Ən yaxşı vaxtlar - The Best of Times
Filmin
rusca adı: Лучшие времена
İl: 1986
Janr:
komediya, idman, dram
Filmin
şüarı: A film with a catch (or two)
Rejissor:
Roger Spottiswoode
Aktyorlar:
Robin Williams, Kurt Russell, Pamela Reed, Holly Palance
Mükafatlar: ---
Süjet - Mərkəzdən
uzaq Kaliforniya şəhərciyi olan Taft, sadəcə öz neft sənayesi və həmişə məğlub
olan futbol komandası ilə məşhurdur. Bu şəhərcikdə Cek Dandi yaşayır. Bu insan 15 il bundan öncə həm
özünə, həm də komandasına böyük biabırçılıq yaşatmışdır. İndi isə tarixi yenidən
yazmaq qərarına gəlir. Lakin onu nə şəhər sakinləri, nə də dövrünün ən məşhur və
istedadlı oyunçusu Rino Haytauer dəstəkləmir. Onlar eyni hissləri və amalları
paylaşmırlar. Bəs yaxşı Cek yuxulu şəhərciyi oyadıb tarixi yenidən yazmağa müvəffəq
olacaqmı?
Fikirlərim – Ümumiyyətlə furbol həvəskarı
deyiləm. Hələ üstəlik də Amerika furbolunun heç fanatı deyiləm. Adətən idmanla əlaqədar
olan dram/melodram/komediya/triller kimi filmləri də sevimrəm. Çünki ssenari
eyni olur: bir və ya bir qrup uğursuz oyunçular cavab oyununda qalib gəlirlər. Bu
filmə isə üç səbəbə görə baxdım. Birinci səbəb
Robin Vilyams, ikinci səbəb Kurt Rasseldir və nəhayət üçüncü səbəb isə
filmin ilidir. Adı çəkilən aktyorların əlavə şərhinə ehtiyac görümürəm. Onları tanıyanlar
tanıyır. Filmin ili isə 1986-dır. 80-ci illərdə, həqiqətən də, çox gözəl filmlər
çəkilirdi və o dövrün filmlərinə qarşı xüsusi simpatiyam var.


P.S.
İmdb reytinqi 5.6-dır (23.04.13). məncə, filmin qiyməti 6.0 ilə 6.7 arasında
olmalıdır. Nə artıq nə də əskik.
Comments
Post a Comment