Posts

Showing posts from June, 2017

"Radio Halimateaching"-ə müsahibəm

Image
"Radio Halimateaching" onlayn radiosunun təsisçisi Həlimə Fətullayeva mənim 5 ildən çoxdur ki məşğul olduğum bloqerlik fəaliyyətim haqqında müsahibə alıb. Maraqlananlar müsahibəni dinləyə bilər. Eləcə də, onlayn radionu dinləməyə başlaya bilər - halimateaching.airtime.pro

Niyə görə roman oxumalıyıq?

Image
Bu audio-podkastda roman oxumağın timsalında bədii ədəbiyyatın insanların həyatına olan müsbət təsiri haqqında qısaca oalraq danışmağa çalışdım. 

Qırmızı yol/ Red Road

Image
Cekki CCTV (izləmə kameraları) operatoru vəzifəsində çalışır. O, hər gün dünyanın bir hissəsi olan kiçik ərazini öz nəzərləri ilə yoxlayır və vətəndaşların təhlükəsizliklərinə zəmanət olmağa çalışır. Günlərin bir günü isə ekranda elə bir insanı görür ki, bir daha heç vaxt görmək istəməzdi, ümid edirdi ki, bir daha görməyəcək. Onu görəndən sonra isə heç bir seçimi qalmır, onunla üzləşməyə, keçmişi ilə isə hesablaşmağa məcbur olur...

Ostin Kleon - Rəssam kimi oğurla

Image
ENG: Austin Kleon - Steal Like an Artist: 10 Things Nobody Told You About Being Creative RUS: Остин Клеон - Кради как художник. 10 уроков творческого самовыражения Bu kitab Ostin Kleonun Nyu York Universitetində tələbələrə verdiyi mühazirədən sonra yaranıb. Müəllif tələbələrə yeni başlayan rəssam olduğu günlərdə başqalarından eşitmək istədiyi 10 məsləhətini verib. Sonradan mühazirənin mətni internetdə sürətlə yayılmağa başladığına görə, müəllif fikirlərini dərinləşdirib və bu mövzuda kitab yazmaq qərarını verib.  Ostin Kelon gənc yazıçı və rəssamdır. O, yeni rəqəmsal erada dünyadan baş çıxarmaq üçün təklif etdiyi bir çox yaradıcı işləri ilə tanınır. Müəllifin "Rəssam kimi oğurla" kitabından savayı "Newspaper Blackout" adlı kitabı da var ki, harada onun 2010-cu ildə nəşr olunan şeirlər və köşə yazılarından ibarət kitabdır. Onun rəsm və mətn işlərini The New York Times, The Wall Street Journal kimi jurnallarda, eləcə də 20?200.com, NPR's Morning Edition, P

Aleksandr Soljenitsın - Xərçəng korpusu

Image
RUS: Александр Солженицын -  Раковый Корпус ENG: Aleksandr Solzhenitsyn -  Cancer Ward "Xərçəng korpusu" Aleksandr Soljenitsının əsəri olub, elə yazıçının özünün 1954-cü ildə Daşkənddə onkoloji xəstəlikdən müalicə təcrübəsinə əsaslanır. 1963-66-cı illərdə qələmə alınan əsər, ölümcül xəstəliklərə düçar olan insanların yaşadıqlarını möhtəşəm bədiliklə təsvir edir. Eləcə də "xərçəng" xəstəliyinə tutulmuş Sovet hökümətinə tənqidlər edilir. Yazıçı özü əsərini povest kimi dəyərləndirirdi.  Roman ilk dəfə baş redaktoru Aleksandr Tvardovski olan "Yeni dünya" jurnalında dərc edilməyə qəbul edilmişdi. Hətta müəlliflə müqavilə də bağlanmışdı. Romanın birinci hissəsi SSRİ Yazıçılar Birliyinin nəsr bölməsində fəal şəkildə müzakirə edilmişdi. Həmin dövrdə mərkəzi idarəetmədə mövcud olan senzura "Xərçəng korpusu"nun nə "Yeni dünya" jurnalında, nə də SSRİ-nın başqa bir yerində işıq üzü görməyinə imkan vermədi. Buna baxmayaraq, roman qeyri-rə

Qara laqun/ Black Lagoon

Image
Adi bir yapon ofis işçisinin müasir piratlar tərəfindən oğurlanması və daha sonra da öz komandalarına dəvət edilməsi, onu əvvəllər bixəbər olduğu yeni dünyaya atılmağa sövq edir. Rok düşünürdü ki, darıxdırıcı korporativ həyat tərzindənsə hərəkətliliyin bol olduğu pirat həyatı yaxşı olacaq, amma bu seçimin də özü ilə birlikdə gətirdiyi çətinliklər oldu...

Başağrıdan insan/ The Bothersome Man

Image
40 yaşlı Andreas qəribə bir şəhərə gəlib çıxır. Ora necə və niyə gəldiyi haqda heç bir anlayışı yoxdur. Ona hər cürə şərait yaradılır. İş, ev, hətta həyat yoldaşı da təqdim olunur, lakin o, hiss edir ki, nə isə qaydasında deyil. Andreas şəhərdən qaçmaq istəsə də, görür ki, bu mümkün deyil. Sonradan Hüqo ilə tanış olur. Hüqo evinin zirzəmisinin divarında tapdığı çatdan qəribə səslər gəlir. Beləliklə də yeni dünyaya olan maraq hər şeyə üstün gəlir...

Kabaçok kimi həyatım/ My Life as a Zucchini

Image
Kabaçok 9 yaşlı oğlan uşağının ləqəbidir. Anasını bədbəxt hadisə nəticəsində itirən Kabaçok, polis Reymondla dostlaşır. Reymond onu uşaq evinə aparır. Orada Kabaçok yeni dostlar qazanır. Bir müddət onlarla dostlaşmağa və uşaq evinə uyğunlaşmaqda çətinliklər çəksə də, sonradan Reymondun və yeni dostlarının köməkliyi ilə əsl dostluğu, sevgini və yeni ailəsini tapa bilir. "Kabaçok kimi həyatım " unutduğumuz şeyləri xatırlamaq və  uşaqların təmiz və saf dünyasına səyahət etməyə çağırış edən möhtəşəm ekran əsəridir.  

İxracatın əhəmiyyəti - Deniyel Lederman və Uilyam Maloni (+Qeydlər)

Image
İnkişaf üçün ölkə iqtisadiyyatlarının nə ixrac etdiyi əhəmiyyətlidirmi? Əgər əhəmiyyətlidirsə, sənaye siyasətləri bazar tərəfindən formalaşdırılan ixracat səbətini inkişaf etdirə bilərmi? Bu kitab qeyd edilən suallara müxtəlif konsept və iqtisadi siyasət yönündən yanaşır. Sənaye siyasəti ilə əlaqədar nəzəri arqumentləri araşdıran müəlliflər, sektorları inkişafa yönəldən indikatorları və cari sənaye siyasətlərini təhlil edirlər. Eyni məhsulları ixrac edən (xüsusilə təbii resurslar), lakin fərqli nəticələr əldə edən ölkələrin təcrübələri çox analitik və maraqlı formada bir-biri ilə müqayisə olunur. Müəlliflər qloballaşan dünyanın iqtisadi reallıqlarını nəzərə alıb, ölkələri nə istehsal etməyə deyil, əsasən necə istehsal etməyə fokuslanmağı məsləhət görürlər. 

Mən, Deniyel Bleyk/ I, Daniel Blake

Image
59 yaşlı dülgər Deniyel Bleyk, iki uşaq anası ilə dostlaşıb dövlət sisteminin vətəndaşları üçün yaratdığı bütün "şərait" ilə yaxından tanış olmağa başlayır. Bu səyahət başından sonuna qədər emosiya, ümidsizlik və xəfif məzhəkə ilə zəngindir. Ehtiyatlı olun, çünki rəngli film olmağına baxmayaraq, Deniyelin timsalında sistemlə üz-üzə dayanan fərdin nuru ilə sistemin zülməti arasındakı ağ-qara kadrların arasında özümüzü itirə bilərik...

Tərcümədə itmiş/ Lost in Translation

Image
Orta yaşlı məşhur amerikalı aktyor Bob Harris, tamamilə yapon bazarı üçün nəzərdə tutulan "Santori" viskisinin reklam çəkilişləri üçün Yaponiyanın paytaxtına, Tokyoya səyahət edir. Baxmayaraq ki, Bob bir aktyor kimi öz parlaq karyerasını artıq çoxdan geridə qoyub, özünə qazandığı ad və imic ona hələ də belə 2 milyon dollarlıq "iş"ləri təmin edir. Şəxsi həyatı isə kifayət qədər məyusedicidir. Arvadı Lidia onu hər işində müşayiət etsə də, Boba görə mənasız şeylərə təhrik etsə də, Yaponiya səfəri ərəfəsində evdə qalaraq uşaqların qayğısına qalır. Eyni oteldə qaldığı digər amerikalı, fəlsəfə məzunu, təxmini iyirmi yaşında olan Şarlottanın da Bobla oxşar cəhətləri yaman çoxdur. Con, Şarlottanın ixtisasca fotoqraf əri öz işləri ilə məşğul olmağa başlayan kimi, Tokyo Şarlotta üçün mədəni həbsxanaya çevrilir. Tokyonun mədəni beriyerlərinin öhdəsindən gələ bəlməyən Bob və Şarlotta, səmimi dostluqdan ən ülvi hislərə qədər yaxınlaşa bilirlər...

Edx platformasından necə istifadə etməli? (Video-podkast)

Image
Onlayn kurs və təhsil platforması olan Edx-dən istifadəyə dair ümumi təlimatları əks etdirən video-podkast. 

Qismət - Meqapolis hüznləri

Image
Mən çox da şeir oxuyan deyiləm. Poeziya və şeir mənim üçün həqiqətən də çox həssas məsələdir. Orta yol yoxdur. Ya möhtəşəm olmalıdır, ya da heç nə. Özü də orta məktəb illərində formalaşmış şeir zövqüm elədir ki, mənə görə şeiri nə isə musiqili, ahəngdar və emosiyadolu məfhum kimi anlamağa vadar edir. "Meqapolis hüznləri"ndən 4-5 şeir oxumuşdum ki, bir ürəyim sıxıldı ki, gəl görəsən. Düşünmək olar ki, bu şairin uğurudur. Şeirlər kitabının adı kimi oxucunu hüznə qərq edir, amma di gəl ki, ürəyim ədəbi uğurun nəticəsində şüurumda və ya dərketməmədə yaranmış xüsusi bədii atmosferə görə yox, antişeir anlayışının müəllifin yazı üslubuna proeksiyalanmasının nəticəsində belə oldu. Yazdığı misralarda "Azercell" kimi kommersiya markasını xatırladan, Röya və Aygün Kazımova kimi şou-biznes nümayəndələrinin başına qurub-quraşdırdığı tənqidini qeyd edən, ictimai nəqliyyatdan istifadə edərkən emosional fonunun dəyişməsini təsvir etməyə çalışan Qismət, mənə bir neçə dəfə oxuduqlar

Parazit/ Parasyte: The Maxim

Image
17 yaşlı Siniçi İzuminin bədəninin bir hissəsi, daha dəqiq olsaq, sağ əli xüsusi parazitə yoluxub. Bu parazitlərin haradan və niyə görə peyda olduqları bilinmir, amma bilinən ən əsas məsələ odur ki, onlar insan bədəni ilə qidalanırlar. Siniçi bu məxluqla bir bədəndə birlikdə yaşamağa uyğunlaşmalıdır, çünki həmin bədən hər ikisi üçün eyni dərəcədə - sağ qalmaq üçün lazımdır. "Parazit" yarı insan, yarı bədheybət, amma çox güclü dostluqdan bəhs edən maraqlı bir animedir, izləməyə dəyər.

Şamil Qafarov - Pulun diktaturası

Image
Monoqrafiyada pulun bütün incəliyinə və eybəcərliyinə qədər cəmiyyət həyatında oynadığı rol, onun diktatorluğu, pula verilən elmi təriflər, pul haqqında müxtəlif deyimlər, bu möcüzəli, sirli, cazibədar, qeyri-adi güc və qüdrətə malik bəşər sivilizasiyasına meydan oxuyan, dünyada bütün müharibələrin, toqquşmaların səbəbi olan, həm də insanlara zənginlik gətirən və onlara sanki "qürurluq" verən, insan olmayanı "insan" edən, maddi dünya adlanan bir dünyanı formalaşdıran pulun təhlili verilir.

Ceyms Coys - Dublinlilər

Image
ENG: James Joyce - Dubliners İrlandiya həyatının qeyri-romantik həyat tərzini əks etdirən bu 15 bədii əsər müxtəlif Dublinlinin həyatına olan ötəri nəzərlərdir. Onlar birlikdə müəyyən bir yeniliyin və icmanın ana xətlərini cızırlar. Ceyms Coys öz innovativ və təcrübi yazı üslubu ilə seçilən böyük yazıçılardan olub. Odur ki, onun əsərlərin maraq doğurmaya bilməz, amma təəssüf ki,  "Dublinlilər" mənim üçün heç də müstəsna əhəmiyyətə malik mütaliə təcrübəsi olmadı. Əksinə, bir xeyli narazı qaldım.

Coursera platformasından necə istifadə etməli? (Video-podkast)

Image