Posts

Showing posts with the label ifşa

Dördüncü sakin - Citizenfour - Гражданин четыре

Image
Bəzən cəsarətli insanlarla qarşılaşırsan. Bəzən insanlardan birisi sadəcə özünü deyil digərlərini də düşünməyə başlayır. Bəzən insanlar mövcud qayda-qanunların hipnozundan can qurtarmağa müvəffəq olurlar. Kimsə. Birisi. Başqa birisi. Hamı kimi düşünüb bu yazını yazmağa başlayarkən mən Edvar Snouden haqqında yuxulu-yuxulu fikirlər söyləyirəm. Edvard. Bu tamamilə başqasıdır. Yad cəmiyyətin, mədəniyyətin, ölkənin, millətin nümayəndəsi, amma o, məni özünə özgə hesab etmir. O, belə hesab edir ki, heç bir hakimiyyət orqanı səbəbsiz yerə kiminsə şəxsi həyat ın nəticəsi olan şəxsi informasiyasını toplayıb təhlil etməməlidir. Ağırlığına dözülməz bu yükün altına girmək qorxusuzluq tələb edir. Başa düşmürəm insan özündən başqa bir digərini necə düşünə bilər. Milyonlarla digər insandan sənə nə? Nə ehtiyac var axı öz şəxsi rahatlığını nəticəsi bilinməyən proseslərə qurban edəsən. Haşiyə açım əsas yadın kim olduğunu deyim: artıq əsrlərdir ki, siyasi hakimiyyətlər bizə yad insanlar toplusundan ba...

Zəfəranın rəngi - Цвет шафрана

Image
İngiltərəli jurnalist Syu Hindistana gəlir ki, babasının gündəliyinə əsasən ingilis müstəmləkəçilərinə qarşı mübarizə aparmış hind mücahidləri haqqında sənədli film çəksin. Maliyyə vəsaitinin çatışmazlığına görə o, professional aktyorlarla deyil, tələbələrlə işləməyə məcbur olur. İlk vaxtlarda yığılmış komanda layihədə iştirak etməyə heç də böyük həvəs göstərməsələr də, vaxt keçdikcə dövrün problemlərinə daha da yaxından qərq olurlar. Onlar başa düşürlər ki, yüz il ərzində vətənlərində çox az şey dəyişib. Nəticədə onlar öz hüquqları uğrunda öz mübarizələrini başladırlar. 

Uilyam Qoldinq - Milçəklər Kralı - Уильям Голдинг - Повелитель мух - William Golding - Lord of the Flies .

Image
Vəhşini vur! Boğazını üz! Qanını tök! Müharibə gedir. Məktəbli uşaqları evakuasiya edərək aparan təyyarə kimsəsiz adada qəzaya düşür. Beləliklə 20-ci əsr ingilis ədəbiyyatının ən güclü və özünəməxsus əsərlərindən birisi başlayır "Milçəklər kralı". Uilyam Qoldinqin ən gözəl əsərlərindən biri. Qara robinzonada və daihyənə fəlsəfi pritça.  Ada. Mavi laqun. Uşaqlar. Cənnət? Kimsəsiz ada. Toxunulmamış okean. Böyüklərin nəzarətinin olmadığı uşaqlar və onların yaratdığı cəmiyyət. İnqilab. Qan. Ölüm.