Posts

Showing posts with the label kommunistik yaradıcıllıq

İvan Yefremov - Dumanlı Andromeda - 3-cü hissə

Image
İvan Yefremov - Dumanlı Andromeda - 1-ci hissə İvan Yefremov - Dumanlı Andromeda - 2-ci hissə Mənfi təsirlər   Düşünə bilərsiniz ki, kitabın, romanın və ya bunlara oxşar digər incəsənət nümunələrinin nə kimi mənfi nəticələri ola bilər? Sizi əmin edim ki, ola bilər! Şəxsən mən "Dumanlı Andromeda"nı oxuduqca, o ali cəmiyyəti, axtarmağa, öyrənməyə olan ehtirasın, insan beyninin və ruhunun aliliyini gördükcə yaşadığım cari cəmiyyətə o qədər yadlaşırdım ki, sözlərlə izah etmək qəliz məsələdir. Gəlin ətrafımıza bir daha baxaq: hakimiyyətin, gücün, hörmətin mənbəyi kimi sadəcə pul əhəmiyyət kəsb edir. Halbuki, üfüqə baxanda insan təbiəti ilə, yaşadığı cəmiyyətin dəyərləri arasındakı uçurumu görməmək mümkün deyil. Bu ibtidai icma quruluşundan daha pis ictimai-sosial formasiyadır: canlı olmayan "fenomen"in güc qazanması. Çünki belə olduqda cəmiyyət bilinməyən, beyinlərdə və kabuslarda olan obrazlar tərəfindən idarə olunacaq. Prosesin müvafiq nəticələri isə mütləq ...

İvan Yefremov - Dumanlı Andromeda - 2-ci hissə

Image
İvan Yefremov - Dumanlı Andromeda - 1-ci hissə  Həyatın xarakterik xüsusiyyətləri Bu dünyanın insanları fiziki cəhətdən çox yaraşıqlı, güclü və sağlamdırlar. Bu gözəlliyi bir növ yunan gözəllik və təbiilik kultuna dönüş kimi dəyərləndirə bilərik. İrqi fərqlər az da olsa var, amma praktiki əhəmiyyət daşımır, insanlar bir-biri ilə kifayət qədər qarışıb irqi fərqləri aradan qaldıra biliblər. Gələcəyin insanları əcdadlarını hərtərəfli öyrənərək bir çox tibbi biliklər əldə edir və irqi təhlillər aparırlar. İnsanların adları bəyənilən səsləndirmələrə uyğun olaraq seçilir. Məsələn, Dar Veter izah edir ki, onun adı rus mənşəlidir: Dar- vergi, Veter - külək mənasını verir. 

İvan Yefremov - Dumanlı Andromeda - 1-ci hissə

Image
Kitabın rus dilində adı: Иван Ефремов - Туманность Андромеды  "Dumanlı Andromeda" 1955-1956-cı illərdə İvan Antonoviç Yefremov tərəfindən yazılmış sosial-fəlsəfi elmi-fantastik romandır.  Roman ilk dəfə 1957-ci ildə "Texnika - Gənclik" jurnalında dərc edilib. Kitab formasında isə "Gənc Qvardiya" nəşriyyatında 165 000 nüsxədə işıq üzü görür. Dünyanın bir çox dillərinə tərcümə olunan əsər Sovet ədəbiyyatının ən parlaq nümunələrindən, kosmik romantikanın etalon sayıla biləcək nümayəndələrindəndir.  Əsəri oxumaq qərarını verdikdən sonra keçirdiyim ekstatik hisslər toplusunu sözlərlə ifadə etmək çox çətindir. Yazını bir neçə hissəyə, hər hissəni də müəyyən alt başlıqlar formasında hazırlamaq qərarına gəldim. İlk iki hissədə əsasən Vikipediya məlumatlarının tərcüməsini yerləşdirəcəm ki, əsər haqqında dolğun fikir sahibi olmaq üçün müəyyən fundament yaransın. Üçüncü hissədə isə əsərin şəxsən mənim üçün dəyəri, psixoloji təhlili və təəssüratlarımı yazacam....