Edward Luce - Tanrılara Rəğmən Hindistanın Fövqəl İnkişafı
![]() |
Edward Luce |
Bu yaxınlarda internetdə maraqlı bir
kitab özətinə rast gəldim. Bu kitab mənim həm fəlsəfi-dini görüşləri, həm də
iqtisadi-siyasi durumu ilə mütəmmadi olaraq maraqlandığım nəhəng Cənubi Asiya
ölkəsi olan Hindistan haqqında idi. Kitabın adı çox diqqət cəlb edəndir:
Tanrılara rəğmən Hindistanın fövqəl inkişafı. Dünya iqtisadiyyatı ilə az da
olsa maraqlananlar bilir ki, son 15 ildə Hindistan, dünyanın ən ucuz
intellektual qüvvəsinə sahiblənməyi bacarmış, xidmət sektorunda böyük nəaliyyətlər
əldə etmiş və çox önməli tərəqqilər nümayiş etdirə bilmişdir. Hindistan həmişə
özünəməxsus coğrafi məkan olmuşdur. Bəşər sivilizasiyasına çox tövhələr verməyi
bacarmış və tarixdə bir çox iz buraxmışdır. Mən həmişə demişəm və yenə də deyirəm: Hindistan elə-belə yer deyil!
Bu gün həm Hindistanı, həm də Çini geri salan onun əhalisinin bu qədər
çox olmağıdır. Çin müəyyən uğurlar əldə etsə də, Hindistan ailə
planlaşdırmasını uğurla yerinə yetirrə bilmir. Kitab özəti 37 səhifə olsa da,
kitabın özü qədər məlumat sizə təqdim edir. Kitabda Hindistanın siyasi və
iqtisadi, sosial-ictimai həyatı haqqında olduqca maraqlı məlumatlar var. Siyasi
sahədə diktatorluqdan tutmuş liberallığa qədər gəldiyi yol, ictimai həyatda məmurların
özbaşınalığı və rüşvətxorluq, iqtisadi həyatda isə əldə etdiyi nəaliyyətlər və
uğursuzluqlar haqqında olduqca maraqlı və geniş məlumatlar var. Kitab özətində
aşağıdakı başlıqlar və bizlərə təqdim etdiyi məlumatlar var:
1. “Hindistanın şizofrenik iqtisadiyyatı” başlığı altında biz, uğursuz və
lazımsız layihələrin Hindistana vurduğu zərərləri,
2. “Dövlətin uzun qolları” balığı altında, dövlət məmurlarının özbaşınalığı,
3. “Aşağı kastların yüksəlişi” başlığı altında, Hindistanın kast təkamülü
haqqında,
4. “Dinməyən təhdit: hindu milliyətçiliyi” başlığı altında, RSS və BJP
adlı milliyətçi və deyərdim ki, faşist təşkilatların qeyri-hindullara, xüsusiylə
də, müsəlmanalara qarşı olan nifrətini (hərgah ki, belə tip təşkilata xidmət edənlərin
hətta öz millətinə qarşı da heç bir sevgi bəsləmədikləri açıq və aşkardır. Bunu
tarix göstərmişdir),
5. “Nehru-Qandi xənadanı” başlığı altında ölkənin yaxın siyasi tarixi,
6. “Cənubi Asiyanın bölünmüş müsəlman cəmiyyəti" başlığı altında
regionda olan müsəlmanların çox çətin vəziyyəti,
7. “Hindistanın ABŞ və Çinlə əlaqələri” başlığı altında adı çəkilən ölkələrin
bir-biri ilə münasibətlərinin dünyada necə balans yaratrdığı,
8. “Köhnə və yeni Hindistan” başlığı altında inkişaf proqnozları,
9. “21-ci əsrdə gözlənilən fürsət və çətinliklər” başlığı altında da bir
növ Hindistanın SWOT analizi ilə tanış ola bilərsiz.
Comments
Post a Comment