ceyms - Bozun əlli çaları - Э.Л. Джеймс - Пятьдесят оттенков серого

Image
Bu yazını resenziya və ya təəssürat kimi qəbul etməyin. Çünki kitabı yarımçıq oxudum. Bu yazı sadəcə fikirlərin şifahi daha sonra isə yazılı formasıdır.  Livelib.ru: Amazon.com yazır ki, bu kitabda bir çox erotik səhnələr var, amma əsas olan bu deyil. Birinci növbədə cəlbedici olan ehtiraslı münasibətlər, onların yaratdığı fiziki təsirlər və nəticədə həqiqi romantik sevginin yaranışıdır. Mən isə yazıram: Nə dəxli var? Erotik roman elə sadəcə erotik romandır. Kitabın yarısı klassik pornoqrafik filmlərin yazılı formasıdır. Digər yarısı isə vərəqlədiyim qədər iyrənc və qorxulu fantaziyadır. Nəticə isə, dünyada milyonlarla insanların kitaba nəhəng həvəs göstərməsidir. Maraqlıdır elə deyilmi? Nəinki kitabın yarısı, hətta 1/3 hissəsi belə bəs edir ki, insanların nəyə görə bu kitabı bu qədər ucaltdıqlarını başa düşək. Bu mövzuya yenə qayıdacam. Əvvəlcə isə bəzi məqamlara aydınlıq gətirək.

Con Uik - John Wick - Джон Уик

Image
Con Uik -  Rus mafiya başçısının quldur oğlu onun evinə basqın edib, maşınını oğurlayıb və dünyasını dəyişmiş həyat yoldaşının yeganə canlı xatirəsi olan iti öldürənədək keçmiş qatil   Con sakit həyat yaşayırdı. Qisas hissi ilə yenidən alışmağa başlayan Con, keçmiş bacarıqlarını xatırlamağa başlayır. 

Li Lefever - İzah etmək sənəti. Necə etmək olar ki, sizi yarımsözdən başa düşsünlər - Ли ЛеФевер - Искусство объяснять. Как сделать так, чтобы вас понимали с полуслова

Image
Təqdimat - Sizi başa düşürlərsə, bu xoşbəxtlikdir. Üstəlik biznesdə isə bu pul deməkdir. Çoxları ideyanın ətrafa qəbul etdirilməsini istedad kimi qəbul edir, biz isə təkidlə deyirik ki, bunu öyrənmək olar. Sizə ortaya əla məhsul qoymağa müvəffəq olmusunuz? O zaman bunu elə etmək lazımdır ki, onu layiqincə qiymətləndirə bilsinlər. Fərqi yoxdu ki, siz dostlarınıza, iş yoldaşlarınıza və yaxud da bütün dünyaya müraciət edirsiniz. Əsas odur ki, yaxşı izahat uğurun ən əsas təminatçısıdır. 

Stethammania #1

Image
Kolibri effekti -  Эффект колибри - Hummingbird  - Keçmiş xüsusi təyiatlı Coe Cons yeni həyat qurmağa çalışır. O, Çin mafiyasına işləməyə razılıq versə də, doğma şəhərinin kriminal dünyasının dərinliklərinə qərq olduqca başa düşür ki, baş verən özbaşınalıqlara sakitcə dayanıb baxa bilməz. Coe ədaləti bərpa etməyə qərar verir. Araşdırmaları isə cinayətkar aləmin zirvəsinə gətirib çıxarır. 

Aleksandr Belyaev - Sualtı əkinçilər - Александр Беляев - Подводные земледельцы

Image
Bir qrup xəyalpərəst SSRİ-yə valyuta cəlb etmək və okeanın bəxş etdiyi nemətlərdən istifadə etmək məqsədilə Uzaq Şərqdə sualtı təsərrüfat yaratmaq qərarına gəlir. Sankt-Peterburqdan olan alimlərin etdiyi kəşf nəticəsində hazırlanan kibrit qutusu böyüklüyündə akkumulyator sayəsində bu arzunu həyata keçirmək mümkün olur. Bu enerji mənbəyinin köməkliyi ilə oksigenin okean suyunun elektrolizi ilə alındığı ən müasir sualtı skafandr və akvalanqlar hazırlanıb. Bu kömək edir ki, uzun müddət suyun altında qalmaq mümkün olsun. Batmış yapon gəmisinin korpusundan sualtı evə dam düzəldilir. Qısa müddət ərzində sualtı sahələr, traktorlar və zavodlar yaranır. Yapon brakonyerləri ilə mübarizə üçün isə sualtı səfərbərlik elan edilir.  Məsələ isə getdikcə böyüyür və yaponlar sualtı gəmi ilə hücuma keçirlər. Yapon sualtı gəmisi güclü elektromaqnit dalğası ilə məğlub edilir. Ziyankar yapon dəstəsinin başbiləni isə komunizmin tərəfinə keçən dənizçilərə görə özünü harakiri ilə öldürür. 

Sən və mən - You and me - Ты и я

Image
14 yaşlı introvert Lorenzo, ətrafı və xüsusilə də valideynləri ilə çətin dil tapır. Lorenzo bütün siniflə qarlı dağlarda xizək sürməyə getmək adıyla zirzəmidə yalnız qalmaq qərarına gəlir. O, yalnızlığı çox sevir və ondan razıdır. Onun dünyası elə sadəcə təkcə özündən ibarətdir. Sadəcə "mən" adlı dünya. Gözlənilmədən onun zirzəmisinə, başqa sözlə, həyatına Olivia adlı qız daxil olur. Bu qız onun gözləri qarşısında dəyişir və mübarizə aparmağa çalışır. Onların oxşar cəhətləri çox olsa da, Lorenzo onu müşahidə edərək özü üçün nəticələr çıxarır. Bu nəticələr isə onu dəyişdirir. 

Mixail Bulqakov - Master və Marqarita - Михаил Булгаков - Мастер и Маргарита

Image
Ancaq özünə məlum olan səbəblərdən dünya səyahətinə çıxan və özünü Voland kimi qələmə verən şeytan, vaxtaşırı müxtəlif şəhərlərdə məskən salır.  1930-cu illərin y az vaxtı səyahətin axarı onu  Moskvaya gətirib çıxarır. Bu elə bir zaman və məkandır ki, artıq insanlar nə allaha, nə də şeytana inanır, İsa peyğəmbərin mövcudluğunu isə inkar edirlər. Buna baxmayaraq Moskvada bir nəfər yaşayır ki, (Master) o, Roma hakimi Ponti Pilatın edam etdirdiyi İsa peyğəmbər haqqında roman yazıb, lakin müasir ədiblər və tənqidçilər tərəfindən bəyənilməyən və qəbul edilməyən əsər, Masteri məcbur edir ki, onu yandırsın. Daha sonra ruhi xəstələr üçün xəstəxanaya düşür. Voland və onu müşayət edənlər Sadovoy küçəsində yerləşən qəribə və əsrarəngiz mənzildə qalmağa qərar verirlər. Bu mənzil ona görə qəribədir ki, buradan insanlar sirli formada qeyb olurlar. Sirli, lakin sehrli yollarla deyil (çox güman ki, Bulqakov 30-cu illərin repressiyalarına işarə verir). Marqarita isə Masteri sevir (?) və onu itirdikdə

K-PEKS planeti - K-PAX - Планета Ка-Пэкс

Image
Manhetten Psixiatriya Xəstəxanasına qara eynəkli qəribə adam gətirirlər. O, özünə Prot adı qoyub və iddia edir ki, işıq sürətindən də sürətli işıq şüalarında, bir göz qırpımında Yer planetinə gəlib. Təcrübəli həkim Pauell onun sirrini çox çətinliklə öyrənə bilir. Prot inandırıcı şəkildə K-PEKS planetindən gəldiyini iddia edir. Bir müddət sonra Mark Pauelli bəzi suallar maraqlandırır: bəlkə də Prot həqiqətən də yadplanetlidir. Əgər o, yadplanetlidirsə, bu bəşəriyyət üçün böyük imkanlar söz verir.  K-PEKS planeti hər bir elementin yerli yerində istifadə edilərək, izləyiciyə böyük mesajlar çatdıran möhtəşəm filmdir. 

Dünyadan olan insan - Человек с Земли - The Man from Earth

Image
Filmin özündə ehtiva etdiyi süjet əslində sadədir: belə ki, 14000 ildir ki, Yer planetində ölmədən, o tərəf bu tərəfə səyahət edərək yaşayan insan, bəşər tarixinin, əslində elə onun özü tərəfindən formalaşdırıldığını alim dostları ilə axşam görüşündə onlara izah edir. Bunun izahı ilə alimlər ölməzliyin sirləri haqqında müxtəlif fikirlər söyləyirlər. Bəziləri dərhal qəbul edir, bəziləri isə son ana qədər bunu absurd hesab edir.  Sadəcə bir otaq. Otaqda biologiya, arxeologiya, psixologiya və din kimi cəbhələr. Verilən məlumat isə insan əbədiyyətidir. İndi əsas məsələ onun düzgün danışıb danışmadığı haqqında nəticəyə gəlməkdir. Əgər düzgün danışırsa bu möcüzə, yalan danışırsa, sadəcə xəstə bir insan kimi dəyərləndiriləcək. Totoal zamn və məkan vahidliyi əsasında hadisələrin necə davam edəcəyini izləməyə başlayırıq. 

Lyusi - Люси - Lucy

Image
Sadəcə bir gün öncə o, adi insan idi, amma bu gün yüksək intellekti və qeyri-adi bacarıqları ilə planetin ən təhlükəli varlığıdı. Alimlər üçün fantastik və qeyri-real hesab edilən məsələlər onun üçün heç nədi. O, yemdən ovçuya çevrildi. Onun adı Lyusidi və deyilənə görə ilk qadının adı da məhz Lyusi olub. 

Frans Kafka - Çevrilmə - Франц Кафка - Превращение

Image
Səhər yuxudan oyananda Qreqor görür ki, qorxulu böcəyə çevrilib.  Sözün düzü bu kiçik həcmə bu dərəcədə dərin mənanın, bu dərəcədə ağır ədəbi-yükün - leksik-qrammatik çaların yüklənə biləcəyini gözləmirdim. Əsər haqqında pərakəndə biliklərim var idi və sonunda qərara gəldim ki, nə olursa olsun, mən də bu əsəri oxuyum. Oxuyum və özümə lazım olanları ondan alım. Elə ona görə də bu yazını yazıram. Yazıram ki, az da olsa rahatlana bilim, Yazıram ki, əsərin mənə bəxş etdiyi enerji mənə mənfi təsir göstərə bilməsin. Hər şeydən əvvəl isə, gəlin terminologiya ilə tanış olaq, çünki onsuz bütün mənzərəni görə bilməyəcəyik. Bəzi terminlərin izahını verdikdən sonra, əsərin məndə yaratdığı təəssüratları və insan təbiətinin  çox vacib nüanslarını qeyd edəcəm.

Amerikalının ermənistandakı inanılmaz maceraları - Lost and found in armenia - Невероятные приключения американца в Армении

Image
Sakitcə gündəmdə izləməyə nəyin olduğuna baxırdım ki, "Lost and found in armenia" ( Невероятные приключения американца в армении ) adlı filmə rast gəldim. Filmin təqdimatı isə belə idi: Günəşli Türkiyə sahillərində amerikalılar qayğısızcasına əylənirdilər. Onlardan biri isə bədbəxt sevginin fəsadlarını yaşayırdı. Nə gözəl qızlar, nə dəniz, nə də dostlar ona həyat eşqini qaytara bilmirdi. Anidən "xəfif külək" onun türk-azərbaycanlı cəsus kimi qəbul edildiyi dağlıq erməni kəndinə aparır. Burda insanlar onunla bilinməyən dildə danışırlar və ona qarşı çox qəddardırlar. Bu yazıq və özündənrazı amerikalı bir gün əvvəl heç ağlına da gətirə bilməzdi ki, onu atışmalarla, təqiblərlə, romantika və bir çox digər maceralarla zəngin gün gözləyir.

Uilyam Qoldinq - Milçəklər Kralı - Уильям Голдинг - Повелитель мух - William Golding - Lord of the Flies .

Image
Vəhşini vur! Boğazını üz! Qanını tök! Müharibə gedir. Məktəbli uşaqları evakuasiya edərək aparan təyyarə kimsəsiz adada qəzaya düşür. Beləliklə 20-ci əsr ingilis ədəbiyyatının ən güclü və özünəməxsus əsərlərindən birisi başlayır "Milçəklər kralı". Uilyam Qoldinqin ən gözəl əsərlərindən biri. Qara robinzonada və daihyənə fəlsəfi pritça.  Ada. Mavi laqun. Uşaqlar. Cənnət? Kimsəsiz ada. Toxunulmamış okean. Böyüklərin nəzarətinin olmadığı uşaqlar və onların yaratdığı cəmiyyət. İnqilab. Qan. Ölüm. 

Mingür Rinpoçe - Budda, beyin və neyrofiziologiya. Həyatı yaxşılığa doğru necə dəyişək. - Йонге Мингьюр Ринпоче - Будда, мозг и нейрофизиология счастья. Как изменить жизнь к лучшему

Image
Budda deyir: Necə ki, qızılı əridib, döyüb və kəsib keyfiyyətini yoxlayırlar, müdrik rahib də mənim təlimlərimi yoxlamalıdır. Mənim təlimlərimi necə lazımdırsa elə də öyrənin, təhlil edib başa düşün. Heç vaxt onları inanc kimi qəbul edib, kor-koranə qəbul etməyin. Məşhur Tibet ustadı Mingür Rinpoçe bu kitabı ilə müasir elmin nəaliyyətləri və buddizm fəlsəfəsini birləşdirərək, meditasiya vasitəsilə daha xoşbəxt yaşamaq haqqında inanılmaz dərəcədə praktiki və gözəl məsləhətlər verir. Mingür Rinpoçe şəxsən Dalay Lama tərəfindən, Veysman universitetinin neyrofiziologiya və beyin funksionallığı laboratoriyasında aparılan təcrübələrdə iştirak etmək üçün seçilmişdi. Təcrübələrin nəticələri inanılmaz idi: təcrübə ərzində beynin xoşbəxtliyə cavab verən neyroloji hissələrində neyron aktivliyi 700-800 faiz artmışdı. 

3 İdiots

Image
İki dost itirdikləri üçüncü dostu tapmaq üçün səyahətə çıxmalı olurlar. Bu macerada onlar çoxdankı hadisələri xatırlamalı, toy dağıtmalı və yas mərasimində iştirak etməli olurlar. Bütün bunlarla yanaşı ən əsas səyahət xatirələrə olan səyhətdir. Bu xatirələrin ən parlaq ulduzu Rançodur. Ranço onların həyatına anidən daxil olaraq həyatlarını dəyişdirən şəxsdir. Onlar tələbə yataqxanasındakı dövrlərini xatırlamağa başlayırlar: Rançonun Pia adlı qıza olan sevgisini və Viru adlı diktator-rektor olan mübarizəsini və s. 

Frenk - Frank

Image
Sizi elə bir dostluğun şahidi olmağınızı istəyirəm ki, bu dostluq tamamilə səmimidir. Bu dostluqda heç bir təmənna yoxdur. Heç bir gözləntidən söhbət belə gedə bilməz. Məhz buna görə də bu dostluq üçün yaradıcıllığın qapısı açıqdır. Bu dostluqda çox fərqli musiqi yaranır. Musiqi onların ortaq dəyəri, onları birləşdirən ən əsas amildir. Onların birlikdə yaratdığı eksentrik pop qrupa sirli və əsrarəngiz Frenk başçılıq edir. Frenk deyir ki, ətrafımızda baş verən hər bir şey haqqında mahnı oxumaq olar. Frenki Frenk edən onun qeyri-adi musiqi duyumudur. Frenkin qrupu məşhurluq üçün oxumur. Onlar musiqini qəlbən sevir və qəlbən də yaradırlar. 

Aleksandr Belyaev - Sifətini itirmiş insan - Александр Беляев - Человек, потерявший лицо

Image
Tonio Presta möhtəşəm sənətkar (aktyor) olsa da, xarici görünüş baxımından kifirdir. Bu insan dahidir, lakin təlxək bədəni ilə yaşamağa və cəmiyyəti güldürərək həyatını qazanmağa məhkumdur. Ümumiyyələ insanın kifir sifətə və bədənə məhkum olaraq yaşamağı haqsızlıq deyilmi? Bu suala cavab həkim Sorokindədir. Hipofiz vəzi möcüzələr yarada bilər. İnsan bədəni axar çay kimidir. Müəyyən müddətdən sonra eyni görünsə də, bizim bədənimiz həmin bədən deyil. Bu elm və fəlsəfə ilə tanış olduqdan sonra Tonio Prestada ümid yaranır. Həyatını yaraşıqlı insan kimi yaşamaq arzusunu gerçəkləşdirmək üçün hərəkətə keçir. Lakin Tonio Presta unudur ki, yeni xarici görünüş eyni zamanda yeni şəxsiyyət və onun özüylə gətirdiyi yeni xüsusiyyətlərdir. Gəlin daha ətraflı təhlil edək.

Təhlükəli münasibətlər - Опасные связи

Image
"...Əgər bu sevgi deyilsə, o zaman deməli sevgi heç mövcud deyil. Siz bunu inkar etsəz də, nəticələr bunu əksini sübut edir.." 20-ci əsrin 30-cu illəri. Köhnə sevgi tərəfləri Şanyaxyda görüşürlər və bir-birilərini qəribə intriqaya cəlb edirlər. Məqsəd günahsız insanları öz oyunlarına cəlb ederək şəxsi məqsədlərinə çatmaqdır. Lakin heç də hər şey plana uyğun getmir.   Film yazıçı Şoderlo Del Laklonun məşhur romanının ekranizasiyasıdır və nədənsə rejissorların diqqətinə səbəb olmuşdur. Əsərin müxtəlif zaman periodlarını əhatə edən ekranizasiyaları mövcuddur. Məsələn, 18-ci əsri, 20-ci əsrin 60-cı illəri və s. Bu filmdə isə hadisələr 30-cu illərdə baş verir. Özü də Şanxayda. 

Oşo - Qəlbin musiqisi -Ошо - Музыка души

Image
Əgər siz səhər tezdən günəşin çıxmağını görürsünüzsə və onu səssizcə izləyər ək daxilinizdə də günəş doğursa, bu ibadətdir. Əgər səmada quş süzürsə və siz onu izləyəndə bütün ayrılıqları unudursunuzsa, bu ibadətdir. Harda ki, bütün bölgülər məhv olur, orada ibadət yaranır. Kainatla, bütün varlıqla bütünləşdikdə, siz ibadət edirsiniz. Bu kitabında Oşo ibadət haqqında söhbət açır. O, qeyd edir ki, ibadət hər hansısa məcburiyyət və ya vəzifə deyil. O ürəkdən gəlməlidir. Kim ki ibadəti məcburi olaraq icra edirsə, o insanı azad insan hesab etmək olmaz.  Qoy ibdət qeyri-formal bir şey olsun: qoy o sizin qəlbinizin dərinliklərindən gəlsin. Onu hər səhər mütləq icra etmək şərt deyil. O halda o ibadət olmur. Əsl ibadət həyat tərzidir, fasiləsizdir. 

Aleksandr Belyaev - Hoyti-Toyti - Александр Беляев - Хойти-Тойти

Image
Berlin. Buş sirkində oxumağı və saymağı bacaran fil çıxış edir. Bir gün fil əhliləşdiricisinə qarşı əsəbiləşir və sirki tərk edir. Polis onu öldürməyə hazırdır, lakin SSRİ-dən müdaxilə olunur və professor Vaqner Xoyti-Toyti ilə görüşmək üçün Almaniyaya gəlir. İnanılmaz faktlar ortaya çıxır. Ümidlər geri qayıdır. Bu inanılmazdı, amma realdı. Fil Hoyti-Toytidə insan beyni var. Çox maraqlıdır indi o fildi, yoxsa insan? Görəsən sadəcə insan bədəninə malik olmaq insan olmaq deməkdirmi? İnsanı insan edən xüsusiyyətlər əgər dərinliklərə basdırılıbsa, məncə həmin varlığa insan demək düzgün deyil. Bunu əsərin özü də açıq-aydın sübut etdi.

Aleksandr Belyaev - Əbədi çörək - Александр Беляев - Вечный хлеб

Image
Hadisələr alman dənizində balıqçıların yaşadığı Fer adasında cərəyan edir. Berlin Universitetini tərk edən biokimyaçı-professor Broyer, balıqçıların yaşadığı adada bəşəriyyətin xeyrinə araşdırmalar aparır. O, primitiv canlıları araşdıraraq, qayğı tələb etmədən çoxalmağı bacaran və dadlı xəmirə bənzər qida istehsal edən canlıları kəşf edir. O, təcrübələrini artırmaq üçün, xəmirdən azacıq  aclıqdan əziyyət çəkən qoca Hansa verir. Daha sonra qısa müddət ərzində bütün kənd bu möcüzədən xəbər tutur və hər yerə yayır. Məsələ Berlində yayılandan sonra nəzarətdən çıxır və kommersantların diqqətini cəlb edir. Yay fəslində isə məlum olur ki, xəmir sürətlə çoxalır. O qədər çoxalır ki, insanlar onu zibil kimi ora-bura atırlar. Artıq planetin yeni düşməni var: bolluq.

Viktor Pelevin - 3 Zukerbrinə olan məhəbbət - Виктор Пелевин - Любовь к трем цукербринам

Image
Hardasa avqust ayının əvvəllərindən xəbər yayıldı ki, bəs Viktor Pelevin növbəti kitabını nəşr etdirir. Bütün böyük nəşriyyatlar, media nümayəndələri, bloggerlər və buna bənzər subyektlər kitab haqqında az-çox məlumat verməyə başladılar. Hətta internetdə kitabın bəzi fraqmentləri də dolaşmağa başladı. Hər yerdə xəbər gəzirdi. Bir sözlə yaxşı marketinq icra olunurdu. Kitabı hələ satışa çıxmamış maksimum dərəcədə şişirdirdilər ki, qiymətini yüksək təyin etsələr belə, hətta kitabın özü maraqsız olsa belə, insanlar onu qəbul etməyə hazır olsunlar. Kitab nəşr olunub satışa çıxarıldıqdan sonra isə qısa müddət ərzində müxtəlif nəşriyyatlar kitab haqqında resenziyalarını da əskik etmədilər. 

Aleksandr Belyaev - Hava taciri - Александр Беляев - Продавец воздуха

Image
Son zamanlarda Yer planetində daimi küləklər özlərini çox qəribə aparırlar. Metereoloq Klimenko yoldaşları və Yakut köməkçisi Nikola ilə Verxoyansk düzənliyinə yola düşür. Yolda təhlükələrdən xəbərdar edilsələr də, Klimenko yoluna davam edir. İnanılmaz olsa da, Arktikada havanı oğurlayan zavod var. Burada dünyanın yeni hökmdarı var. Cənab Beyli havanı öz şəxsi mülkiyyəti etmək qərarına gəlib. Hava satışı isə kosmik dərəcədə gəlirlidir. Klimenko bu obyektin mahiyyətini və bu şəxsin fikirlərini dərk etdikdən sonra onunla barışmır. Mübarizə isə nəticə verir.  

Mirzəkərim Norbekov - Kuzyanın anası haradadır və ya milyonlarla əhlikef çıxış yolunu necə tapaq? - Мирзакарим Норбеков - Где зимует кузькина мать, или Как достать халявный миллион решений

Image
Budur şəhərin məşhur kitab mağazasında kitab rəflərinin arasında gəzişirəm. Qəribə tərzdə, canayaxın formada üzümə gülümsəyən bu qəribə adamın kitabının arxasında mənə ünvanladığı yazıları oxuyuram. Ən əsası isə adı cəlb edir: Mirzəkərim. Öz-özümə fikirləşirəm ki, şərq insanının dilini elə şərq insanı bilər. Nə qədər ola bilər ki, şərq insanı elə şərqli problemlərini həll etmək üçün Qərbə müraciət edir. İna nın bu elə-belə bölgü deyil. Bu adam bəlkə də nəyəsə nail olmağı bacarıb və digər insanlarla da bölüşməyə qərar verib. Odur ki, bu kitabı oxusam nə isə əldə etmiş olaram. Kitabı alıram və ən qısa müddət ərzində böyük ümidlərlə oxumağa başlayıram. Başlasam da, sonlandırmağa çox çətinlik çəkirəm.

Patrul - End of Watch - Патруль

Image
Los Ancelas. İlk baxışda öz həyatını yaşayan sakit şəhər təəssüratını bağışlayır. Lakin kriminal aləmin, cinayətkar birləşmələrin dünyasına daxil olduqca, asayişi qoruyan polisin işinin necə də çətin olduğunu başa düşürsən. Mövzumuz da elə bununla əlaqədardır. Qarşımızda ayrılmaz iki polis həmkarlarıdır. Onlar bir-birilərini qoruyurlar və hər an hər çətinliyə hazırdılar. Onlar yaxın dostdurlar və işlərində profesionaldırlar. Belə də olmalı idi ki, bir gün Los Ancelasın ən kriminal bölgəsində çətin vəziyyətə düşürlər və son ana qədər bir-biriləni düşünərək mübarizə aparırlar. 

The Lunchbox - Ланчбокс - Dabba

Image
Nahar yeməyinin yanlış çatdırılmasının nəticəsində evdar bir qadınının tanımadığı kişi ilə tanışlığı yaranır. Onlar ilk öncə qələm dostuna çevrilirlər. Daha sonra isə hadisələr başqa yönlərdə cərəyan edir... Bu dəfə izlədiyim Hindistan filmində, hind kinematoqrafiyasına xas olan nə toy-nişan, gə nclərin kor məhəbbəti, əzabları, nə musiqili şou, nə də tragediya var. Bu filmdə insan hisslərindən başqa heç bir xammal yoxdur. Mumbay şəhərinin adi insanları, nəqliyyatı, arzuları və xəyalları. Dünya miqyasında işıqlandırılacaq ekran əsəri ilə qarşı-qarşıyayıq. Dünya Hindistanın sadəcə yuxarı kastaları ilə deyil, hər yönü ilə tanımalıdır. 

Con Varli - "Daxil et" düyməsini basın - Джон Варли - Нажмите «ВВОД»

Image
Onun adı Apfel Viktordur. Onun 50 yaşı var. Koreya müharibəsi veteranı və epileptikdir. Kifayət qədər asosial və qaraqabaq insandır. Bir gün onun evinə zəng gəlir və soyuq mexaniki səs ondan dəfələrlə qonşusu Çarlz Klügerin evinə getməyini xahiş edir. Klüger çox qəribə insan idi. Demək olar ki heç kimlə ünsiyyətdə olmurdu. Zənglərin ardı-arası kəsilmirdi, elə ona görə Viktor qonşusunun evinə getməyə qərar verdi.  Qərar verdi və həyatı tamamilə dəyişdi. 

Yevgeni Şvars - Kölgə - Евгений Шварц - Тень

Image
Əsərin qəhrəmanı olduqca gözəl və qorxulu nağılların reallaşdığı ölkəyə gəlir. O, tarixçi-alimdir və məqsədi ölkənin tarixini və mədəniyyətini daha da dərindən öyrənməkdir. O, nə vaxtsa Hans Xristian Andersonun yaşadığı otaqda məskunlaşır. Məhz bu otağın pəncərəsindən şahzadəni tapır. Şahzadəni tapmaqla isə başına əsl iş açır. İndi bütün yüksək vəzifəli məmurlar onun ovuna çıxıblar. Ən əsası isə onun kölgəsi ona xəyanət edib. 

Qay Kavasaki - StartUp - Гай Кавасаки - Стартап: 11 мастер-классов от экс-евангелиста Apple и самого дерзкого венчурного капиталиста Кремниевой долины

Image
Annotasiya - İstər artıq mövcud olan şirkət olsun, istərsə də sıfırdan qurulan şirkət, bu kitab hamıya yaxından kömək etmək üçün hazırlanıb. Kitabın məqsədi sizə möhtəşəm nəticələr əldə etmək üçün yardımçı olmaqdır. Əlbəttə ki lazımsız məlumatların və nəzəriyyənin içində itib-batmamaq şərtilə. 

Mo Şu fəlsəfəsi və xoşbəxtlik

Image
Mövzumuz xoşbəxtlikdir. Qədim fəlsəfi cərəyan olan Mo Şunun xoşbəxtliyi. Moşu intellektual-elmi cəhətdən məndən daha savadlı idi yoxsa yox onu deyə bilmərəm, amma xalqımızın gözəl şairi xoşbəxtliyə iki misra şeir düz-qoş eliyə bilmədi. Xoşbəxtlik hətta yazıda belə tapıla bilinmirsə, reallıqda necə tapılsın? Nəinki iki bənd şeir, ümumiyyətlə onun tərifi leksik lüğətlərə yazılsa əla olardı. Ən azından başlanğıc nöqtəmiz olardı. Xüsusilə isə “Əmək məcəlləsi”, “Vergilər məcəlləsi” və onlara bənzər gündəlik başqatan toplulara bənzər “xoşbəxtlik məcəlləsi” yaradılsa idi əla olardı. Özümüzü aldadardıq ki, bax filan-filan maddələrə görə xoşbəxt deyiləm, amma filan-filan maddələrə görə xoşbəxtəm və həyatımız da əsas məqsədi maddələrin artırılması olardı. Bir şeyi ki konkretləşdirməsək, o necə reallaşa bilər? Yazıçıların, şairlərin və onlar kimi digər bir sürü düşünən insanların boşuna çabasıdır ki, xoşbəxtliyə aid indiyə qədər heç bir məcəllə, heç bir bələdçi-kitab yoxdur. Moşunun heykəlinin

Təcili foto - One Hour Photo - Фото за час

Image
Foto-şəkillərdə çox vaxt xoşbəxtlik öz əksini tapır: doğum günləri, bayramlar və hər hansısa yığıncaqlar. Ailəvi albomumuza baxanda bizə elə gələ bilər ki, biz bütün ömrü boyu qəm-qüssə olmadan, qayğısız həyat yaşamışıq. Heç kim unutmaq istədiyinin şəklini çəkməz.  Mən foto-atelyedə arıtq 20 ildir ki işləyirəm. Bu işi vacib hesab edirəm. İnsanlar yanğın zamanı ailəvi şəkillərini xilas etməyə hər şeydən öncə can atırlar. Bəziləri isə hesab edirlər ki, bu iş kontora işi kimidir. İstənilən axmaq 2 günə süni şəkilləri çap etməyi öyrənə bilər. Lakin bir çox iş kimi bu iş də göründüyü kimi sadə deyil. Mən şəkilləri, sanki, özümə çap edirəmmişcəsinə çap edirəm. İnsanlara xidmət edərkən onlara hörmət etmək lazımdır. Yoxsa indi çox yerdə aşağı keyfiyyətdə iyrənc formatda şəkillər çap edirlər. 

Aleksandr Belyaev - Ariel - Александр Беляев - Ариэль

Image
Qoy bu səmimi əsər, onun mənə təqdim etdiyi rəngarəng dünya və ən əsası mənim özümə bənzəyən Ariel, yaddaşımda əbədi qalsın. Xatırladıqca ən xoş hisslərim oyansın. Ən əsası isə hər zaman ürəyimin səsini dinləməkdə mənə yardımçı olsun...

Təcrübə - The Internship - Кадры

Image
Billi və Nik artıq neçə ildir ki satış işi ilə məşğul olurlar. Yeni kompüter dünyası isə karyeralarına son qoyur. Geridəqalmış olmadıqlarını sübut etmək üçün onlar həyata meydan oxuyaraq ən yaxşı tələbələrin toplandıqları təcrübə proqramında iştrak hüququ qazanırlar. Təcrübə proqramı dünyanın bir nömrəli axtarış sistemi və bir çox digər inqilabi xidmətləri ilə tanınan "Google"-da reallaşır. Belə bir fantastik dünyaya bilet əldə etmək işin sadəcə yarısıdır. İndi onlar ən qəddar rəqabətə də davam gətirməlidirlər ki, sübut etsinlər ki, yaxşı komanda ilə hər şey etmək olar və ən əsası isə zəruriyyət yenilənmənin anasıdır. 

Paralel Dünyalar - Параллельные миры - Upside Down

Image
Uzun zaman öncə iki planet bir-birinə yaxınlaşır. Hal-hazırda hər ikisində də insan yaşayır və hər iki planetin öz cazibə qüvvəsi var. Əşya və ya canlı hansı planetə məxsusdursa, onun cazibə qüvvəsinə tabedir.  Yuxarı və aşağı planet qruplaşdırması var. Yuxarı planet maddi cəhətdən varlıqlıdır, sülh və əmin-əmanlıq hökm sürür. Aşağı planetdə isə səfalət. Səfalətin səbəbi isə yuxarı planetin aşağı planetin təbii resurslarını istismar etməsidir. Yuxarının aşağıya satdığı məhsulların qiyməti isə aşağı planetlilərin üstlənə bilməyəcəkləri dərəcədə çox yüksəkdir. Planetlərarası hərəkət çox ciddi idarə olunur. İki qravitasiya, ikili həyat standartları. 

Bir görüş - Одна встреча - Une rencontre

Image
Mən əbədiyyətə üstünlük verirəm... Hadisə (təsadüf) allahın anonim qalmaq seçiminin nəticəsidir.   Sadəcə bircə görüş. Elə bir görüş ki, insanın bütün həyatını dəyişir, onun mikro-kainatını alt-üst edir. Ürəyi tez-tez döyündürür və gözlərinə xoşbəxtlik sözünü hərflərlə yazır. Bütün bunlar yaşdan aslı deyil, necə ki bunu bu səmimi film sübut edir.  Pyer 15 ildi ki, həyat yoldaşını sevir və iki uşaq tərbiyə edir. Uğurlu vəkil və sevimli atadır. Elzanın üç uşağı var və olduqca uğurlu yazıçıdır. Hərəsinin öz xoşbəxt ailəsi olsa da kainatın görünməyən əli onları bir-biriləri ilə görüşdürür. Bir növ təcrübə aparır. 

Largo Winch II - Ларго Винч 2: Заговор в Бирме

Image
Atasının ölümündən sonra Larqo Uinç "Uinç Group" şirkətini satmaq və əvəzində xeyriyyə ilə məşğul olan Uinç fondunu yaratmaq qərarına gəlir. Elə bu ərəfədə  onu  Birmada  insanlıq əleyhinə cinayət işləməkdə günahlandırırlar. Ardınca Larqonun düşmənlərinin sayı intensiv olaraq artır. Yeni məqamlar öyrənən Larqo dost və düşmənlərini tanımaqda çətinlik çəkir.  Yuxarıdakı cümlələr Larqo 2 üçün hər nə qədər əhatəedicidirsə də, birinci hissədən fərqli olaraq ikinci seriyada mənim narazı qaldığım daha çox məqam oldu nəinki birinci hissə. Hər şey qeyri-müəyyən və dinamik başlayır və elə bir o qədər də narahat sonlanır. Bəzəb böyük problemlərin həlli çox sadə olur. Reklamlarda deyildiyi kimi bir zəng qədər yaxın. 

Largo Winch - Ларго Винч: Начало

Image
Mən uğura inanmıram, təsadüfə də inanmıram. Mən inanıram ki, insan özü öz həyatının sahibidir.  Larqo Uinç məşhur milyarder tərəfindən oğulluğa götürülən yetim uşaq idi. 26 yaşında Larqo atasının milyarlarda dollar dəyərində olan şirkətini miras alır. Böyük pullar eyni zamanda böyük problemlər deməkdir. O, Forbesin siyahısına düşsə də, dişlərini onun üzərinə qıcayan rəqbilərinin və yaxın dostlarının da siyahısına düşür. İndi onu hətta ən yaxın dostları belə satmağa hazırdır. Larqo döyüşü qəbul etməyə hazırdır. Yaraşıqlı və tənha döyüşçü oddan da sudan da keçməyə hazırdır ki, haqq-ədaləti bərpa etsin və şərin hücumlarını dəf etsin. 

Qor Vidal - Kiçik planetə səyahət - Gore Vidal - Visit to a Small Planet

Image
İnsanlar haqqında həddindən artıq maraqlanan Kreton, başqa planetdəndir. Müəlliminin iradəsinə zidd olaraq o, insanları öyrənmək üçün Yer planetinə baş çəkir. Adi bir ailədə qonaq və gəlmə statusu qazanan Kreton, qısa müddətdən sonra müəlliminə verdiyi "insanların həyatına qarışmamaq" sözünü pozur. İnsanların həyatına qarışan Kreton, insan olmağı həmişə primitiv və vəhşi hesab etsə də, onların hisslərinin olduğunun fərqinə varır. Kədər, paxıllıq, kin-küdurət, şöhrətpərəstlik, qorxu və s. Onun bir xüsusiyyəti isə həm ona, həm də ətrafındakı insanlara çox mənfi təsir göstərir. Bu fikirləri oxumaqdır. O, bu bacarığı sayəsində bütün dünyada siyasi hakimiyyəti ələ keçirməyə nail olur. Hakimiyyəti ələ keçirən Kreton deyir ki, insanlara onların istədiyini verəcək. İnsanların istədiyi isə bir-birilərini əzmək, öldürmək, qanlı rəqabət aparmaq, bir sözlə müharibədir.