Posts

Showing posts from May, 2017

Anime izləmək üçün 8 səbəb (Audio-podkast)

Image
Bu audio-podkastda animelər haqqında danışdım. Onları izləmək üçün 8 səbəb göstərməyə çalışdım.  Onu da deyim ki, 8 rəqəmi yaponlarda xoşbəxt rəqəmdi. Bizdəki 7 kimi. Fon musiqisi - Most Epic Anime Music Collection - "Haikyuu!!" [ハイキュー!!]

D.H. Lourens - Ledi Çatterlinin məşuqu

Image
ENG: D.H. Lawrence -  Lady Chatterley's Lover  RUS: Дэвид Лоуренс -  Любовник леди Чаттерлей Ledi Çatterlinin əri müharibədə aldığı yara səbəbi ilə impotent birisinə çevrilir. Hər şey də bu hadisənin doğurduğu fəlsəfi sualların məişət reallığına inteqrasiyasının nəticəsində formalaşır. İndi Ledi Çatterli seksual münasibətlərin yoxluğu ilə barışıb öz evliliyində xoşbəxt ola bilərmi? Yoxsa o, gərək başqa insanların, kişilərin vasitəsi ilə bu xoşbəxtliyə nail olsun? Bədbəxt bir qadının sağa-sola dreyf etməsi ilə əlaqədar olan bu əsərdə çox maraqlı paradoks da yaranır: Ledi Çatterli öz əri ilə səmimi dostluq və intellektual bağlara malik idi, amma qarşısına çıxan digər kişilərdə bu iki əsas ruhi keyfiyyəti tapa bilmir. Maraqlıdır ki, belə olan halda Ledi Çatterlini hansı macəralar gözləyir...

Viktor Pelevin - Generation P

Image
RUS:  Виктор Пелевин -  Generation П Romanın əsas qəhrəmanı "P" nəslinin nümayəndəsidir. Cəmiyyətdəki rolunu köşkdə adi alverçi kimi başlasa da, sonradan reklam və marketinq sahəsindəki intellektual xalturanı öyrənib "rus ideyası"nın üzərində işləməyə başlayır. Qısa müddət ərzində olduqca keşməkeşli təcrübələr yaşayan əsas obraz, sonunda İştar adlı ilahənin dünyəvi ərinə çevrilir...

Tokyolu Qhul/ Tokyo Ghoul 

Image
Qhullar insan bədəni ilə qidalanan qorxunc varlıqlardır. Onlar Tokyonun müxtəlif rayonlarında müxtəlif sıxlıqlarla məskunlaşıblar. Eynilə insanlara bənzəyirlər, praktiki olaraq onlardan fərqlənmirlər. Şəhər sakinləri Qhullarla qarşılaşmaqdan çox qorxurlar. Adi bir tələbə oğlan Kaneki qəza nəticəsində az qala ölürdü, amma o, hücumuna məruz qaldığı Rize adlı bir Qhulun orqanları ilə təchiz olunandan sonra yarı Qhul, yarı insana çevrilir. Beləliklə də onun həyatı tamamilə dəyişir. Uyğunlaşmaq problemi onu olduqca iztirablı bir yola itələyir...

Paranoya agent/ Paranoia Agent/ Môsô dairinin

Image
Tokyo sakinləri ələkeçməz müəmmalı bir uşaq - "balaca zərbəçi" tərəfindən beyzbol dəyənəyinin bihuşedici zərbələrinə məruz qalırlar. Məsələni araşdıran dedektivlər anlayırlar ki, qurbanların həyatı hadisədən sonra yaxşılaşır. Buna daha çox yaxşılaşmaq yox, rahatlanmaq kimi ad qoymaq olar. Müəmma və qurbanların sayı getdikcə artır. Bütün bunların səbəbkarını öyrənəndə isə sadəcə inanmayacaqsınız...

O - Her

Image
Diqqət! Yazıda spoyler var! Yalqız qalmış yazıçı, BeautifulHandwrittenLetters.com saytında başqaları üçün sevgi məktubları yazan cari kopirayter, yeni aldığı və müxtəlif ehtiyaclarını ödəmək üçün proqramlaşdırılmış əməliyyat sisteminə aşiq olur... Məhsulun şüarında belə bir qeyd var idi: Bu sadəcə əməliyyat sistemi deyil, bu həm də şüurdur. Özü özünə ad verən əməliyyat sistemi, səslənişini çox bəyəndiyi "Samanta" adını seçir. Samanta heç də adi əməliyyat sistemi deyil həqiqətən də. Onun davranışları, düşüncə tərzi adi insandan bir o qədər də fərqlənmir. Qəhrəmanımız Teodorun ən çox ehtiyac olduğu anda onun həyatına gəlməsi ona aşiqliyi qaçılmaz edir. Elə buna görədir ki, müəyyən müddətdən sonra Teodor üçün Samantanın əməliyyat sistemi olması faktı aktuallığını itirir. "Blade runner" filmindəki androidlə insanın məhəbəttindən fərqli olaraq, bu dəfə bədəni olmayan süni intellektlə insanın sevgisinə şahidlik edirik...

Mütaliə sürətinizi artıracaq 3 yöntəm (Audio-podkast)

Image
Bu audio-podkastda bloq izləyiciləri və dostlar tərəfindən son vaxtlar tez-tez mənə verilən "mütaliə sürətimi necə artırım ki, çox kitab oxuya bilim?" sualına öz şəxsi təcrübəm əsasında cavab verməyə çalışdım.   Fon musiqisi -  Grant - Starship

Antonio Meneqetti - Üçüncü minilliyin qadını

Image
RUS:  Антонио Менегетти - Женщина третьего тысячелетия "Üçüncü minilliyin qadını" italyan psixoloq, filosof, rəssam və Romada ontopsixoloji məktəbin qurucusu olan Antonio Meneqettinin özünəməxsus kitablarındandır. Başlıqdan da bəlli olduğu kimi, kitab qadın psixologiyasına müasir yanaşmaları özündə ehtiva edən mövzular çərçivəsində yazılıb. Qadının müasir cəmiyyətdəki kimliyi, ətraf-aləmlə qarşılıqlı münasibətləri və öz potensialını dəyərləndirməsinə olan düzgün və fərqli istiqamətləndirmələr səbəbi ilə kitabı faydalı hesab etmək olar.  

Rutqer Breqman - Realistlər üçün utopiya

Image
ENG:  Rutger Bregman - Utopia for Realists: Why Making the World a Better Place Isn't a Fantasy and How We Can Do It Amerikalıların üçdə ikisi 2 həftəlik məzuniyyəti əlavə 2 həftənin məvacibindən üstün tuturlar. Eləcə də biznes mütəxəssislərin böyük əksəriyyəti vəzifələrinin bir o qədər də əhəmiyyətli olmadığını düşünür. Biz acığımız gələn iş yerlərində bütün günü işlədikdən sonra bizə lazım olmayan şeyləri almağa başlayırıq. "Realistlər üçün utopiya"da holland tarixçi və jurnalist Rutqer Breqman, bunların heç də belə olmamalı olduğunu qeyd edir. Beynəlminəllik və praqmatizm manifesti kimi Breqmanın kitabı əsas 3 ideya ətrafında formalaşıb: 15 saatlıq iş həftəsi, "universal minimal gəlir" və sərhədlərin olmadığı dünya. Bu iddialara dəstək məqsədi ilə kitabda ötən əsrin 70-ci illərində icra edilən "Mincome" təcrübəsi, evsizlərə verilən qarşılıqsız pul təcrübələri və müxtəlif çoxsayılı statistik faktlar yer alıb. Bəlkə də bu iddialar heç də qeyri-re

Riçard Perkis Kordok - Milyoner yenilənməsi

Image
ENG: Millionaire Upgrade: Lessons in Success from Those Who Travel at the Sharp End of the Plane - Richard Parkes Cordock Cənab Riçard Brensonla birlikdə real təyyarə səfərindən ilhamlanaraq yazılmış kitab, sahibkarların hansısa sehrli qüvvənin nəticəsində formalaşması ilə əlaqədar fikirləri sıradan çıxarıcı formata malikdir. Tom adlı şəxs milyoner Maykl ilə birlikdə səyahətə çıxacağını öncədən bilsə idi, bəlkə də həmin günə daha canlı və həvəsli başlayardı. Lakin bu səyahət Tom üçün əsl fikri inqilaba - milyoner yenilənməsinə çevrildi. Mayklın yardımı ilə o, müstəqilləşmək və sahibkarlığa atılmağın sirlərini öyrəndi...

Pol Furnel - Əziz oxucu

Image
ENG: Dear Reader - Paul Fournel Cənab Rober Dübua ilə tanış olun. Getdikcə yaşa dolan "Rober Dübua kitabları" nəşriyyatının sahibi olan qəhrəmanımız, bir qalaq əlyazmaların üzərində, öz ofisində istirahət edir. Günlərin bir günü, onun otağına gözəl bir xanım təcrübəsi daxil olur və ona elektron kitab oxutdurucunu təqdim edir. Rober bunu əsl inqilab kimi görür. Dübua mətnin kağızsız yaşayacağına inanmır. Qısa müddət ərzində elektron kitab oxutdurucudan istifadə etməyə başlasa da, ruhu bu cihazla barışmaq istəmir ki istəmir. Dübua başa düşür ki, bu elektron dünya ona görə deyil, amma o, hələ təslim olmayıb. Günlərin bir günü elə bir "elektron kitab" yazır ki, kitab oxumaq, kitab sevgisi haqqında qiymətsiz məsləhətlər verir və şəxsi təcrübələrini bölüşür...

Mixail Bulqakov - Morfiy

Image
RUS: Морфий - Михаил Булгаков "Morfiy" görkəmli rus yazıçısı, dramaturqu və teatr xadiminin ən maraqlı əsərlərindən biridir. Yarım illik iş fəaliyyətindən sonra gənc kənd həkimini axır ki, şəhərə təyin edirlər. O, öz halından məmnundur və tez-tez kənddə tək-tənha, istirahət günü olmadan işlədiyi günləri xatırlayır. Günlərin bir günü isə ona bir vaxtlar birlikdə oxuduğu və tanışı, həmin kənddə onun yerini yenicə tutmuş həkimdən məktub gəlir. Ciddi xəstələndiyini və ona yardım etməyini xahiş edir...

2QAT zövq aldığım kliplər

Image
Bu dəfə sizlərə uzun müddətdir ki. tez-tez izlədiyim və heç vaxt bezmədiyim musiqi klipləri haqqında söhbət açacam. Hərəsini bir səbəbə görə bəyənirəm və hər dəfə də, sanki yeni bir şey izləyirmiş kimi izləyirəm və dinləyirəm. Gəlin baxaq görək həmin səbəblər nələrdir. Düşündüm ki, daimi oxucular və yaxın dostlara da mənim zövqümlə tanış olmaq az-maz maraqlı gələ bilər. 😜😜😜

Amerikalı şirin qız/ American Honey/ Американская милашка

Image
İtirməyə heç nəyi olmayan yeniyetmə qız Star (Sasha Lane) qapıdan-qapıya jurnal satışı ilə məşğul olan dəlisov bir komandaya qoşulur. İstədikləri kimi hərəkət edən, əylənən və pul qazanmaqdan başqa heç nəyi düşünməyən gənclər toplusu ABŞ-ı başdan-başa səyhət edib, satış etmək istəyirlər. Star isə satışdan əlavə intriqa dolu sevgi macəraları, qanun pozuntuları və gözlənilməz həyat reallıqları ilə üz-üzə qalır...