Cared Daymond - Tənəzzül - Jared Diamond - Çöküş

Biz adı çəkilən sivilizasiyaları miras
olaraq qoyub getdikləri möhtəşəm mədəniyyət abidələri və irslərinə görə
tanıyırıq. Onlar mövcud olduqları coğrafi məkanları əbəs yerə seçməyiblər. Eyni
zamanda, süquta uğramaları da səbəbsiz deyil. Jared Diamond bu kitabında qədim
sivilizasiyaların tənəzzülünü 8 əsas kateqoriyada dəyərlndirir: 1) Səhralaşma
(meşələrin qırılması) və yaşayış sahələrinin daralması; 2) Torpaqla əlaqədar
problemlər; 3) Suyun idarə edilməsi ilə əlaqədar məsələlər; 4) İfrat ovçuluq;
5) Dəniz məhsullarından ifrat istifadə; 6) İnsanların özüylə birlikdə gətirdiyi
və yerli coğrafiyaya yad olan bitki və heyvan növlərinin mənfi təsiri; 7)
İnsanların ifrat artım sürəti; 8) İnsanların hər birinin həyat standartlarına gətirdiyi
yüklənmələr.
Gördüyümüz kimi kitab həm qədim
sivilizasiyaların süqutunu, həm də müasir cəmiyyətlərin aqibətini ekolojik
nöqteyi-nəzərdən təhlilini aparır. Bu təhlil nəticəsində hər bir
sivilizasiyanın çöküşündə spesifik səbəblər ortaya çıxır (ətraflı olaraq kitab
ixtisarından tanış ola bilərsiz). Kitabın çox maraqlı cəhəti odur ki, kitab,
uzun illər bundan öncə yaşanmış uğursuzluqlardan dərs çıxarmağı, dəyərlərimizdə
olan mənfi nüanslardan ümumbəşər rifahı və faydası lehinə imtina etməyi, təbiətə,
ətraf-aləmə dağıdıcı deyil yaradıcı yanaşmağa, planetimizi, cəmiyyətimizi, mədəniyyətimizi
və gələcək nəsilləri qorumaq yolunda birliyə çağırır. Əlbəttə bu doğrulsa, bəşəriyyət
planetin qayğısına qalmaq yolunu seçsə, bunun uğrunda qarşıdakı 30-50 illik
rahat və meşşan həyat tərzindən imtina etsə, bunun uğrunda qurbanlar versə və
ağrı-acı çəksə, ana torpaq bizləri ürək genişliyi ilə mükafatlandıracaq. Bu gün
isə gözü doymayan sənaye müəssisələri və istehlak cəmiyyətlərinin qlamur üzvləri
planeti cəhənnəmə çevirmək üçün, sanki, yarışa çıxıblar. İnsanlar bu yoldan
imtina etməsələr əmin olaq ki, planet bizi cəzalandıracaq. Planetin cəzalandırma
üsulları üzərindəki həyat növləri qədər zəngindir: virusoloji yolxucu xəstəlilər,
mutasiyalar, quraqlıq, qida qıtlığı, istixana effetkti, kütləvi aclıq və
susuzluq və daha neçə-neçə düşünməyin belə qorxulu olduğu nəticələr.
![]() |
Jared Diamond |
İnsanın yaradılışı çox təzadlıdır,
paradoksaldır. İnsan təbitəi həm dağıda, həm də gözəlləşdirə bilər. Bu xüsusiyyət
insanı digər canlılardan fərqləndirən ən əsas özəlliklərdən birisidir. Təbiətə
olan münasibət bəşər övladının bilavasitə düşüncələrinin, daxili dünyasının təzahürüdür.
İndiki halda gördüyümüz acgözlük və qəddar fəlsəfənin hakim olduğu rəqabət heç
də yaxşı şeylərdən xəbər vermir. İnsanı düzəltsək, insanları yönləndirə bilsək,
xilasımız olacaq. Az qalıb. Az bir müddətdən sonra yol ayrıcında seçimimizi edəcəyik.
Siyasi və iqtisadi liderlər burada çox vacib rol oynayırlar. Vaxt gələ bilər
ki, övladlarımız artıq bu planetdə yaşaya bilməyəcək. Və ya əksinə də ola bilər.
Öncəki sivilizasiyalardan fərqli olaraq
biz hal-hazırda bizdən əvvəlkilərin səhvlərini araşdırıb bundan dərs çıxara bilər,
lazımi həll yolları hazırlaya bilərik. Müəllf də, mən də ümid edirik ki, müsbət
istiqamətdə insanlar birləşib, iradə göstərib evimizin qayğısına qalacağıq. Biz
hamımız eyni gəmidəyik! Nikbinəm.
Kitab
ixtisarını yükləmək üçün: buraya kliklə
Comments
Post a Comment