Posts

Showing posts from 2015

Salam, Nyu York! - Салам, New York

Image
"Salam, Nyu York!" bir qırğız gəncinin "Amerika arzusu" arxasınca dünyanın ən böyük meqalopolisinə  necə getdiyini göstərən pozitiv və səmimi ekran əsəridir. 

Cazibə qanunu üçün 7 sadə üsul

Image
Motivasiya, şəxsi inkişaf və müasir fəlsəfə ilə maraqlananlar üçün inqilabi xarakter daşıyan "The secret" yad anlayış deyil. Son 15-20 il ərzində bu mövzuda yazılan kitablar, məqalələr və digər resursların sayı daima artmaqdadır. Müxtəlif insanlar müxtəlif tərzdə eyni ismarıcı çatdırmağa çalışsalar da, mahiyyət etibari ilə məsələ kifayət qədər sadədir. Bu mövzu ilə əlaqədar son zamanlar daha çox mütailə etməyə çalışdığımdan, müəyyən təcrübənin formalaşaraq artdığını söyləyə bilərəm. Bu səbəbdən udemy.com platformasında öyrəndiyim "Law Of Attraction - 7 Simple Techniques For Manifestation " başlıqlı kurs haqqında və kurs nəticəsində əldə etdiyim bilikləri sizlərlə də bölüşmək istəyirəm. 

Mən qorxmuram!

Image
Bu yaxınlarda maraqlı bir onlayn kurs vasitəsi ilə qorxularımı tanıdım. Sten Hastd (Stan Hustad) adlı spiker mənə düzgün tərzdə və zamanda, ehtiyacım olan motivasiyanı verdi. Tamamilə pulsuz olaraq udemy.com-dan (onlayn kurs platforması) sizin də bir çox dəyərli məlumatlar əldə edə biləcəyiniz kursun tam adını və keçidini paylaşmazdan əvvəl, kursun qısaca mövzusu və şəxsi təəssüratlarımı esse formasında sizlərə təqdim etmək istərdim. 

Yukio Misima - Dənizin artıq sevmədiyi dənizçi

Image
Юкио Мисима -  Моряк, которого разлюбило море  Yukio Mishima - The Sailor Who Fell from Grace with the Sea  Yaradıcıllığı vasitəsi ilə olduqca yüksək zirvələrə ucalan Yukio Misima, yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən, klasiklərindəndir."Dənizin artıq sevmədiyi dənizçi" əsəri dənizi möhtəşəm macəralar məkanı bilən dənizçi Ryüdzi, dəbli dükan sahibəsi Fusako və onun azadlığını itirməkdən qorxan 13 yaşlı oğlu Noborunun həyat hekayəsindən ibarətdir. İlk baxışda bir-birinə tamamilə uzaq olan bu üç qəhrəmanı qovuşduran və ayıran qəribə qüvvənin fərqinə varmaq isə, çox güman ki, Yukio Misima kimi dahi yazıçıların öhdəsinə düşən vəzifədir. 

Scarface

Image
1980-ci ildə Meyril Harbor (Meyreal Harbor) limanından istifadəyə icazə verildikdən dərhal sonra minlərlə kubalı "Amerika arzusu" arxasınca ABŞ-a təşrif buyurdu. Onlardan biri Mayaminin qızmar günəşi altında zənginlik və hakimiyyət əldə edə bildi. Onun adı Toni Montana olsa da, dünya onu "Çapıqlı Sifət" kimi tanıdı.   Ötən əsrin 80-ci illərinin qanqster dramı olan "Çapıqlı sifət" təqdim olunarkən heç də uğurlu ekran əsəri kimi tanınmadı. Film cəmiyyətdə və film tənqidçiləri arasında vahid fikir və təəssüratlar yaratmadı. Buna baxmayaraq, vestern janrı kimi, qanqster, mafiya və kriminal motivlər zaman keçdikcə dəyər qazanmağa başladı və bu gün top 250 filmlər arasında yer alan "Scarface" öz epikliyi və lakonikliyi ilə çoxlarının sevimli filmidir. 

The Grey

Image
The Grey - Təyyarə qəzasından sonra sağ qalan heyət, amansız canavarlarla ölüm-dirim mübarizəsi aparmalı olur. Ümidlərini itirməyərək naməlum istiqamətə hərəkət etsələr də, qəddar canavarların ovlanma ərazisində sağ qalmaq heç də asan iş deyil. Olduqca güclü düşmənin əhatəsində qorxuya məğlub olmamaq iradə üçün əsl imtahandır. Bu iradə imtahanında təbiətin hansı övladı - insanlar, yoxsa canavarlar qalib gələcək?

Looper

Image
2074-cü ildə mafiyalar cinayət əməllərini ört-basdır etmək üçün tam başqa üsullardan istifadə edirlər. Elm bu məsələdə onlara yaxından kömək edir. Zamanda səyahət artıq kəşf olunub, lakin bu olduqca bahalı bir "xidmət" olduğuna görə bunu  sadəcə imkanlı mafiyalar icazə verə bilirlər. Luperlər isə bu "təmizlik" işini icra edən işçi qismində fəaliyyət göstərən şəxslərdir.

Riçard Bax - Conatan Livinqston adlı qağayı - Richard Bach - Jonathan Livingston Seagull

Image
  Səhər  аçıldı, sübh günəşinin qızılı  şüalаrı sаkit dənizin xəfif ləpələrində bərq vurdu. Sаhildən bir mil аrаlı bаlıqçı gəmisində tоra yem qoyub suya аtdılаr, bu хəbər bir göz qırpımındа səhər yеməyini gözləyən dəstəyə çаtdı, minlərlə qаğаyı hiylənin, gücün hesabına yеm qırıntılаrı  əldə  еtmək üçün gəmiyə tərəf uçdu. Dаhа bir gün yaşam hаqqını qаzаndı. Bu zaman Cоnаtаn Livinqstоn  аdlı qаğаyı hаmıdаn аrаlanıb, bаlıqçı gəmisindən, sаhildən uzаqdа tənhа məşq uçuşlаrını bаşа çаtdırdı…Cоnаtаn yüz fut yüksəklikdə pərdəli cаynаqlаrını aşağı burахdı, dimdiyini qаldırdı, qövs kimi qаtlаnmış qаnаdlаrını irəli vеrdi, dözülməz  аğrıyа mətanətlə tаb gətirərək axıradək bu vəziyyətdə sахlаmаğа cəhd еtdi.

The Runner - Беглец

Image
Konqresmen Kolin Prayz iki şeyə dəhşətli dərəcədə aludədir: siyasətə və qadınlara. Britaniya Neft Şirkətinin (BP) məsuliyyət daşıdığı Meksika Körfəzindəki faciədən sonra Kolinin həyatı başdan ayağa dəyişir. Şəxsi həyatı ictimailəşir və uğursuzluq dalğasına məruz qalır. Başına gələn seksual skandal sadəcə karyerasını deyil bütünlüklə həyatını təhlükə altına atır. Çətin anlarda da siyasətçilərin ən yaxın dostu yalan olur. Karyera, sevgi, vicdan və şəxsiyyət məsələlərini əhatə edən "The Runner" baş rolda Nikolas Keycin möhtəşəm ifası ilə maraqlı mövzulara toxunur və cəmiyyətimizə bir daha kənardan baxıb düşüncələrə dalmağa dəvət edir. 

Haruki Murakami - Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri

Image
Haruki Murakami -  Colorless Tsukuru Tazaki and His Years of Pilgrimage O, hələ çox gənc idi və ətrafında baş verənlər haqqında tam təsəvvürə malik deyildi. Tokionun daş cəngəllikləri onun əvvəllər yaşadığı mühitdən də çox fərqlənirdi. O dərəcədə çox fərqlənirdi ki, daxili dünyası ilə yaşadığı dünya arasındakı balansı qorumaqda çətinlik çəkirdi. Onun, Tsukuru Tazakinin, nə vaxtsa güvəndiyi və tam ideal münasibətdə olduğu dörd dostu olub. Lakin günlərin bir günü Tsukuru Tazaki üçün bir-biriləri ilə sirlərini bölüşdükləri o dünya  əlçatmaz bir yerə çevrilir. Həmin andan etibarən Tsukuru ancaq və ancaq məhv olmaq haqqında düşündü. Yetkin insana çevrildikdən sonra isə keçmişi ilə hesablaşmaq qərarına gəldi. Ən əsası isə onu demək lazımdır ki, biz bəzən yuxular, xəyallar və reallıq arasındakı sərhədi pozuruq və bunu edərkən heç də həmişə şüurumuzla hərəkət etmirik. 

The Wrestler

Image
Rendi Robinson 80-ci illərin parlaq ulduzudur, lakin yaşlaşandan sonra məşhurluğunun boz oxşarına çevrilib. Sağlamlığı ilə əlaqədar yaranan problemlərdən sonra o, həkimlərdən xoş olmayan xəbər eşidir: əgər döyüşlərə davam etsə, həyatını itirə bilər. Yeni həyata başlamağa cəhd edən Rendi, qızı ilə olan münasibətlərini də yoluna qoya bilmir. Əsl təbiətinə qarşı çıxa bilməyəcəyini başa düşəndən sonra isə son döyüşünə çıxır...

The Machinist - Машинист

Image
Trevor Reznik artıq bir ildir ki yatmır. Skeletə çevrilən Trevor reallıqla yuxu arasında ilişib qalıb. O, özünü müxtəlif qorxulu hadisələrin içində tapır. Tanımadığı insanlar və naməlum hadisələr müəmmalı formada həyatında kəsişir. Onun üçün sadəcə bir rəng - boz rəng mövcuddur. 

Dallas Buyers Club - Далласский клуб покупателей

Image
Ron Vudrofun real həyat hekayəsinə əsaslanan film olduqca diqqətəlayiq maraqlar münaqişələrindən bəhs edir. Həkimlər Rona QİÇS diaqnozu qoyaraq, işlərini qaydaya salmaq üçün 30 günlük möhlətininin olduğunu bildirmişdilər. Ron həyat sevgisi sayəsində bir çox risklərə gedərək qeyri-ənənəvi və qanunsuz hesab edilən dərman preparatlarından istifadə edib ömrünü 7 il uztmağa müvəffəq olur. Həyatda qaldığı günlərdə isə eynilə özü kimi xəstələrə xidmət göstərən biznesi yaradır. 

Ekvilibrium - Equilibrium - Эквилибриум

Image
Hadisələr hislərin qadağan olunduğu gələcəkdə baş verir. Bu insanların müharibələrin olmaması üçün verdikləri qurbandır. Artıq kitablar, musiqi və incəsənət qanunsuzdur. İstənilən hiss isə, ölüm cəzasına məhkum edilən cinayət hadisəsidir. Mövcud qaydaların icrasını təmin etmək üçün "Prozium" adlı dərmandan istifadə olunur. Con Preston adlı hakimiyyət nümayəndəsi qanunları pozanlarla mübarizə aparır. Günlərdin bir günü isə Con dərman qəbulunu unudur. Bu unutqanlıq onun mənəvi oyanışına səbəb olur. Oyanış isə hakimiyyətin ifşasını labüd edir. 

Dördüncü sakin - Citizenfour - Гражданин четыре

Image
Bəzən cəsarətli insanlarla qarşılaşırsan. Bəzən insanlardan birisi sadəcə özünü deyil digərlərini də düşünməyə başlayır. Bəzən insanlar mövcud qayda-qanunların hipnozundan can qurtarmağa müvəffəq olurlar. Kimsə. Birisi. Başqa birisi. Hamı kimi düşünüb bu yazını yazmağa başlayarkən mən Edvar Snouden haqqında yuxulu-yuxulu fikirlər söyləyirəm. Edvard. Bu tamamilə başqasıdır. Yad cəmiyyətin, mədəniyyətin, ölkənin, millətin nümayəndəsi, amma o, məni özünə özgə hesab etmir. O, belə hesab edir ki, heç bir hakimiyyət orqanı səbəbsiz yerə kiminsə şəxsi həyat ın nəticəsi olan şəxsi informasiyasını toplayıb təhlil etməməlidir. Ağırlığına dözülməz bu yükün altına girmək qorxusuzluq tələb edir. Başa düşmürəm insan özündən başqa bir digərini necə düşünə bilər. Milyonlarla digər insandan sənə nə? Nə ehtiyac var axı öz şəxsi rahatlığını nəticəsi bilinməyən proseslərə qurban edəsən. Haşiyə açım əsas yadın kim olduğunu deyim: artıq əsrlərdir ki, siyasi hakimiyyətlər bizə yad insanlar toplusundan ba

Ən yaxşı təklif - The Best Offer - Лучшее предложение - La migliore offerta

Image
Verqiliy Oldman qabaqcıl auksiyon evinin icraçı direktorudur. Vaxtaşırı bütün dünyanın gözü qabağında alıcıları və satıcıları çaşdıraraq, yaxın dostu Billi ilə olduqca maraqlı işlərə - fırıldaqlara imza atır. Öz gizli otağında müxtəlif dövrlərin möhtəşəm sənət əsərlərini saxlayan Oldman, günlərin bir günü sirli bir qadının müraciəti nəticəsində böyük maraq hissinə qapılır. Əntiq əşyalarını satmağa çalışan bu qadının evinə gedib gəlməyə başlayandan sonra növbə ilə qədim oyuncağın hissələrini tapmağa başlayır. Deyilənə görə bu oyuncağı hazırlamaq üçün vaxtilə ilahi qüvvələrin köməyinə müraciət olunub. Kiçik hissələri axtararkən bütün mənzərəni görməyən Oldmanı nəhəng sürprizlər gözləyir.

Vladimir Nabokov - Lolita

Image
Лолита - Владимир Набоков 1955-ci ildə ABŞ-da işıq üzü görək "Lolita" əsəri, okeanın hər iki tərəfində Vladimir Nabokovun ən çox səs-küy yaradan və oxunan əsərlərindən birisi oldu. Süjetin mərkəzində olan eqosentrik seksual manyak (?) - Qumbertin gündəliyini oxuyarkən biz, müxtəlif nəticələrə gələ bilərik. Kimlər üçünsə bu əsər zamana, ölümə, xəstəliyə qalib gələn sevgi hekayəsi, kimlər üçünsə də sadəcə xəstə təfəkkürün məhsuludur. Hansı cəbhənin arxasında yer almağınızdan asılı olmayaraq onu demək lazımdır ki, müxtəlif cəmiyyətlərdə oxunan və dəbdən düşməyən "Lolita" ilə tanış olmaq lazımdır. "Bozun əlli çaları" əsəri kimi bu əsəri də oxumaqda əsas məqsədim cəmiyyətin seçim kriteriyaları haqqında müəyyən nəticələrə gəlmək istəyim olub.   

Hermann Hesse - Knulp

Image
Кнульп Герман - Гессе "Knulp" bir xəyalpərəstin və əbədi səyyahın hekayəsidir. Knulp köklərə və asılılıqlara malik olmayan, azad ruhlu, hadisələrin nizamsız olduğu dünyada yaşayan birisidir. Ona heç kim lazım deyil, amma kim ki onu görür şad olur. O, nəyi axtarır? Həyatının mənası nədir? Böyük yazıçı "Knulp" əsəri ilə bir daha bizlərə meşşan həyatdan xilas olub ruhi azadlığıa qovuşmağı göstərir. 

Hermann Hessee - Siddhartha

Image
Bacara biləcəklərim - Mən yaxşı başa düşürəm ki, kitabı oxumayanlar üçün bu kitab haqqında nə yazsam da onun həqiqi mahiyyəti və bizlərə bəxş etdikləri haqqında dolğun təsəvvür yarada bilməyəcəm. Kitabı oxuyanlara yönəlik isə yazmağa ehtiyac yoxdur. Çünki kitab oxunduqdan sonra özü bütün boşluqları doldurur. Buna baxmayaraq, bloqda məhz bu kitab haqda müəyyən qədər əhatəli yazının olmasını çox istəyirəm.  Yazıçı və əsəri - Hər bir bədii-əsərin üzərinə böyük yük düşür. Bədii-əsərlər linqvistik və aksioloji dəyərlər vasitəsiylə insana, daha sonra onun mədəniyyətinə və cəmiyyətinə təsir göstərirlər. B u nümunələr  daima yetkinləşməkdə olan insanların ontoloji problemlərinə işıq salaraq onlara dəstək verməlidirlər. Bədii-ədəbiyyat nümunələri əslində şüurumuzun var olduğumuz dünyanı verbalizasiyasında böyük əhəmiyyətə malikdirlər. Bütün bu xüsusiyyələr birləşərək əslində oxunan nümunənin ruhunu əmələ gətirir. "Siddhartha" əsərinin deyilənlər çərçivəsində təhlili onun canlıl

Arkadiy və Boris Struqatskiy - Körpə

Image
 Аркадий Стругацкий и Борис Стругацкий -  Малыш "Körpə" Struqatskiy qardaşlarının insanların digər planetlərdə həyat axtarışı ilə əlaqədar növbəti maraqlı və poetik əsəridir. Qardaşları təcrübəli elmi fantastika oxucularını daima təəccübləndirməyə müvəffəq olurlar.  Bu yolda onlara qeyri-adi paradiqmalar və qeyri-adi poetik yanaşmalar kömək olur. "Körpə" əsərində insanlar yadplanetli sivilizasiyaları ilə əlaqəyə girməyə çalışırlar. Bunun üçün yadplanetli sivilizasiyası yaşayan  "Gəmi" planetinin humanoid olmayan yerli əhalisi tərəfindən böyüdülmüş insan vasitəçilik etməyə çalışır. Bu əsəri özünə görə kosmik mauqli dən bəhs edən əsər kimi də dəyərləndirmək mümkündür. Yazıçıların təqdim etdiyi suallar isə həmişəki kimi düşündürücüdür. 

Tatyana Tolstaya - Kıs

Image
 Татьяна Толстая -  Кысь "Kıs" Tatyana Tolstayanın etnosentrik və postapokaliptik antiutopiyasıdır. Romanda atom müharibəsindən sonra Rusiya ilə nələrin baş verəcəyi haqqında təsvirlər yer alıb. Roman ironiya və istehzalarla zəngindir. Əsərin postsovet cəmiyyətinin məhvinin metaforasını simvolizə etdiyinə şübhə yoxdur. Belə ki, əsərdə münasibətlərin və şüurun arxaizasiyası, dövlətin inhisarı, şəxsiyyətə pərəstiş kultu, xüsusi xidmət orqanlarının hakimiyyəti və s. kimi məsələlərə rast gəlinir. 

Adaptasiya - Адаптация - Adaptation

Image
Syuzan Orlean adlı jurnalistin "Orxideya oğrusu" adlı kitabını film üçün ssenari formasına adaptasiya etməyə qalxışan ssenarist Çarli Kaufman mənəvi və yaradıcıllıq böhranına düçar olur. Onu əhatələyən qəribə hisslər işləməyə imkan vermir. Daha sonra Çarli qərara gəlir ki, ssenariyə onunla reallıqda baş verən hadisələri də əlavə etməlidir. Reallıqla uydurma bir-biri ilə çox qəribə və özünəməxsus tərzdə qarışmağa başlayır. 

"Tatyana Tolstaya - Kıs" gündəliyi

Image
Bu gündəliyi yazmaqda əsas məqsədim mütaliə zamanı ortaya çıxan maraqlı fəlsəfi-bədii məqamları bölüşməkdir. Resenziyada bunu etmək bir o qədər də praktiki deyil. Gündəliklə bir çox məsələlərin üzərində detallı dayanmaq mümkündür ki, bu da kitabı oxumayan, lakin onun haqqında məlumat əldə etmək istəyən insanlar üçün müəyyən dəyər təqdim edir.  09.06.15 - Ümumiyyətlə kitaba başlamağımın əsas səbəbi mənə maraqlı olan iki vacib elementin bu kitabda kəsişməsidir: bunlardan birincisi postatom müharibəsi dövranı və rus cəmiyyətinin buna verəcəyi cavab reaksiyalarıdır. Ümumiyyətlə dünyada rus cəmiyyəti öz qəribə tərzli gündəlik ailə-məişət həyat tərzi ilə (xüsusilə də şəhər ətrafı və kənd və qəsəbələrdə) diqqətimi cəlb edir. Və budur biz atom müharibəsindən sonra yaranan yeni era ilə qarşı-qarşıyayıq. Romanda da deyildiyi kimi insanlar "silah" adlanan oyuncaqları ilə oynayarkən belə bir qəribə era yarandı. Qəribə varlıqlar, qəribə həyat tərzi, qocalmayan insanları və ən əsası d

Qreqori Devid Roberts - Şantaram

Image
Gregory David Roberts -  Shantaram Грегори Дэвид Робертс -  Шантарам  "Şantaram" əsəri ilə Qreqori Devid Roberts, müəyyən qədər yeniliklərə, müəyyən qədər də təkrar mövzulara müəlliflik etmişdir. Həbsxana və küçə həyatı yaşayan Qreqori bir çox macəralar yaşamışdır. Avstraliyada yerləşən həbsxanadan qaçan Qreqori həbsxana həyatına qədər oyuncaq silahla tikinti kooperativləri və kredit təşkilatlarını soymuş, və yaşadığı ailə problemlərinə görə narkotik asılılığa düçar olan Qreqori, bütün əməllərinə görə 19 illik həbs həyatı yaşamalı olur. Həbsxanadan Hindistana qaçdıqdan sonra isə orada saxta sənədlər hazırlamaqda ustalaşır və bir çox mafiya başçıları ilə yaxşı əlaqələr qurur. Əfqanıstanda silah qaçaqmalçılığı kimi işlərə qarışır. Bir müddət sonra 1990-cı ildə Frankfurtda ələ keçən yazıçı, yenidən həbsxana həyatı ilə üzləşir. Həyatını kitab formasına salmaq istəyən yazıçının istəkləri iki dəfə həbsxana nəzarətçiləri tərəfindən puç edilsə də, əlyazmaları bərpa edib, az

Şindlerin siyahısı - Список Шиндлера - Schindler's List

Image
Film nasist partiyasının üzvü, uğurlu fabrikant və İkinci Dünya Müharibəsində 1200 yəhudini xilas etmiş əfsanəvi Oskar Şindlerin real hekayəsini nümayiş etdirir.  "Şindlerin siyahısı" bizlərə yəhudilərin həyatda qalmaq bacarığı, protenstantlığın varlıq praqmatizmi və amerikan optimizmi vasitəsiylə bu dəhşətli holakostu çatdırır.  Spilberq bu üç saatlıq ağ-qara lentə xeyir və şər, sevgi və nifrət, müharibə, ümid və ümidsizlik, göləntilər və məyusluq kimi məsələləri ustalıqla sığışdıra bilib. Aktyorlar, musiqi və digər bütün elementlər obrazların ağrılarını izləyiciyə çatdıra bilir. Düşünən izləyici  həyatın necə də dəyərli və müqəddəs olduğunu görür. Altı milyon yəhudinin öldürülməsinə baxmayaraq, real tarixi şəxsiyyət olan Oskar Şindler tərəfindən xilas edilmiş 1200 yəhudi həyatı tarixə səs sala bilmişdir. Ümumiyyətlə isə sağ qalan qalib gəlmiş hesab olunur. 

Emil Bertram - Şəxsi maqnitizm və hipnotizm

Image
Эмиль Бертрам Личный магнетизм и гипнотизм Развитие силы воли и укрепление памяти Bu yaxınlarda mənim üçün problemli sayıla biləcək "iradə" məsələləri ilə əlaqədar müvafiq kitab axtarışında idim. Axtarışlarım məni Emil Bertramın "Şəxsi maqnitizm və hipnotizm" kitabı ilə qarşılaşdırdı. Kitabın ilk cümlələrindən maraqlı məlumatlar və ən əsası sırf praktiki biliklərlə rastlaşmağım məni sevindirdi. Cari mövzuya uyğun müxtəlif kitablarla tanış olmağa imkanlarım olduğundan, mənə yaxşı bəllidir ki, bu formatlı kitablar adətən oxuculara böyük nailiyyətlərə nail olmaq üçün biliklər təqdim etmirlər. Buna baxmayaraq, şəxsi inkişaf və psixologiyaya aid kitablar kitab bazarından kifayət qədər yaxşı yerə və gəlirə sahibdirlər. 

Söhbət - The Conversation - Разговор

Image
Harri Koul qərb sahilində dinləyici cihazlar sahəsi üzrə ən yaxşı mütəxəssisdir. Böyük bir biznesmenin sifarişi ilə şəhərdə gəzişən cütlüyün söhbətini lentə köçürən Harri, yazını dinlədikdən sonra əsas qaydasını pozur. Onun ən əsas qaydası heç vaxt sifarişçinin şəxsi işlərinə müdaxilə etməmək idi. Lakin Harri qaydasını pozur. O, qərara gəlir ki, məsələyə müdaxilə edərək tezliklə baş verəcək qətl hadisəsinin qarşısını ala biləcək. Görünür o, bu qaydanı keçmiş təcrübəsinə əsasən yaradıb. "Mən icazə verməyəcəm ki, bir daha mənə görə kim isə ölsün" deyərkən biz Harrinin keçmişinə və psixoloji vəziyyətinə səyahət etməyə başlayırıq. 

Xalid Hüseyni - Və dağlardan səda gəldi

Image
Халед Хоссейни -  И эхо летит по горам  Khaled Hosseini - And the Mountains Echoed Təqdimat -  1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbag kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar. Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur… 

Ex Machina - Из машины

Image
Süjetin mərkəzində alim və milyarder Neyman tərəfindən bir həftəlik Türinq testini icra etmək üçün dəvət olunmuş gənc proramçıdır. Kaleb adlı bu gənc Ava adlı süni intellektə sahib robotu sınaqdan keçirməlidir. Halbuki heç də hər şey gözlənilən kimi olmur... Ex Machina sadə süjet xətli, lakin olduqca maraqlı fəlsəfi suala - insanı insan edən nədir? - malik elmi-fantastik filmdir. Ridli Skotun "Blade runner" və Stiven Spilberqin "Aİ" əsərlərindən fərqli olaraq "Ex Machine" bizə sadəcə vizual nümunə vermir. Ümumiyyətlə artıq sadəcə xüsusi effektlərlə işləməyin dəbi deyil. Hər zaman elə bir izləyici kütləsi vardır ki, onlar sadəcə gözlərini işlədirlər. Eyni zamanda elə bir kütlə də vardır ki, onlar üçün sadəcə vizual görünüş kifayət etmir. "Ex Machine" məhz ikinci növ izləyici kütləsi üçün nəzərdə tutulmuşdur. Bir məqamı da xüsusiylə vurğulamaq lazımdır ki, filmi izləyərkən məşhur ABŞ-lı elmi-fantastika yazıçısı Ayzek Azimovu xatırlamamaq mümkün

Aleksandr Belyayev - Atlantidalı sonuncu insan

Image
Александр Беляев - Последний человек из Атлантиды Annotasiya: Atlantida. O çox varlıdır. Güclüdür. Müqəddəsdir. Hökmdarlar qüdrətlərini nümayiş etdirən qonaqlıqlar hazırlayırlar. Qullar inqilaba hazırlaşır, kahinlər isə ulduzların niyə həmişəki yerində olmadıqlarını başa düşə bilmirlər. Qədim və güclü sivilizasiyanın aqibətini təbiət özü qərarlaşdıracaq.  Tarixçə: Aleksandr Belyayevin ilk əsərlərindən olan "Atlantidalı sonuncu insan", 1925-ci ildə "Ümumdünya izçi" jurnalının beş və səkkizinci saylarında nəşr olunmuşdur. 1927-ci ildə yazıçı əsəri "Ölü gəmilər adası" romanı ilə birlikdə kitab formasında nəşr etdirir. Lakin bundan sonra bir xeyli müddət ərzində "Atlantidalı son insan" əsəri xatırlanmır. 1957-ci ildə ilsə isə "Bilik - gücdür" jurnalı ixtisarlı formada əsəri öz səhifələrindən yenidən işıqlandıraraq unudulmağa qoymur.

Oldboy

Image
Gül və bütün dünya səninlə birlikdə güləcək. Ağla və sən tənhalıqda ağlayacaqsan. - Смейся, и весь мир будет смеяться вместе с тобой. Заплачь — и ты заплачешь в одиночестве

Aleksandr Belyayev - Dünyanın hökmdarı

Image
Александр Беляев - Властелин мира Gənc alim Ştirner canlıların b eynini və düşüncənin uzağa ötürülməsini araşdırır. Elmi araşdırmaları ilə əlaqədar Ştirner nəhəng bankir Karl Qotlibə müraciət edir. Onun təcrübələri Qotlibin üzərində böyük təəssüratlar yaradır və zaman keçdikcə canlıların üzərindəki çoxsayılı təcrübələr nəticəsini verir. Zamanla Ştirner sadəcə sadə katib olmaqdan daha artığını tələb etməyə başlayır və Karl Qotlibə qarşı münasibətləri dəyişir. Onda çox qorxulu məqsədlər yaranır - dünyanın hakimi olmaq, sevgini və hər kəsi idarə etmək, dünyaya öz qanunlarını diktə etmək. Hakimiyyət isə mütləq şəkildə onu əldə edənlərin şəxsiyyətini dəyişdirir. 

Tanrının şəhəri - City of God

Image
"Tanrının şəhəri" filmi Rio-de-Janeyro şəhərinin yoxsul məhəllələrində 30 il müddətində baş verən qanlı hadisələri əhatə edir. Biz bütün bu hadisələri "Raket" adlı dürüst və kiçik qanun pozuntuları arasında gedib gələn gəncin gözündən görürük. Onun həmyaşıdları artıq qanqsterə çevrilsələr də, o, düzgün yolla həyatını yaşamaq istəyir. Onun bu isytəyinə qarşı "Tanrının şəhəri" necə cavab verəcək? Axı, tanrının şəhərində hər şey yaxşı olmalı idi, yoxsa tanrı bu şəhəri unudub?

Aleksandr Belyayev - Amfibiya adam

Image
Александром Беляев -  Человек-амфибия "Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan  İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir.  ...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza

Robert Haynlayn - Ay sərt sahibədir

Image
Orijinal adı:  Robert A. Heinlein - The Moon is a Harsh Mistress Rus dilində:  Роберт Хайнлайн - Восставшая Луна Robert Enson Haynlayn (1907-1988) ABŞ fantastikasının patriarxı hesab olunur. O, dövrünü qabaqlayan bir çox ideyaların müəllifi olmuş və bir çox nüfuzlu mükafatlara layiq bilinmişdir. İdeya zənginliyi, obrazların qeyri-standarlılığı, canlı və iti dil, baş verənlərə oxucunu inandırmaq bacarığı, yazıçının ən əsas xüsusiyyətlərindəndir. Onun bir çox əsərləri ekranlaşdırılmışdır. Dörd dəfə Hüqo mükafatına layiq görülmüşdür. Fantastik ədəbiyyat sahəsindəki nəaliyyətlərinə görə isə bir neçə dəfə "Nebula" mükafatını qazanmışdır. 

Yonas Ridderstrale və Kyel Nordstrem - Karaoke Kapitalizm: Bəşəriyyət üçün menecment

Image
Ingilis dilində kitabın adı:   Jonas Ridderstråle, Kjell Nordstrom  - Karaoke Capitalism: Managing for Mankind  Rus dilində kitabın adı:   Нордстрем К., Риддерстрале Й. Нордстрем К.,Риддерстрале - Й.Караоке-капитализм. Менеджмент для человечества. 3-е изд.  Təqdimat - "Karaoke Kapitalizm: bəşəriyyət üçün menecment" (Karaoke Capitalism: Managing for Mankind) Stokholm Biznes Məktəbinin professorları olan Yonas Ridderstrale və Kyel Nordstrem (Kjell Nordstrom & Jonas Ridderstrale ) adlı iki isveç keçəl professorun kitabıdır. "Fank stilində biznes" adlı bestsellerinə həm əlavə, həm də davam kimi yazılan "Karaoke Kapitalizm: bəşəriyyət üçün menecment" kitabında üç vacib suala cavab verilir: 1) "Fank stilində biznes" kitabının yazılışından sonra nələr dəyişib? 2) Dəyişikliklər niyə görə baş verib? 3) Baş verənlərin cəmiyyət, təşkilatlar və fərdlər üçün nəticələri nələrdir? 

Doqvil - Догвилль - Dogville

Image
1930-cu illər. Qanksterlərdən canını qurtarmağa çalışan gənc və gözəl qadın Qreys, qayalı dağlarda yerləşən Doqvil adlı şəhərciyə gəlib çıxır. Şəhərciyin sakinləri Qreysin onlara işləyəcəyi halda ona sığınacaq verəcəkləri ilə razılaşsalar da, vaxt keçdikcə onların tələbləri iyrəncləşir və bütün hədləri aşır. Mütəmmadi olaraq Qreys Doqvil şəhərciyinin sakinlərinin quluna çevrilir və başa düşür ki, burada insan sevgisi və mərhəmətindən əsər-əlamət yoxdur. Heç kim bilmir ki, Qreys necə təhlükəli ola bilər. Doqvil Qreysə dişlərini göstərdiyinə görə möhkən peşman olacaq...

İmitasiya oyunu - The Imitation Game - Игра в имитацию

Image
İkinci Dünya Müharibəsi. Çox istedadlı ingilis riyaziyyatçısı Alan Türinq, almanların Eniqma kodunu qırmağa çalışır. Eniqma kimi super sisteminin dilini axtarıb tapmaq inanılmaz dərəcədə çətindir. İngiltərə hakimiyyəti bu məqsədlə ölkənin ən yaxşı riyaziyyatçılarını, şahmatçılarını və proqramçılarını bir yerə yığır ki, insan təbiətinin ən qorxulu tərəfi qələbə çala bilməsin. Alim Alan Türinq məntiqi nəticə kimi belə bir şey təklif edir: Eniqma kimi möhtəşəm super sistemə malik maşınla yalnız ona oxşar digər maşın mübarizə apara bilər. Bir çox uğursuzluqlar və çətinliklərdən sonra Alan Türinq istəyinə nail ola bilir. Faşistlərin sirli dili çözülür və planları ifşa olunur. Bəşər tarixinin axını dəyişir. 

Andrey Rubanov - Xlorofiliya

Image
Orijinal adı:  Андрей Рубанов - Хлорофилия Qısa təqdimat: Moskva, 22-ci əsr. Rusiya tanınmayacaq şəkildə dəyişib. Rusiyada həyat sadəcə Moskva şəhərində cəmləşib. Sibir  çinlilərə kirayəyə verilib. Çinlilərin ödədikləri kirayə haqları və yeni biznes sahələrinin sayəsində ruslar əziyyət çəkmədən qayğısız həyatlarını yaşamağa çalışırlar.  Sosial sinif anlayışı göydələnlərə əsaslanır. 60-cı mərtəbədən yüksəkdə yaşamaq prestijli hesab olunur. Mərtəbə sosial statusun göstəricisidir.  Çox qəribədir ki, Moskvada hündür bitkilər bitməyə başlayıb. Bu bitkilər çox ehtiyatla bitirlər, nə yolları, nə də digər infrastruktur obyektlrini zədələyirlər. Hündürlükləri 50 saat ərzində 300 metrə qədər çatır. Kəsən kimi yerində yenə də 50 saata 300 metr hündürlükdə bitki bitir. Sonradan aydın olur ki, bu bitkilərin müəyyən hissələri narkotik maddəyə bənzər xüsusiyyətə malikdir və insanlar dayanmadan onu istehlak etməyə başlayırlar. İnsanların rəngi ağarmağa başlayır, yaşıl uşaqlar doğulmağa başla

Manolete - Манолете

Image
Dünya şöhrətli matador Manuel Rodrigez Sançesin həyatından bəhs edən "Manolete" filmi, baş rolda Edrian Broudi və Penelopa Kruz olmaqda, kişi və qadın arasında olan mürəkkəb sevgi münasibətlərindən bəhs edir. Matadorun öküzlərlə olan döyüşlərindən ötrü bütün İspaniya ağlını itirirdi. O, bütün  ölkənin sevimlisi idi. Lupenin başdan çıxarıcı baxışlarından yayına bilməyən matador çoxlu suallar burulğanına düşür. İlk öncə Lupe üçün o, sadəcə oyuncaq idi, o, sadəcə "kifirlərin ən yaraşıqlısı" idi, lakin daha sonra hər şey heç də ilk öncə olduğu kimi sadə olmur...

Artur Şopenhauer - Ölüm və onun bizim məhvedilməzliyimizə olan münasibəti

Image
Təbiətin dilində ölüm məhv olmaq  deməkdir, amma həyatın özü də zarafat deyil.  Artur Şopenhauer deyir ki, ölüm dahiyanə ilham mənbəyidir, o Sokratdan bu günə qədər filosofları həyatın metafizik əsası haqqında düşünməyə məcbur edir. Məhz bu düşüncələr bizə bizim şüurumuzun orqanik həyatımızın nəticəsi olduğunu  və yaşımızla birlikdə onun da inkişaf edib zəiflədiyini öyrənməyimizə səbəb oldu. Başqa sözlə, əslində emprik nöqteyi-nəzərdən də, materialistik nöqteyi-nəzərdən də bizim həyatımızın metafizik əsası vardır. 

Pain & Gain - Кровью и потом: Анаболики

Image
İlkin olaraq insanlar bərabərdirlər: dəmir, qan və əzələ. Potensiallarına fokuslanırlar və qısa müddət ərzində də potensiallarını kanalizasiyaya tullayırlar. Yox əgər sən əziyyət çəkməyə razısansa, hər şeyi əldə edəcəksən. Elə buna görə də ABŞ qüdrətli ölkədir. Əvvəllər ABŞ yoxsul kaloniyalar toplusu olub. İndi isə planetin ən güclü ölkəsinə çevrilib. Çox insan yaxşı yaşamaq arzusundadır, lakin çox az adam bu yolda özünü tərlədir. Bütün mənim qəhrəmanlarım öz-özlərini yaradıblar: Roki, Çapıqlı Sifət, Xaç atasından olan oğlanlar, hamısı sıfırdan başlayıblar və istəklərinə nail olublar. Nəyisə əldə etmək istəyirsənsə, güclü ol. Amerika arzusu bax budur. Mən potensiallarını israf edən insanlara nifrət edirəm. Bu çox qeyri-patriotikdir. Mən şəxsi treyner kimi işləyirəm. İnsanlara arxadan bir balaca zərbə vururam ki, istəklərinə nail ola bilsinlər. Hər şey isə daha artığına layiq olduğuma qərar verən andan etibarən başladı. 

Mükəmməllik axtarışında - Whiplash - Одержимость

Image
Qan, tər və göz yaşını bir-birinə qarışdıran Endryu, tanınmış musiqiçi kimi səsini dünyaya duyurmaq istəyir. Nyu-Yorkdan bütün dünyaya qışqırmaq istəyir ki, mən Endruyam və mən möhtəşəm musiqiçiyəm. O, içindəki qığılcımı alova çevirmək istəyir. Arzusuna gedən yolda isə çoxlu çətinliklərlə rastlaşır. Qısa müddət ərzində onun arzusu mübtəlalığa çevrilir. Onun rəhmsiz rəhbəri isə Endryunu insan bacarıqlarından üstün mərtəbəyə itələməkdə inad edir. Onların arasında qəribə döyüş yaranır. Kənardan döyüş kimi görsənən bu prosesdən kim qalib çıxacaq? Çox qəribədir ki, bir tərəfin məğlubiyyəti hər iki tərəfin məğlubiyyəti, qələbəsi isə, hər iki tərəfin müvəffəqiyyətidir. 

Devid Vayz - "Google" hekayəsi

Image
Orijinal ad:  David A. Vise -  The Google Story: Inside the Hottest Business, Media, and Technology Success of Our Time Rus dilində:    Дэвид А. Вайз, Марк Малсид - Google. Прорыв в духе времени Əslən rus olan Sergey Brin və orta şərqli olan Lari Peydc internetdə hər bir bit informasiyanı pulsuz olaraq özündə birləşdirəcək olan ən güclü axtarış sistemini yaratmaq üçün Stendford Universitetini tərk etdilər. "Google hekayəsi" bizi Google-un 1998-ci ildə hələ ideya olaraq yerini tutmasından başlayaraq, milyardlarla gəlir gətirən və əsasını qoyanları Amerikanın ən varlı gəncləri etdiyi dövrlərədək səyahət etməyi təklif edir. Bu hekayə dürüst və qeyri-adi yanaşmaların Medison Avenyunu və Uol Striti, Youtubu və Microsoftu necə ötüb keçdiyi haqqındadır. Bu gün Google hətta Çin kimi sosialistik cəmiyyətdə də öz yerini tutub və inkişaf edir. Ən yeni prespektiv isə odur ki, Google vasitəsilə dünyanın genetik fondunu yaratmaq üzərində intensiv işlər gedir. K itabda google-u

F=-F

Image
Nyutonun üçüncü qanunu qarşılıqlı təsirə əsaslanır: İxtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir.  Qüvvələr cür-cüt yaranırlar. Lakin müxtəlif cisimlərə tətbiq olunduqlarından bir-birini tarazılaşdırmırlar. Əgər A cismi başqa bir B cisminə qüvvə ilə təsir edərsə, onda A cisminə də B cismi tərəfindən eyni qiymətdə, ancaq əks tərəfə yönəlmiş qüvvə təsir edəcək. Yəni, qüvvə əks qüvvə yaradır. 

Rolf Dobelli - Məntiqli düşünmə sənəti

Image
Rolf Dobelli Rolf Dobelli - The Art of Thinking Clearly Müəllif haqqında - Rolf Dobelli 1966-cı ildə anadan olmuş, St Qallen Universitetində doktorluq dərəcəsi almış, "Swissair" aviasiya şirkətinin müxtəliq qız cəmiyyətlərində çalışmış və dostları ilə birlikdə dünyada məşhur olan iqtisadiyyat üzrə ədəbiyyatları yenidən redaktə edilmiş mətnlərlə ümumiləşdirən və satışa çıxaran "getAbstract" firmasının əsasını qomuşdur. O, Honkonqda, Avstraliyada, İngiltərə və ABŞ-da yaşamışdır. Rolf Dobelli dünyada elm, mədəniyyət və iqtisadiyyat üzrə şəxsiyyətlərin cəmiyyəti olan "ZURİCH MİNDS"-in kuratoru həm də banisidir. O, 33 yaşında ədəbiyyat aləminə atıldı və yazarlıqla məşğul olmağa başladı. Bu vaxta qədər yazarın "Diogen" nəşriyatında altı kitabı nəşr olunmuşdur. Rolf Dobelli İsveçrənin Lutsern şəhərində yaşayır. 

Meri Şelli - Frenkenşteyn, yaxud müasir Promotey

Image
Мэри Шелли - Франкенштейн, или Современный Прометей Mary Shelley - Frankenstein; or, The Modern Prometheus 1816-cı ildə aralarında dünya romantik poeziyasının görkəmli nümayəndələri olan Lord Bayron və Persi Şellinin də olduğu, İsveçrənin Cenevrə şəhərində dostlar bir araya toplaşaraq qorxulu hekayələr danışırlar. Onların arasında yeniyetmə Meri də var ki, bir müddətdən sonra Persinin həyat yoldaşı olacaq. Lord Bayron belə bir yarış təklif edir: yayın sonuna qədər kim ən qorxulu hekayəni yaza bilər? Bu yarış Merinin təsəvvürünü alovlandırır və onu ilhamlandırır. Nəticədə isə Meri Şelli sadəcə yeni fenomen deyil, eyni zamanda dünya ədəbiyyatının axınını dəyişdirəcək yeni janr yaratmış olur: elmi-fantastika.  Yaxşı elmi-fantastikanın isə üç mühüm xüsusiyyəti vardır: müasir elmin nəaliyyətlərinin doğru təsviri, bu nəaliyyətlərin humanistik tənqidi və elmi texniki tərəqqinin inkişafının idarə olunmaması zamanı nələrin baş verəcəyinin proqnozlaşdırılması.  Bu nəaliyyəti isə Meri heç

Rey Bredberi - Soyuq külək, isti külək

Image
 Рей Брэдбери -  Холодный ветер, тёплый ветер "Soyuq külək, isti külək" külək haqqında olan qısa hekayələr toplusudur. Bredberi fantaziyasının möhtəşəmliyi oxucunu biganə qoya bilməz. O, o qədər gözəl və poetik təsvirlər edir ki, bəzən kitab oxuduğunu belə unudursan.  "Soyuq külək, isti külək" bir çox məsələyə etik yöndən tənqidi yanaşma tərzi ortaya qoyur və bizlərə müxtəlif suallar verir.  Burada kosmik səyahahət, şizofreniya və adi həyat bir-birinə qarışıb. Onları birləşdirən "külək"-dir. Özünün də dediyi kimi o, həm isti ola bilər, həm də soyuq. Hər şeydən önəmli olan isə, dünyada ən real fenomeni dərk etməkdir. Bu fantaziyalardır. Başqa sözlə, insan fantaziyaları həm yaxşı ola bilər, həm də pis, həm xeyrə xidmət edə bilər, həm də şərə. Seçim isə bizdədir. 

Rey Bredberi - Zəncirotu şərabı

Image
Ray Bradbury -  Dandelion Wine Рэя Брэдбери -  Вино из одуванчиков 12 yaşlı oğlanla birlikdə bir yay fəslini yaşayın. Hər gün sevincli və kədərli, sirli və həyəcanlı hadisələr baş verir. Hər gün sən kəşf edirsən ki, sən nəfəs alırsan, yaşayırsan və hiss edirsən. "Zəncirotu şərabı" Rey Bredberinin dünyanın qızıl fonduna daxil edilmiş əsərlərindəndir.    Nostalgiya Nostalgiya yazıçılar üçün ədəbi əsər yaratmaqda istifadə olunan olduqca populyar tikinti materialı olsa da, Rey Bredberi nostalgiyaya yeni nəfəs verir. Bu elə nəfəsdir ki, hamı tərəfindən rahat qəbul edilir. Notalgiyadan istifadə ingilis ədəbiyyatında heç də hərarətlə qəbul olunmasa da, Rey Bredberi yaradıcıllığında kənardan təsirlənmir. Ona təsir edən yeganə qüvvə uşaqlığıın və yay fəslində ailəsinin uzaq keçmişdən gələn səsidir. Bu baxımdan "Zəncirotu şərabı" avtobioqrafik əsərdir. Əslində Rey Bredberi özü haqqında yazır və obrazlar və məkanlar allüziyalardır. Belə ki, hadisələrin cərəyan et

Su axtaran - The Water Diviner - Искатель воды

Image
Hadisələr 1919-cu ildə Türkiyənin Gelibolu yarımadasında gerçəkləşir. Avstraliyalı fermer Birinci Dünya Müharibəsində şəhid olmuş övladlarının meyidlərini vətəninə aparmaq məqsədilə onların axtarışına başlayır. Bunun üçün olduqca uzun məsafə qət edərək Türkiyəyə çatır. Bütün bunlarla yanaşı o, ağlına da gələ bilməyəcəyi yerdə yeni ümid tapır.  Burada müharibəyə qədər anlayışı yoxdur. Buna baxmayaraq, digər həyatımda memar idim.