Oşo - Zəka
Kitabın Türkiyə türkcəsində adı: Osho – Zeka
Kitabın ingiliscə adı: OshoIntelligence: The Creative Response to Now
Zeka hayatın özünde vardır
Zeka hayatın doğal bir niteliğidir.
Tıpkı ateşin sıcak olması
Ve havanın görünmez olması
Ve suyun aşağı doğru akması gibi
Hayat da zekidir.
Tarixən Şərq ruhi yolda uğurla addımlamış, Qrəb isə maddiyatçılığı ilə
dünyada ən istehlakçı cəmiyyətlərin əsasını qoymuşdur. Qərb alimləri müxtəlif
suallara müvəqqəti və qəti cavablar verərkən, Şərq filosofları cavabları ilə
zaman-məkan kəsişməsini aşmış və tamamilə qeyri-qəti olmuşlar. Qərbin ekzistensializm
fəlsəfəsi ilə yaşayan insan bədbəxt insandır. O, hal-hazırda sahib olduğunu
görməyi bacarmayan, yaşadığı anı hiss etməyən və həmişə hər şeydən şikayətçi
olan birisidir. Tamamilə şərq fəlsəfəsi ilə yaşayan insan da bədbəxt
insandır. Çünki o, ifrat güvən və ya ifrat xurafat və mövhumata bulaşa bilər. Hər
iki fəlsəfəni özündə birləşdirməyi bacaran və lazım olduğu dərəcədə istifadə edən,
ən əsası isə daxilinə yönələrək, şəxsi təcrübə toplayaraq, öz suallarına cavabı
özü axtaran, içindəki işığı kəşf və istifadə edən insan idealdır.
Bu kitaba resenziya yazmaq çox çətindir. Həm müəllifinə görə, həm də
mövzusuna görə. Resenziya yazmaq cəhdlərim əsasən kitabın qısa özətini yazmağa
doğru istiqamətlənir ki, bu da resenziyalıqdan çıxır. Ona görə də kitabın ümumi
düşündürdükləri və bəzi sitatları gətirsəm, bəs edər deyə düşünürəm. Daha ətraflı
və daha yaxşı anlamaq üçün gərək kitabın özünü oxuyasız. Sitat gətirmək də çətindir.
Çünki kitabın özü başdan ayağa çox dəyərli fikirlərlə aşıb-daşır. Oşonun söhbət
açdığı mövzular, düşünürəm ki, kifayət qədər şəxsidir və insan bu mövzuları
yalnızca öz-özlüyündə düşünüb bir nəticəyə gələ bilər. Belə mövzularda kütləvi
müzakirə, polemika və ya mübahisələr mənasızdır (ən azından mənim üçün bu belədir).
Kitab insanı onun daxili dünyasına səyahətə çağırır, bir-iki cümlə əzbərləyib
hansısa cəbhə ilə müharibə aparmağa deyil.
Biz özümüzü harada axtaraq (hərgah bu nə anlayışdır bilmirik. Biz sahib
olmadığımız şeyi necə itirə və axtara bilərik?)? Yaddaş və zəka arasında fərq nədir?
Düşünmək və drəketmə arasında fərq var? Biz niyə təkrarçılığı sevirik? Niyə
hazır cavablara meyillənirik (əzbərçilik)? Niyə insanlarda cəsarət yoxdur? Nə
vaxta qədər izləyici, müşahidəçi olaraq qalacağıq? Müşahidə əslində necə
olmalıdır? Bizi necə axmaqlaşdırırlar? İnsan övladı niyə hansısa fəlsəfə, ideal
və ya kütləvi məqsədlərlə yaşamağa can atır (sürü psixologiyası)? Ən əsas sual:
biz niyə özümüzə əzab veririk? Suallara cavab verməyə və ya cavab axtarmağa
ehtiyac yoxdur. Cavab onsuz da yoxdur. Əsas elə sualların özüdür. Suallara qərq
olmaq və onların bizi inkişaf etdirməyinə izin verməliyik. Cavab axtarmaq artıq
hazır cavabları əzbərləmək istəyinin göstəricisidir. Alternativləri düşünməyərək,
yolu seçərək bütün gücü o istiqamətə yönəltmək lazımdır.


Kitabı oxuyub bitirdikdən sonra
meditasiya haqqında öyrənmək istədiyim bir çox şeyi öyrənmiş oldum (meditasiya
haqqında çox dəyərli fikirlər var). 11 iyun, gecə saat 01:00 iradələri idi.
Özümə çay süzmək üçün mətbəxə keçdim. Mətbəxin küncündə tor qurmuş hörümçəyi
gördüm və düşüncələr məni alıb apardı. Belə ki, atam həmişə bir çox şeyi izah
eləmək istəyəndə heyvanlar və həşaratlar aləminə müraciət edir. Hörümçəyə aid
belə deyir: “Bax görürsən hörümçəyi?! O elə yaradılıb ki, üzərinə düşəni edir,
tor qurur və ovunu gözləyir. Əgər ov düşsə, tutub yeyəcək, əgər düşməsə quruyub
öləcək”. Dərin mənalı sözlərdi və bunun fərqinə mən indi varıram. Həqiqətən də,
hörümçək çox qəribə və özünəməxsus canlıdır. Çox yalnız və səbrli. Torunu qurur
və sadəcə ovunu gözləyir. Bunu insanın ruhi
yoluna da tətbiq etmək mümkündür. Yavaş-yavaş bu yolda öz “tor”-umuzu
qurmalı və gözləməliyik. Bu yolda biz bir çox şeyi birləşdirməliyik (səbretmə,
sağlamlıq, vaxt, pul və s.). Bunu biz özümüz etməliyik. Kimsə bu yolda bizə
yardım etməyə həvəsli deyil (sözdə din qardaşları, müxtəlif dini-spiritual
qruplaşmalar, psixoloq və psixiatrlar və başqa həngamələr). Biz özümüz ruhi
nizam-intizamımızı qurmağı bacarmalı və cəsarətli olmağı öyrənməliyik.
Aydınlanmaq bax budur. Başqa heç kimə ehtiyacımız yoxdur.

Kitabdan bəzi paylaşımlar da edim, bəlkə, kitab haqqında ilkin təsəvvürlərin
yaranmasına yardımçı olar. Kitabın oxuyucusu nə qədər çox olsa (nəinki bu kitabın,
ümumiyyətlə Oşonun kitablarının) bir o qədər aydınlanmaq potensialına sahib
insanların sayında artış olar. Mən çox sevinirəm ki, bəzi tanıdığım insanlar
Oşo və ya ona bənzər hər hansısa fəlsəfə oxumamış o fəlsəfənin dediklərini bilən
dostlarım, tanışlarım var. Bu onların təcrübə baxımından zənginliyini göstərir.
Həmin şəxsiyyətlər güclü ruha sahibdirlər. Onlar bir çox yükü daşıya bilərlər.
Kitabdan
seçmələr (Türkiyə türkcəsində):
- Bir soru: İnsanlık piramidinin Ayetullah Humeyni ve Albert Einstein'ı içerdiğini ve ikisi arasında niteliksel bir fark olmadığını söylediğini duyunca şok oldum. Üçüncü bir alternatif yok mu? Ben de şok oldum ancak kişi gerçek karşısında çaresizdir. Ayetullah Humeyni ve Albert Einstein arasında niteliksel bir fark olmadığı bir hakikattir; azıcık da olsa niteliksel bir fark olma olasılığı olsaydı bunu duyurmaktan memnun olurdum. Bu her ikisinin de aynı çeşit insan olduğu anlamına gelmez. Ayetullah Humeyni bir delidir. Albert Einstein bir dâhidir, insanlığın üretmiş olduğu en keskin zekâdır. O nedenle ikisinin aynı çeşit insan olduğunu söylemiyorum. Ama ne yapabilirim? Onlar aynı aralığa aitler. Ayetullah en düşük sıradadır, Albert Einstein en yüksektedir ama fark sadece derecelerdedir; o aynı piramittir.
- Bir gün adamın biri —bu gelecekten bir hikâye olmalı— bir hastaneye gitmiş çünkü beyni bir trafik kazasında zarar görmüş ve yenisi ile değiştirmek istemiş. Cerrahtan mevcut olan tüm beyinleri ona göstermesini istemiş. Cerrah ona etrafı gezdirmiş; pek çok beyin varmış. İlk beyin bir profesöre bir matematikçiye aitmiş. Fiyatını sormuş: elli dolar. Adam şaşırmış: Meşhur bir matematikçi, bir Nobel sahibi sadece elli dolar! Sonra bir müzisyen varmış ve onunki sadece otuz dolarmış. Derken bir işadamının beyni ve o sadece yirmi dolarmış. Bu böyle sürüp gitmiş. En sonunda bir politikacının beynine gelmişler; beş bin dolarmış! Adamın aklı karışmış. "Bu niye bu kadar pahalı?" diye sormuş. Cerrah da, "Çünkü o hiç kullanılmadı," demiş.
- Büyük, uyuz bir köpek bir anne kedi ile yavrularını tehdit ediyordu. Onları bir çitin köşesinde sıkıştırdı. O zaman kedi arkaya doğru çekilip arka ayakları üzerinde yükseldi ve yüksek sesle hırlayıp havlamaya başladı. İrkilen ve kafası karışan köpek geri döndü ve çitten koşarak uzaklaştı, kuyruğu bacaklarının arasına sıkıştı. Yavrularına dönerek anne kedi tırnaklarını çıkardı ve dedi ki "Şimdi yabancı dil bilmenin avantajını gördünüz mü?"
- Ve bu içeri doğru yönelimden senin merkezin ortaya çıkacak. Bu içe yönelmişlikten yeni ilgi alanları, yeni coşkular, yeni bir tarz, yeni bir hayat tarzı gelecek. Onu üretemezsin; senin üretebileceğin her şey eskinin tekrarı olacaktır... belki biraz daha orasından burasından düzeltilmiştir ama fazlaca bir fark yaratmayacak. O nedenle pasif olarak oturmaya başla ve daha çok pasif meditasyonlar yap.
- Her şey mevcuttur, mevcut olmuştur; onu asla kaçırmadın. Fakat senin arayışın yüzünden —gelecek, hedef yüzünden— bakamıyorsun. Hakikat seni sarmalıyor, sen onun içinde var oluyorsun. Tıpkı balığın okyanusun içinde var olması gibi sen de hakikatin içinde var oluyorsun. Tanrısallık bir hedef değildir, Tanrısallık şimdi ve burada olan şeydir. Bu ağaçlar, bu esen rüzgârlar, bu hareket eden bulutlar, gökyüzü, sen, ben; Tanrısallık budur. O bir hedef değildir.
- Ne zaman bir felsefeye göre yaşarsan kendine ihanet etmişsindir, kendine düşman olmuşsundur. Basitlik kişinin kendisi ile derin bir dostluk içinde olması, hayatını rahatsız etmeyen bir fikir olmadan yaşaması demektir.
- İnsanların yüzlerine bak, ne kadar donuk gözüküyor. Onların gözlerinin içine bak onların gözleri tüm parlaklığını ve derinliğini yitirmiştir. Onların mevcudiyetini hisset ve hiçbir yayılım; onlardan akan bir enerji hissetmeyeceksin. Tam tersine sanki onlar seni emiyorlarmış gibi hissedeceksin. Taşan bir enerji olmaktansa onlar kara deliklere dönüşmüştür: Seni emerler, senin enerjini sömürürler. Onlarla birlikte olmak seni daha da yoksullaştırır. Bu nedenle kalabalık bir yere gittiğinde ve geri döndüğünde yorgun, bitkin hissedersin, tükenmiş hissedersin, dinlenmek ihtiyacı duyarsın. Niçin kalabalığın içinde olduktan sonra sanki bir şeyi kaybetmiş gibi hissedersin? Kesinlikle bir şey kaybedersin çünkü kalabalık kara delikler içerir. Ve bir kalabalık ne kadar zeki değilse, ne kadar kütle halindeyse, o kadar tükenmiş hissedeceksin.
- Normalde yaptığımız şey her fırsatı kendimize cehennem yaratmak için kullanmaktır. Sadece sen acı çekersin ve senin perişanlığın yüzünden başkalarına da acı çektirirsin. Ve pek çok insan bir arada yaşarken eğer birbirleri için sefalet yaratıyorlarsa bu katlanmaya devam eder. Dünya böylelikle bir cehenneme dönüşmüştür.
Comments
Post a Comment