Posts

Showing posts with the label təhlil

Bölünmə - Detachment - Учитель на замену

Image
Cənab Bart müvəqqəti müəllim vəzifəsində işləyir. Müxtəlif səbəblərə görə yeri boş qalan müəllimlərin yerlərinə təyin olunur. Onun ailəsi, daimi işi və alışqanlıqları yoxdur. O, növbəti təyinatını ingilis dili və ədəbiyyatı dərsindən dərs keçən müəllimin yerinə alır. Bu dəfə cəmiyyət tərəfindən müəllimlərə qarşı təhqiramiz münasibətin olduğu, qayda-qanunlara, əxlaqi-etik normalara əlvida deyildiyi məktəbə gəlir. Dəhşətli dərəcədə qəzəbli kütlə onu qəbul edə bilmir, amma özünün də dediyi kimi o, bu qəzəbli kütlə üçün bəlkə də, yeganə şansdır. O, da nə vaxtlarsa çox qəzəbli idi. İnsanlar gec-tez anlamalıdır ki, kənara püskürdüyü qəzəb vulkanı və onun törətdiyi fəsadlar sadəcə illüziyadır. Gerçək dağıntılar onların daxilində baş verir. Daxilində xarabalıqlar olan insanlar isə ətraflarını abadlaşdıra bilməz. Ən əsası isə bu kütlə yetkinlik yaşına çatmamış uşaqlardır. 

Cared Daymond - Tənəzzül - Jared Diamond - Çöküş

Image
  Sivilizasiyalar necə yaranıb necə tənəzzülə uğrayırlar? Yaranmağa və məhv olmağa təsir edən faktorlar hansılardır? Müasir ABŞ ərazisində mövcud olmuş Anasazi və Çako kanyonu sivilizasiyaları, Mərkəzi Amerikada Maya mədəniyyəti, Cənubi Amerikada Moçe və Tivanaku, qədim Yunanıstanda Miken və Giritdəki Minos sivilizasiyaları, Asiyada Anqkor Vat və Harapp mədəniyyətləri, Sakit Okeanda çox məşhur Pasxa adası populyasiyası necə olub ki yaranıb və tənəzzül ediblər? Kitabda bu suallara ətraflı cavab verilmiş və müasir həyat tərzimizin hansı problemlərə səbəb olacağı haqqında sistemli və elmi dəyərləndirmələr edilmişdir.

Yasunari Kavabata - "Ölü sifətlə baş verən hadisə", "Bakirələrin ibadəti" və digər hekayələr haqqında

Image
          Ölü sifətlə baş verən hadisə (Случай с мертвым лицом) - Bu hekayə olduqca maraqlı nüansları özündə ehtiva edir. Dünyasını dəyişmiş həyat yoldaşı ilə sağollaşan bir kişinin, həyat yoldaşının açıq qalmış çənəsini bağlamaq cəhdləri boşa çıxır. Otağa daxil olan mərhumun bacısı isə, mərhumun sifətində ərinin toxunuşları sayəsində əmələ gəlmiş yumşaqlıq və rahatlığı, ali insan ruhunun gücü və  yoldaşının onunla sağollaşmasının nəticəsi kimi başa düşür. Bilirsiz maraqlı nədir, maraqlı burasıdır ki, bəzi hadisələrin səbəbini bilmədən biz onu ilahiləşdirirk. Bu şirin yalandı. Hətta deyərdim ki, müəyyən mənada da lazımlı şeydi. Bir növ hekayə də saxta ilahiliyi simvolizə edir. Bəlkə də bütün ilahilik saxta illüziyadır. Bəlkə də, həm materiya, həm də ruhanilik illüziyadır. Çox irəli getdim deyəsən.

Yasunari Kavabata - "Ürək", "Ariqato" və "Kameliya" hekayələri haqqında

Image
          Ürək – Bu miniatür hekayə ailə sevgisini o qədər gözəl təsvir edir ki, əlavə şərhə ehtiyac yoxdur əslində. Bu kiçicik hekayədə ailə sevgisinin klassik qayda-qanunları alt-üst edib möcüzələr yarada biləcəyi təsvir olunub. Yasunari Kavabata ucsuz-bucaqsız kainata sığışmayan sevgini kiçik bir hekayəyə sığışdırmağı bacarıb. Bu hekayədə insanı insan edən xüsusiyyətləri, insanın necə özünü aşdığını görmək olar. Hekayədəki sevgi ilə ətrafımdakı real həyatda gördüyüm sevgiləri müqayisə edəndə, ətrafımda şahidi olduqlarımın necə də cılız və zəif qaldığını gördüm. Çünki insan alver eləməyi sevən canlıdır. Sevgini də ticari münasibətlər və qarşılıqlı şərtlər qəlibinə salıb. Kavabata bizi məhdudiyyətsizliyə, əbədiyyətə çağırır. O, tipik insan məntiqi-təfəkkürünün yaratdığı qruplaşdırmalardan olan yaxın və uzaq anlayışlarını ələ salır. Səmimi deyirəm, hekayə məndə əvvəllər tamamilə başqa cür düşündüyüm ailə sevgisinə fərqli yanaşmağı vadar etdi. Buna baxmayaraq ...

Mixayıl Yelizarov - Burattini. Faşizm keçdi getdi - Михаил Елизаров - Бураттини. Фашизм прошел

Image
Yelizarovun bu esseistikası, bizə başda sovet cizgi filmlərinə və bəzi digər filmlərə fərqli yanaşıb, gizli motivləri deşifrə etmək üçün imkan yaradır. Məsələn, Üç donuz balası Nif-nif, Naf-naf və Nuf-nuf haqqında olan cizgi filmi göründüyü kimi deyil. Əslində bu cizgi filmində massonlar və templier ordeni haqqında maraqlı məqamlar var. Tutuquşu Keşa isə, bir yerdən başqa yerə miqrasiya edən, həmişə məyus olan yəhudi dissidentlərini simvolizə edir.  Buratino day demə Mussoliniymiş. Bəs onun Pinokyodan fərqi nədir? Pinokyo nəyi simvolizə edir? Hamımızın sevdiyi “Nu Paqodi” cizgi filmi hansı cəmiyyəti təsvir edir? Oradakı canavarla dovşan arasındakı münasibətlər çoxlarını şok edə bilər. Elə vaxtıykən bir çox sovet hərbi generalları və başbilənləri, canavarın uşaqlara pis nümunə təşkil etdiyini (avara, tüfeyli həyat tərzi sürən, tikintidə az-maz işləyib maaş alan, ağlı ancaq dovaşnda olan fərd) deyib, cizgi filminin nümayişini qadağan etmək istəyirdilər.  Qoğalın nağılı isə ...