Oşo - Qəlbin musiqisi -Ошо - Музыка души
Əgər siz səhər tezdən günəşin çıxmağını görürsünüzsə və onu səssizcə izləyər ək daxilinizdə də günəş doğursa, bu ibadətdir. Əgər səmada quş süzürsə və siz onu izləyəndə bütün ayrılıqları unudursunuzsa, bu ibadətdir. Harda ki, bütün bölgülər məhv olur, orada ibadət yaranır. Kainatla, bütün varlıqla bütünləşdikdə, siz ibadət edirsiniz. Bu kitabında Oşo ibadət haqqında söhbət açır. O, qeyd edir ki, ibadət hər hansısa məcburiyyət və ya vəzifə deyil. O ürəkdən gəlməlidir. Kim ki ibadəti məcburi olaraq icra edirsə, o insanı azad insan hesab etmək olmaz. Qoy ibdət qeyri-formal bir şey olsun: qoy o sizin qəlbinizin dərinliklərindən gəlsin. Onu hər səhər mütləq icra etmək şərt deyil. O halda o ibadət olmur. Əsl ibadət həyat tərzidir, fasiləsizdir.