Posts

Showing posts with the label İran kinematoqrafiyası

Qarışqaların Fəryadı - Крик муравьев - Scream of the Ants

Image
          Süjet: Tanrının varlığına inanan bir qadın ateistə aşiq olur. Dini fərqlilikləri onlara nigaha daxil olmasğa mane olmur. Toydan sonra onlar bal ayını Hindistanda keçirmək qərarına gəlirlər. Bu bal ayından daha çox fəlsəfi səyahətdir (bəyəm hər səyahət fəlsəfi deyilmi?). Onlar mükəmməl insanı axtarırlar. Bəli o, mövcuddur. O, sizə də kömək edəcək. Sadəcə axtarıb tapın. Yüngülləşəcəksiniz (Filmin mövzusuna görə o İranda qadağan olunub və çəkilişlərini də ölkə ərazisində qarşısı alınıb.).          Resenziyam: Həmişə belə bir filmə baxmağı istəmişəm. Filmə birinci dəfə baxandan sonra hər şey mənə tam aydın olmasa da, başa düşdüm ki, bu mən axtardığım filmdi. Filmin mövzusuyla əlaqədar çox şeylər oxumuş, çox adamlarla söhbət etmişəm. Film isə bu motivləri daha yaxşı aydınlatdı.

Çevrə - The Circle - Круг - Dayereh

Image
          Cəfər Pənahinin izlədiyim ikinci filmi. Cəfər Pənahi, kolleqaları Mahbalbaf və Kirostamidən fərqli olaraq, birmənalı şəkildə, heç bir qərb vasitələrini işə qarışdırmayaraq, İranda çəkilişlər edir. Bu filmdə bir çox İran filmi kimi sadə, amma dərin mənalıdır. Bu film başlanğıcından sonuna qədər İranda və İranın timsalında bütün Şərqdə qadına qarşı olan alçaldıcı hərəkətləri və düşüncələri bizlərə göstərir. Film müddətində bir obrazdan digər obraza keçərək – sanki çevrə üzrə hərəkət edərək – rejissor kiçik də olsa müəyyən bir qrupun iztirablarını bizlərə göstərib. Qız uşağı doğduğuna görə bədbəxtliyə məhkum olanlar çevrənin bir tərəfində, hansısa səhvlərinə görə azadqlıqdan məhrum olmuş, amma azadlığa yenidən qovuşmuş qadınların, azadlıqda «kişilərin» təzyiqlərinə məruz qalması, övladına yaxşı həyat tərzi verə bilmədiyinə görə ondan imtina edən kim, küçədə fahişəlik edən kim. Bu qadınların ortaq cəhəti odur ki, onlar hamısı «kişi»lərin təzyiqləri, dü...

Ağ Şar - The White Balloon - Badkonake Sefid

Image
        Ağ şar – The White Ballon , Cəfər Pənahinin debütüdür. Azərbaycanın istedadlı oğlu Cəfər Pənahi, İranın ən məşhur rejissoru Abbas Kiarostaminin şagirdidir. Təəccüblü deyil ki, belə bir rejissorun şagirdi dünyaca məşhurdur. Bu filmlə C.Pənahi kinematoqrafiyaya uğurlu addımlarla daxil olmuşdur. Doğrudur, bu filmə qədər rejissor bir çox qısa metrajlı filmlər çəkmişdir. Rejissor İranda bir çox istedadlı Azərbaycan türkləri kimi təqiblərə məruz qalmış və zindanda olmuşdur. Rejissor haqqında ətraflı wkipedia məlumat üçün: buraya tıkla

Budda utandığından yerlə yeksan oldu - Buddha Collapsed Out of Shame

Image
  “Deyirlər Buddanı partlatmayıblar. O, özü Əfqanıstanda baş verənlərdən utandığından yerlə yeksan olub....” Hanna Mahbalbaf: Amerikada yaşayan və zorakılıq haqqında sadəcə Hollivud filmlərindən xəbər tutan həmyaşıdlarımdan fərqli olaraq onu deyə bilərəm ki, Əfqanıstandakı uşaqlar bu dəhşətli kabusları öz gözləri ilə müşahidə edirlər. Onlar əzizlərinin elə yaşadıqları evin həyətindəcə başlarının kəsilməsini görüblər. Təkcə Budda yox, məncə bu filmi izləyən hamı utanmalıdır. Çünki şükürlər olsun ki, hər imkanımız ola ola “oxumaqdan bezdim”, “oxumaq istəmirəm”, kimi fikirlər səsləndiririk. Halbuki filmdə ucqar bir kənddə, balaca qız uşağının dəftər almaqdan ötəri keçdiyi min-bir əzab-əziyyəti görürük. Biz isə dəftər almaq istəyərkən çox da böyük çətinlik çəkmirik. Elə deyilmi? Yayın qızmarında kondisonerli otaqda, qışın şaxtasında isti otağımızda oturub dərslərdən gileylənirik. Bunu edərkən vicdanımız görəsən harda olur? Filmi izləsəz, balaca qız uşağının məktəbə gedməs...