Posts

Showing posts with the label fəlsəfi-psixoloji etüdlər

Erix Fromm - Azadlıqdan qaçış (+Qeydlərim)

Image
Əgər insanlıq azadlığın özü ilə gətirdiyi təhlükə və məsuliyyətlərlə birlikdə yaşamağa öyrəşməsə, onda avtoritarizm bərqərar olacaq. İlk dəfə 1941-ci ildə nəşr olunan və indiyədək aktuallğını zərrə qədər də itirməyən, dövrünün və eləcə də müasir zamanın ən öncül düşünürlərindən olan Erix Frommun "Azadlıqdan qaçış" əsərinin məğzini də məhz bu məqam əmələ gətirir. Avtoritat sistemlərin təhlilindən yola çıxaraq, demokratiyanın individə bəxş etdiyi yadlaşma, yalnızlıq və izolyasiya kimi məsələlərin mahiyyəti və köklərindən söhbət açılır. Psixoanalitik məlumatlara əsaslanaraq müasir cəmiyyətlərin xəstəliklərinə diqnoz qoyan Erix Frommun dilindən müasir insanın totalitar qayda-qanunları tələb etməsini öyrənmək çox qəribə oldu açığı. Əsl qaçışdır, azadlıqdan qaçış da budur.

Müasir insan, ya da vaxtı keçmiş yanaşmalar

Image
Diqqət! Bu yazı sizin yanaşmalarınıza perpendikulyar xarakter daşıya bilər! Məhz yanaşmalar. Fikirlər, düşüncələr, paradiqmalar, ya da bunlara oxşar başqa terminologiya deyil, məhz yanaşmalar, çünki yalnız yanaşandan sonra nə isə etmək, ya da etməmək olur. Baxıram görürəm ki, son vaxtlar biz irəliyə, qabağa, nə bilim, bilmirəm başqa cür necə yazım ki, başa düşəsiniz, uzağa, odey orda görünən keçici bayrağın yanına gedib-çıxamq əvəzinə, tez-tez geriyə çevrilib baxırıq. Qınamıram, bəzən insanlar valideynlərinin onlara ötürdüyü əql irsi sayəsində yaddaş və xatirələr dirilməsinə məruz qalırlar. Baxırsan görürsən ki, birdən-birə kimsə çönüb olur "A" qrupunun davamçısı, filankən "B", bəhmənkəs də "C" qrupunun fikirlərini propoqanda edir. Ya da oturub söhbət edirsən cavan-cavan yoldaşlarla görürsən ki, adamlar dərkedilmə xüsusiyyətindən məhrum anlayışlarla maraqlanıb özlərini həlak edirlər onların uğrunda. Mən də cavanam, amma az-maz yaşım artıb artıq. Yavaş-...

Vaxtından tez qocalanlar

Image
Biz hələ gənc ikən qocaldıq. Amma bunun günahkarları da var və onlar mütləq bir gün cavab verəcəklər! Cavanlığımızı əlimizdən aldıqlarına görə, gəncliyimizi məzhəkəyə çevirdiklərinə görə və ən əsası mənliyimizi itirməyimizə görə... Son vaxtlar vaxtın olması səbəbi ilə bir çox köhnə dostlarımla görüşürəm, hansı ki həm də yeni dostlar qazanmağıma səbəb olur. Bu yoldaşları (yeni dost-tanışları) müşahidə etdikcə özümdən də nə isə görürəm. Çoxları əsasən məndən 3-4 yaş kiçik olan gənclərdə geniş yayılan psixoloji ab-hava məni bir qədər narahat edir. Bu vaxtından tez qocalmaqla əlaqədar olan bir şeydir. Bunu belə adlandırmağımın səbəbi elə mənim də həmin təcrübələrdən keçməyimdir. Bəli həmin məsələni mən özüm də yaşamışam. Hərbi xidmətdən gələndən sonra özümü beş uşaq atası olan işsiz, lakin məhdudiyyətsiz qayğı sahibi bığıburma kişi kimi təsəvvür edirdim. Magistratura təhsili mənə lazımsız bir şey kimi gəlirdi və öz aləmimdə mən ancaq qaz vurub qazan doldurmalı və sadəcə və sadəcə ...

Oliver Saks - Arvadını papaqla səhv salan kişi və digər kliniki nağıllar

Image
Oliver Sacks - The Man Who Mistook His Wife for a Hat and Other Clinical Tales İyirminci əsrin ən tanınmış nevroloqlarından biri olan Oliver Saks tərəfindən yazılan "Arvadını papaqla səhv salan kişi və digər kliniki nağıllar " bizə nevroloji xəstəliklərdən əziyyət çəkən insanların dünyasına səyahətə dəvət edir. Müəllif bizə intellektual və əqli xəstəlikləri yaranan insanların problemlərini həm bədii, həm də elmi cəhətdən izah edir: insanların sifətlərini və ümumi əşyaları dərk etməyən, yaddaşını və keçmişinin böyük hissəsini itirən, ətrafları sahibinə yadlaşan və digərlərinin. Oliver Saksın möhtəşəm bədii təhkiyəsi sayəsində, kitabı oxuyub bitirdikdən sonra biz müxtəlif nevroloji problemlərlə mübarizə aparan insanların nələr hiss etdikləri haqda tam və dolğun təsəvvür sahibinə çevrilirik.  Kitabın məzəli adı kimi, mündəricatı da olduqca zəngindir. Müxtəlif kiçik və orta həcmli hekayələr bizə nevroloji patologiyalardan əziyyət çəkən insanlarla tanış edir. Kitabı oxuyub b...

F=-F

Image
Nyutonun üçüncü qanunu qarşılıqlı təsirə əsaslanır: İxtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir.  Qüvvələr cür-cüt yaranırlar. Lakin müxtəlif cisimlərə tətbiq olunduqlarından bir-birini tarazılaşdırmırlar. Əgər A cismi başqa bir B cisminə qüvvə ilə təsir edərsə, onda A cisminə də B cismi tərəfindən eyni qiymətdə, ancaq əks tərəfə yönəlmiş qüvvə təsir edəcək. Yəni, qüvvə əks qüvvə yaradır. 

Meri Şelli - Frenkenşteyn, yaxud müasir Promotey

Image
Мэри Шелли - Франкенштейн, или Современный Прометей Mary Shelley - Frankenstein; or, The Modern Prometheus 1816-cı ildə aralarında dünya romantik poeziyasının görkəmli nümayəndələri olan Lord Bayron və Persi Şellinin də olduğu, İsveçrənin Cenevrə şəhərində dostlar bir araya toplaşaraq qorxulu hekayələr danışırlar. Onların arasında yeniyetmə Meri də var ki, bir müddətdən sonra Persinin həyat yoldaşı olacaq. Lord Bayron belə bir yarış təklif edir: yayın sonuna qədər kim ən qorxulu hekayəni yaza bilər? Bu yarış Merinin təsəvvürünü alovlandırır və onu ilhamlandırır. Nəticədə isə Meri Şelli sadəcə yeni fenomen deyil, eyni zamanda dünya ədəbiyyatının axınını dəyişdirəcək yeni janr yaratmış olur: elmi-fantastika.  Yaxşı elmi-fantastikanın isə üç mühüm xüsusiyyəti vardır: müasir elmin nəaliyyətlərinin doğru təsviri, bu nəaliyyətlərin humanistik tənqidi və elmi texniki tərəqqinin inkişafının idarə olunmaması zamanı nələrin baş verəcəyinin proqnozlaşdırılması.  Bu nəali...

Nə vaxtsa ağlıma gəlməzdi...

Image
Nə vaxtsa ağlıma gəlməzdi. Bəli bəli nə vaxtsa ağlıma belə gəlməzdi ki, mən böyüyüb başa çatdığım evin pəncərəsindən ətraf küçələrə baxanda hansısa qlobal problemlər, gələcək haqqında fikirlər, ümidlər, planlar, qayğılar, içimdəki boşluq hissini doldurmaq, özümü axtarıb tapmaq, arzularıma nail olmaq kimi məsələlər haqqında düşünəcəm.

Leviafan - Левиафан

Image
Biri var idi, biri yox idi. Gözəl və sakit təbiətin qoynunda, hansısa şimal rus şəhərciyində özünə ev və iş yeri yaradan Nikolay adlı adi bir insan yaşayırdı. Haradansa qeybdən, çox çox uzaqlardan Kolyanın həyatına görünməyən, çox güclü bir əl müdaxilə edir. Bu əl onun əlini sıxmaq istəmir, bu əl onun bədənindən də böyükdür və onu əzmək istəyir. Bununla da Nikolayın taleyi barəsində narahatlıqları başlayır. Nə allah, nə müaisir hüquq sistemi, nə "dostlar"-ı, nə də təbiət ona kömək etmək iqtidarında deyil. Hərgah alkoqol tanrısı onu uyuşdururdu və onun latent intihar vəziyyətini ört-basdır etmək istədi, yenə də xaos tanrısı qalib gəldi. Onun ruhu artıq ölmüşdü. Qəhrəmanımız öz haqqını, zəhmətlə tikib qurduqlarının haqqını layiq olduğu kimi almaq istəyirdi. Biznes tanrısı daha aqressiv oldu və öz qulunu - siyasət mələklərini işə qoşdu, qan qoxusu ətrafa yayıldı. Qorxulu olduğuna görə n ağılımız uşaqlar üçün deyil. Uşaqlara isə biz onların aşağı yaşlarından etibarən sadə bir q...

Qara qu quşu - Black Swan - Чёрный лебедь

Image
Balerina Nina "Qara qu quşu" baletində baş rolu ifa etmək hüququ qazanır, lakin bu əsər onun daxili dünyasına nüfuz edərək yavaş-yavaş reallıqla xülyalar dünyası arasındakı sərhədi aradan qaldırır. Filmdə romantizm üçün xarakterik ikiləşmə, səhnə və şəxsi həyat qarşıdurması və qəhrəmanın fiziki olaraq öz əksinə çevrilməsi elementləri yer alıb.