Haruki Murakami - After Dark - Послемрак
Kitabın
ingiliscə adı:
After Dark
Kitabın
rusca adı: Послемрак
Kitabın
yaponca adı: アフターダーク;
Afutā Dāku
Janr: Magik Realizm (müasir)
Ümumi xarakteristika: Fəlsəfə, Psixologiya, Sosiologiya
Başvermə
yeri: Şərqi Asiya - Yaponiya
Süjet
forması: Düzxətli-paralel
Yaş Məhdudiyyəti:Böyüklər üçün - 18+ (16+ da olar)
Süjet: Bütün hadisələr Tokionun mərkəzində
bir gecədə baş verir. Baş obrazlar: 19 yaşlı tələbə qız Mari, kafedə kitab
oxuyaraq gecəsini keçirir. Orada o, trambonda ifa edə tələbə Takaxasi ilə tanış
olur. Takaxasi Marinin bacısı Erini tanıyır. Bu arada Eri dərin yuxudadır. Mari
(Meri) keçmiş güləşçi və hazırki otel administratoru Kaoru ilə və kompyuter
eksperti tərəfindən həmin oteldə döyülən bir çinli fahişə ilə tanış olur.
Müxtəlif tərəflərə səpələnən obrazlar.
Onlardan bəziləri tələsir, bəziləri isə heç bir yerə tələsmirlər. Bəzilərinin məqsədləri
var, bəzilərinin isə yoxdur. Bəziləri vaxtın tez keçməsini, bəziləri isə heç
keçməməsini istəyir. Buralarda gecələr fərqli olur. Buna öyrəşdiyimiz gecə
terminini aid etmək olmaz. Bizim səbrimiz tükənir. Bir çox şeyi özümüz yaşamaq istəyirik.
Resenziyam: Deməli sadəcə bir gün. Tələbə
qızın, otel sahibəsinin, çinli fahişənin, nevrozlu gənc musiqiçinin, maskalı şəxsin
və televizorda yuxulayan gənc qızın bir gecəsi. Göydələnlər şəhərində gecədir.
Bu gecəyə biz Murakaminin prizmasından baxacağıq. Elə ona görə də narahat
olmayın, darıxdırıcı olmayacaq. Gecə anlayışımız dəyişəcək. Bu insan oxucuda hətta
adi toyuq salatına belə fərqli baxışı yarada bilir. Gecəyarısından sonra zaman
ayrı cür keçir və bununla əlaqədar heç nə etmək olmur.
Murakaminin özünəməxsus bir digər cəhəti
onun qadın obrazlarla işləməsidir. Bilirsiz, qadın obrazlarla işləmək heç də
asan məsələ deyil (əlbəttə onlar başqa planetlərdən gəlmsələr də yenə də çətindir.
Yadplanetli obrazlar yaratmaq daha asandır.). Murakaminin romanlarında isə, biz
ustalıqla işlənib hazırlanmış qadın obrazları görürük. Bu romanda obrazlar tələsməyən,
sirli və yolları kəsişəndirlər. Qaranqlıq gecədə, işıqlı şəhərdə baş verən
hadisələr və rənarəng obrazlar. Musiqini
unutmayaq. Romanda bir çox məşhur cazmenlər və onların yaratdığı əsərlər
vurğulanıb (həmişəki kimi). Yazıçının imkanı olsa idi, bu musiqi nümunələrinin
ya notlarını romana yazardı, ya da qulağa fantastik gəlsə də, elə birbaşa həmin
mahnıları kitaba elə yerləşdirərdi ki, kitabın həmin yerini oxuyanda onu dinləyə
bilək. Romanın adı Curtis Fullerin
"Five Spot After Dark (1959)" mahnısı ilə əlaqədardır.
Murakami romanlarına çox sevdiyi, bəyəndiyi mahnıların adlarını verir və beləliklə
də musiqi ilə ədəbiyyatı birləşdirir (Beatels - Norwegian Wood, Nat King Cole -
South of the Border, West of the Sun). Yazıçının böyüklüyünə baxın ki, musiqi
ilə ədəbiyyatı birləşdirə bilir.
Yekun: Əvvəllcə bu romana böyük
ümidlər bəsləməsəm də, yarılayandan sonra fikrim dəyişdi və Murakaminin növbəti
gözəl yaradıcıllıq məhsulu ilə tanış olduğuma sevindim. Bu obrazlar mənə
"real" həyatda olan ətdən sümükdən olan insanlardan daha dəyərlidir
deyə bilərəm. Dəqiqliklə deyə bilmərəm niyə, amma bu belədir. Beləliklə Murakaminin
beşinci kitabını bitirdim və baxışlarım onun oxuyacağım növbəti kitabını
axtarır).
Kitabdan seçmələr:
1. Yaşamaq üçün insana yanacaq kimi xatirələr lazımdır. Fərq etməz, sadəcə
xatirələr.
2. Qulaq as, insan həyatı işıqlı və qaranlıq hissələrə bölünəcək dərəcədə
primitiv deyil. İşıq və zülmət arasında milyonlarla keçid rənglər və kölgələr
var. Şüurlu insan həyatı boyu onları ayırmağı öyrənir. İnsan bunun üçün çoxlu
güc və vaxt sərf edir. Mən sənin qaranlıq olduğunu düşünmürəm.
3. Adi insanlar gərək gecənin bu vaxtı yatalar -, gülərək Takaxasi
deyir. Ümumiyyətlə insan bu yaxınlarda - bir neçə min il öncədən etibarən gecələr
gəzintiyə çıxmağa başlayıb. O vaxta qədər isə insanlar günəş qürub edən kimi
mağaralarına girib çölə çıxmırdılar. Prinsipcə bizim bioloji saatlarımız hələ də
belə işləyir. Günün təhlükəli hissələrində biz yatırıq.
4. Reallıq qum kimi onun barmaqları arasından süzülüb getdi. Vaxt da
onun tərəfində deyil.
5. Yaxşı işlər ortadan bölünmürlər. Həyatda bəzi şeylər təklikdə alınır, bəzi şeylər isə ikilikdə. İkisini birləşdirmək
yaxşı şeydi, amma qarışdırmaq heç bir fayda verməz.
6. Oda atılan fəlsəfi traktatlar, reklamlar, iyrənc pornoqrafiya ya da
valyuta. Alov üçün bunları hamısı kağızdı. "Oyy yox Kantı atdılar",
"Axşam xəbərləri", "Döşlərə bir bax" deyib alov müxtəlif
cür ki yanmayacaq. Alov üçün bunların heç birinin fərqi yoxdu.
Bənzər yazılardan:
Comments
Post a Comment