Posts

Showing posts from August, 2018

Zirvələrdə gizlənmiş depressiya və post-sovet romantikası

Image
İlk dəfə iş yoldaşlarımdan biri Robin Uilyamsın gözlərində gizlənmiş hüzn haqda söhbət edəndə, uşaqlıqdan bu yana heyranlıqla izlədiyim və nümunə götürdüyüm insana başqa gözlə baxmağa başladım. Onun dediyinə diqqət etdim və həqiqətən də elə bir şeyin olduğunun fərqinə vardım. Düzü "çox gülən adamlar, gizlində çox da ağlayarlar" tipli ifadələr çox banal və yeniyetmə təfəkkürünün məhsulu təəssüratını bağışlayıb, amma bəzən doğru da ola bilir. Bu yaxınlarda da, eşidəndə ki, bəs Cim Kerri də dərin depressiyadan təzəcə çıxıb və vaxt olub bütün evini rəsm emalatxanasına çevirib rəsm çəkib, yenə də təəccübümü gizlədə bilmədim (Cim Kerrinin "Rəngə ehtiyacım var idi" qısametrajlı filmi var). Bir digər şəxsdən bunların səbəbini soruşanda, maraqlı cavab eşitdim: elə cavanlıqdan sonra, yaranan boşluğu doldurmaq çətindir.  Bir vaxtlar hamının sorğu-sualsız səni qəbul etdiyi, çox sevdiyi, birmənalı olaraq hər şeyin ən yaxşısı təklif olunanda, həyat çox fərqli, uğurlu, içdən