“Yadların gəmisi” elmi,kosmik, fantasik,
dramatik, macera və psixo-sosial janrın ucu-bucağı görünməyən görünməz sularında
üzür. İlıq, əbədi, kosmik küləksə gəminin yelkənini bir uludzdan (limandan) o
birisinə istiqamət-ləndirir. Hərdənbir çox güclü tufanlar olur. Yeni limanların
kəşfi xatirinə sağ qalmaq lazımdır. Gəmi
lövbər salaraq, sonzuluğun xəritəsini hazırlamağa çalışır. Topoqrafiq modullar
dayanmadan çalışır. Bir-birinə yad heyət üzvlərindən bəziləri çox qısa müddətliyinə
bu riskli işlə məşğul olsalar da, artıq veteran olan və böyük hörmət-izzət
sahibi, Devid Sercenner, kosmosun əbədiyyəti və rəngarəngliyindən uzaq qalmaq
istəmir. Kainatın sonzuluğu bir-birinə yad olanları bir-birinə doğmalaşdırmağa
çalışır. Nə qəribədir ki, insan övladı Yer planetini tərk etdiyi andan etibarən
hər yerə yaddır. Bəlkə də bu belə deyil. Bəlkə də uzaq və yaxın deyə bir
anlayış yoxdur. Əsas məsələ niyyətdir. İnsan xoş niyyətlə kainatın kəşfinə
çıxırsa, onun üçün hər yer doğma, müstəmləkə və istismar məqsədiylə axtarışa
çıxırsa, yaddır. Yazıçı da məhz, “Yadların gəmisi” adından istifadə edib.
Romanın adı belə kifayət qədər məlumat ötürürsə, oxuduqdan sonra nələr öyrənmək
olar, artıq, onu özünüz fikirləşin. Kosmik heyət üzvləri, eyni zamanda,
bir-birilərinə də yaddır. Müvəqqəti məqsədlər onları əbədiyyət qarşısında birləşdirir.
Kosmik və elmi fantastika oxumağı sevirsiz? Hansı yazıçıdan oxumaq
daha yaxşı olardı? Bob Şou bizə nələr vəd edir? Bob Şou bizə kosmik
fantastikanın elmini təqdim edir. Onun əsərlərindəki kaloritlik o qədər zəngindir
ki, qiraət zamanı təəccüb, həyəcan, qorxu və bir çox hələ kəşf etmədiyimiz
başqa hisslər bir-birini əvəz edir. Yazıçının ustalığına heyranam. Sənətkarlıq
budur. Bir neçə janrı böyük ustalıqla bir romanda kəsiştirərək ortaya möhtəşəm
dəyər qoymaq. Yazıçının təsvir etdiklərinin 50-100 ildən sonra gerçəkləşəciyi
labüddür. Cəsarət edib deyərdim ki, çox şey Bob Şou və onun timsalında elmi
fantastika müəlliflərinin təsvirləri kimi olacaq. Romanda hər şey əsaslandırılır.
Hər bir hadisə və anlayışlar arasında səbəb-nəticə əlaqəsi qurulur. İnsan bu
roman sayəsində kosmik hadisələr çərçivəsində düşünməyi öyrənir. Belə yazıçıların
sayəsində gecələr ulduzlu səmaya baxıb, qarşımdakı əbədiyyət qarşısında əriyib
gedirəm, ona qərq oluram.
“Dayan! Kimdir gələn?!” əsərindən, təxəyyülü
çox zəngin olan yazıçının üslubuna bələd olmuşdum və bəyənmişdim. İndiyə qədər
oxuduğum iki əsərinin ikisi də məndə unudulmaz təəssüratlar buraxıb və həmişə
romanlarda yazılanlar haqqında düşünürəm. Uşaq vaxtlarından kosmik maceralara
böyük həvəsim olub. O qədər çox həvəsim olub ki, televiziyada yadplanetlilər,
planetlər və kainatın sirləri haqqında filmlər və sənədli filmlər veriləndə,
heç birini qaçırmazdım. Hamısın diqqətlə izləyərdim. Xüsusiylə yadplanetli
istilaları haqqında olan filmlərdən sonra gecələr mənə rahat yuxu yox idi. Sonradan
bu həvəs azalsa da, belə dəyərli əsərlər mənə çox şey qatır.
Kitabda bəzi epizodlar unudulmazdır. Bəzilərini
qısaca olaraq qeyd edim: 1) Boz insan adlı ali varlıq var. Onun hər hansısa
forması yoxdur, amma kainatda forması olan istənilən varlığı ən xırda detalına
qədər kopyalaya bilir. Topoqrafik modulları koplayaraq, ovlanmaq istəyən bu
canlı çox böyük təhlükədir. Lakin onun planları alınmır. 2) Topoqrafik modullar
Saladin adlı kimsəsiz planetdə hamilə yadplanetli silueti tapıb. Heyət onu əldə
etmək üçün həmin koordinatlara gedir. Bu zaman onlar başqa zaman-məkan kəsişməsinə
düşərək, oriyentasiyalarını itirirlər. 3) Topoqrafik modul heyəti kimsəsiz bir
planetdə şüurlu varlıqların hazırladıqları silahlara bənzəyən metal alətlər
tapıblar. Heyət üzvü canını çox çətinliklə qurtarır. 4) Gəmi heyəti “Beta” fəzaya
keçid vaxtı kainatın çox qəribə yerinə gedib çıxır. Sonra məlum olur ki, bu
boşluqdur. Bütün kainat artıq yox olub. Daha sonra bütün kainat, kosmik gəmidə
qəza nəticəsində həlak olmuş birisinin bədənindən çıxan ruh sayəsində yenidən
yaranır. Bu qəribə hadisəyə heç kim ad qoya bilmir.
Gördüyünüz kimi roman eyni obrazların ətrafında
cərəyan edən bir neçə maceradan ibarətdir. EZOP adlı süni intellekt gəmi
kapitanıdır. Bu gələcəyin dünyasında süni intellektin necə də əhəmiyyət
qazanacağını göstərir.
P.S.
Əsəri rusca səsli formatda dinləmişəm. Çox super hazırlanıb. Maraqlananlar
buradan onlayn dinləyə bilər: TIKLA
Comments
Post a Comment