Posts

Showing posts with the label müasir rus ədəbiyyatı

Viktor Pelevin - Generation P

Image
RUS:  Виктор Пелевин -  Generation П Romanın əsas qəhrəmanı "P" nəslinin nümayəndəsidir. Cəmiyyətdəki rolunu köşkdə adi alverçi kimi başlasa da, sonradan reklam və marketinq sahəsindəki intellektual xalturanı öyrənib "rus ideyası"nın üzərində işləməyə başlayır. Qısa müddət ərzində olduqca keşməkeşli təcrübələr yaşayan əsas obraz, sonunda İştar adlı ilahənin dünyəvi ərinə çevrilir...

Viktor Pelevin - Baxıcı

Image
RUS: Виктор Пелевин - Смотритель İmperator Birinci Pavel, təkrarsız əlkimyəgar və mesmerist, sui-qəsdçilər tərəfindən qətl edilməyib. Çevriliş ona Peterburqu xəlvətcə tərk etməsi üçün yaradılmış teatr tamaşası idi. Əlkimyəgər Pavel dahi Frans-Anton Mesmer tərəfindən yaradılan dünyaya - İdilliuma gedir. Pavel onun birinci baxıcısı olur. Artıq üçüncü yüzillikdir ki, İdillium bizim dünyadan gizlənir və onunla xüsusi qanunauyğunluqlar çərçivəsində qarşılıqlı münasibətdə olur. İdilliumun müdafiəsi bir neçə dəfə bir-birini əvəzləmiş baxıcının işidir. Hər bir yeni kəs İdilliumun sirrini öyrənib, əslində kim olduğunun fərqinə varmalıdır...

Viktor Pelevin - Mafusailin lampası

Image
RUS:  Виктор Пелевин - Лампа Мафусаила, или Крайняя битва чекистов с масонами   "Mafusailin lampası, yaxud da masonlarla çekistlərin kənar döyüşü" Viktor Pelevinin 2016-cı ildə oxucularının ixtiyarına verdiyi möhtəşəm müasir rus ədəbiyyatı nümunələrindəndir. Kitabda müasir Rusiyanın hazırkı siyasi və ictimai problemləri ötən əsr ərzində rus rəhbərliyinin masonlarla olan mübarizəsi ilə əlaqələndirilir. Bu çox ümumi ideyadır və onun maliyyə və okkult əsasları az adama məlumdur. Pelevinin bu dəfəki hibrid romanı, dünyanın əsas siyası, iqtisadi, mədəni və antropogenez suallarını doğuran sirlərə reaktiv ideyalarla zəngin bədii roman dili ilə işıq salmağa çalışır. 

Vladimir Vasilyev - Vint

Image
RUS: Владимир Васильев -  Шуруп Vitaliy Şebaldin kosmik donanma akademiyasının ən yaxşı məzunları arasındadır. Əvvəllər sadəcə arzulaya bildiyi şeylərin indi bir addımlığındadır: paqonunda ulduzlar, məzuniyyət balı, sevdiyi qız ilə görüş, qvardiya polklarınını birində xidmət və ən yeni kosmik gəmilərin heyəti ilə birgə kosmik uçuşlarda iştirak etmək. Lakin bütün bunlardan sonra sadəcə "Vint-intendant" olacağını öyrənəndə, bir anın içində onun bütün xəyalları dağılır. Halbuki, "Vint" olmaq çox mühüm sirlərə agah olmaq və ciddi işlərlə məşğul olmaq imiş. Kosmik donanmanın mövcudluğu yeri gələndə onun kimi mütəxəssislərdən asılıdır...