Yasunari Kavabata - "Ölü sifətlə baş verən hadisə", "Bakirələrin ibadəti" və digər hekayələr haqqında

Bu hekəyədə baş verən çox qəribə bir
hadisə, kənd qəbiristanlığında baş daşının diyirlənməsi və onun simvolizə
etdiyi mənadan narahat olan kəndçilərdən bəhs edilir. Bu hadisəni hamı gördü.
Ona görə də reallığına heç kim şübhə etmədi. Bəlkə də, onlar nə isə günah iş
görüblər ki o ölməzlər, əbədiyyət sələtənətinin sakinləri, günhadan arınmışlar,
onlara xəbərdarlıq edirlər. Bəlkə də, onlar günahkardılar. Günhalarını yumaq ya
da zəiflətmək məqsədiylə günahsızları, bütün bakirə qızları bir yerə toplayıb
onlarla birlikdə qəşş edib gülməyə başlayırlar. Onlar nəyə gülürlər? Bəlkə də
baş verənləri ciddi qəbul etdiklərinə, bəlkə də etdikləri günahlara, bəlkə də
bütün bu cümlə-cahana. Həyatımıza diqqətlə baxq: ondan gülüş ən yadda qalan
deyilmi? Bir şeyi isə dəqiq deyirəm ki, onlar ibadət etdilər. Bizim kimi adi,
sıradan insanların anlamadığı tərzdə.
Gülməyən kişi (Мужчина, который не смеется) – Bu hekayədə kino-rejissorun maska
axtarışı və daha sonra isə maskalara olan fəlsəfi münasibətləri yer alıb.
Ümumiyyətlə bütün dünya sivilizasiyalarında maska və ya onunla əlaqədar olan rəmzlər
dərin mənalı bir çox motivi əhatə edir. Diqqətlə baxsaq və təhlil etsək, istər
Afrikadakı vəhşi qəbilələrin maskaları olsun, istərsə də, Şərqi Asiyada başda əjdaha
maskaları olsun, bir çox simvolikanı öyrənmək olar. Hekayədə çox qeyri-adi bir
şey görməsəm də, sonda “Rədd olsun bütün maskalar! Rədd olsun bütün sünilik!”
çağırışında böyük fəlsəfə və çağırış dayanır.
Gəmiciklər (Кораблики) – Hekayə
insan ruhunun, iradəsinin gücündən bəhs edir. İnsanlararası münasibət və onun
gizli tərəfləri isə əsas məğzdir. Bizim hər birimiz gəmiyik və hər birimizin
yelkəni var. Əsas odur bu yelkənə istiqamət verən külək olsun.
Bambukun səsi, şaftalının çiçəyi (Голос
бамбука, цветок персика) – İnsan həmişə özünü nə iləsə əlaqələndirməyə
çalışır, nədənsə könüllü sürətdə asılı olmağı istəyir. Buna (asılılığa) Budda həyatın
ən böyük kədəri, yaxın bir dostum isə həyatın ən böyük sevinci deyirdi. Hekayə həyatını
qurumuş bir küknar ağacı ilə eyniləşdirmiş bir insanın düşüncələrindən ibratədir.
Bir gün həmin küknar ağacına şahin qonaq
gəlir. Miyakavanın da həyatı bir anda işıqlanır. Şahin nəyi müjdəçisi idi? Pis
xəbərin, yoxsa yaxşı xəbərin?
Hekayədə bir digər dərin fəlsəfi mənalı
məqam, hər hansısa əşyaya baxıb tamam başqa bir şey görməkdir. Bu məqam özündə
dahiliyi ehtiva edir. Yasunari Kavabata özü belə yazıçıdır. Əksər yazıçılar belədir,
onların fərqi budur – görünməyəni görmək. Bəli bu mümkündür. Cəsarət edib deyərdim
ki, hamı üçün mümkündür. Kavabatanın
hekayələrində bir rəmzilik digərini əvəz edir, birindən o birisinə keçid baş
verir. Oxucu bir dünyadan başqasına keçir. Xəyallar dünyasında sərhəd olmur!
Tamamilə əbədiyyət! Kavabatanın hekayələri beynimdə əbədiyaşardır.
Mmmmmmm. Kavabata hekayələri dadlı bir
təam, beynim üçün dərmandır, ən gözəl istirahətdir. Bunu bütün yapon ədəbiyyatı
və fəlsəfəsinin timsalında, yapon yazıçı və filosoflarına aid edərdim.
Comments
Post a Comment