Posts

Showing posts from 2012

Əminə Pakrəvan - Abbas Mirzə və Azərbaycan

Image
Annotasiya: "Abbas Mirzə və Azərbaycan" adlı bu kitab görkəmli Azərbaycan sərkərdəsi, Qacarlı şahzadə Abbas Mirzənin həyatı  və mübarizəsi haqqındadır. XİX  əsrin  əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə  gətirən hadisələr elmi qaynaqlara əsaslanaraq geniş şəkildə bu monoqrafiyada öz əksini tapıb. Günümüzün bir çox suallarına cavab verən bu qiymətli  əsər Azərbaycan dilində ilk dəfədir nəşr olunur. Kitabın geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.

Süper Türk

Image
Bu yaxınlardan belə bir filmin olduğu haqqında məlumat aldım və izlədim. Supermen fenomeninin türk xüsusiyyətləri ilə sintez edilməsi, məncə, əla konsepsiyadır. Çünki bu komediyanı biz daha yaxından anlayıb, daha maraqla və həvəslə izləyə bilərik. Yəni ki, doğmalıq var.

21.12.12

Image
Niyə dünyanın sonu?: Əlbəttə ki, bir neçə versiya var. Bir neçəsini araşdırmışam, amma mənim üçün ən ağlabatanı Anatoliy Vessermsnın dəfələrlə vurğuladığı bu fikirdir: «İnsanlar elə hesab edirlər ki, onların bu qədər problemini dünyanın sonu konsepsiyası həll edəcək. Dünyanın sonu və bütün problemlərin həlli. Qulağa yaxşı gəlir. Oturub çətinliklərə sinə gəlmək, onlarla üzləşmək, mütəmmadi olaraq psixoloji gigiyenaya əməl etmək isə qulağa yorucu və zəhmətli bir şey kimi gəlir.» İnsan kütləsinin 90%-i eynidir. İnsanlar bu qədər həvəslə öz problemlərini həll etsəydilər, məncə, yenidən doğulardırlar, nəinki, ölərdilər.

The Dark Knight Rises

Image
Gotham Bəyaz Cəngavərini itirmiş və Qara Cəngavəri qovmuşdur... Süjet: Harvey Dentin cinayətlərini üstlənərək, reputasiyası pozulmuş Dark Knight, Banenin terroru ilə mübarizə aparmaq üçün şəhər polisinə köməklik etməkdə müşkülə düşmüşdür. Harvey Dentin cinayətlərinin üstlənməsi, Batmani meydandan qaçmağa məcbur etdi. O, komisar Gordonla  düşündü ki,  belə daha yaxşı olacaq. Buna baxmayaraq, Banenin terroru onu improvizə olunmuş sürgündən geri dönməyə məcbur etdi. Sifəti maskalı Bane güclüdür, amma hiyləgər Pişik-qadının köməkliyi ilə ssenari dəyişə bilər.

The Dark Knight

Image
     Dark Knight filmi son zamanları ən həyəcanverici və unudulmaz filmlərindəndir. Onun atmosferinə bir dəfə tutulmaq kifayət edir ki, həmişəlik onunla qalasan. Çünki müəyyən müddətdən sonra bu cür gözəl aktyor performansı insanı unutdurur ki, o, film izləyir. Janr etibariylə bu filmi konkret janra aid etmək olmur. Burda həm action var, həm drama var, həm dedektiv var, həm fəlsəfə, həm də psixoloji triller var.

Batman Begins - Бэтмен: Начало

Image
             Legend begins... - Легенда начинается... Qəlbimin dərinliyində kim olduğum vacib deyil. İnsanı davranışlarına görə mühakimə edirlər - Неважно, кто я в глубине души, о человеке судят по поступкам. Tarixçə: Batman və Robin filminin həm kommersiya həm də bədii uğursuzluğundan sonra səkkiz il keçmişdir. Bildiyimiz kimi Batman, milyoner Brus Veynin, uydurulmuş Gotham şəhərində ədaləti bərpa etmək üçün çevrildiyi obrazdır. Batmanin komikslərinin ekranlaşdırılması prosesi heç də uğurlu tendensiya göstərməyib. Coel Şumaxer (Джоэл Шумакер) bu kino-serialı tupikə dirəmiş, Frank Miller isə “Batman Yer One” ilə Batmanə aid ən uğurlu nəticələrdən birinə imza atmışdır.

Louise Hay - Düşünce Gücüyle Tedavi

Image
  Yazıçıdan: Düşünce Gücüyle Tedavi adlı kitabımın ilk baskısını yazdığımda bugün aynı kitabın dördüncü ve geliştirilmiş  baskısını yazacağımı doğrusu hiç düşünmemiştim. Binlerce kişi tarafından "küçük mavi kitap" olarak adlandırılan, yüz binlerce adet satılan, bu söz konusu yapıt birçok kişinin yaşamında olmazsa olmaz kitaplardan biri olarak yer almıştır. Düşünce Gücüyle Tedavi adlı kitabım bana sayısız kapı açmakla kalmayıp dünyanın her yerinde dostlarımın olmasını da sağladı. Gittiğim her yerde okuyucularım beni artık okumaktan yıpranmış ve yanlarından asla ayır madıkları bu kitapla karşılıyorlar.

Batman "Under The Red Hood"

Image
Süjet: Batman qəribə bir vəziyyətlə qarşı-qarşıyadır. Yeni peyda olmuş Red Hood, Gotham şəhərini alovun içindən dartıb çıxarmaq istəyir (bu alov cinayətkarlıq və özbaşınalıqdır). O, Batman qədər effektiv olaraq mübarizə aparsa da, Batmanla eyni etik qayda-qanunlara əməl etmir. Onun üçün öldürmək məqbuldur. Batman bu şəxsin kimliyini araşdırır və inanılmaz faktlar ortaya çıxır. Bu oyuna Joker də qoşulur. Keçmiş vərəqlənir, faktlar üzə çıxır və yenidən suallar yaranır. Qabıq bağlamış yaralar yenidən qanayır.

Batman Gotham Knight

Image
“Batman begins”dən sonra baş vermiş hadisələr əsasında 6 epizoddan ibarət “Batman Gotham Knight”da Batman yeni və köhnə düşmənlərlə qarşılaşır. "Have I Got A Story For You" epizodunda üç nəfər uşaq Batman haqqında üç müxtəlif hekayə danışırlar və beləliklə biz əsrarəngiz və sirli Batmanin uşaqların gözündə necə göründüyü haqqında bilgi əldə edirik.

Batman Year One

Image
Süjet: Gotham City-yə iki nəfər gəlir: Birisi illərdir kənarda yaşayan və haqq-ədalət ehtiyacını ödəməyən Bruce Wayne, digəri, yalnış yerdə və yalnış insanlarla olan, dürüst polis Jim Gordon.  Rüşvət şəhərin küçələrində meydan sulayır. Onların hər ikisi də cinayətkarların arxasınca düşürlər və aralarında dostluq toxumu əkilir. Bax beləcə böyük dostluğun əsası qoyulur.

Viktor Pelevin - Dəhşət Dəbilqəsi - Виктор Пелевин - Шлем ужаса

Image
  Pelevin, mən səni “Omon Ra” və “Həşəratların Həyatı” kitablarına görə çox sevirəm, bəyənirəm. Postmodernizmin gözəl təmsilçisi və əvvəlki yazımda da qeyd etdiyim kimi, yazıları mənim üçün sanki meditasiya olan Pelevini bu əsərini bəyənmədim. Pelevindən nə gözləyəcəyini bilmirsən. Çünki o, həyat fəlsəfəsini, fantastikasını sözlərə, cümlələrə yaya bilir. Heç də hamı onun kitablarını başa düşə bilməz. Tarixçə: Povest, Canongate nəşriyyatının, müasir dövrün ən parlaq yazıçılarına müraciət edərək, mifləri yeni versiyada yazmaq üçün təşkil etdiyi  beynəlxalq layihəsi əsasında hazırlanmışdır.

Paulo Ceolho - Elif

Image
“Əlkimyagər” (1988), “Rio-Pyedranın Sahilində Oturdum və Ağladım...” (1994), “Veronika ölmək istəyir” (1998) kimi əsərlərin müəllifi, dünya şöhrətli, məşhur, Braziliya yazıçısı, Paulo Keolyo, bu dəfə bizlərə mistikanın müşayəti ilə avtobioqrafik romanını təqdim edir. Gəlin baxaq görək nə alınıb.

Monten - Təcrübələr

Image
Kitabın rusca adı:   Монтень Мишель - Опыты Kitabın türkcə adı:   Montaigne-Denemeler Çox məşhur olan bu kitab nə romandır nə də elmi əsər. Bu əsər Montenin insan həyatını əmələ gətirən ən önəmli mövzular ətrafında bildirdiyi olduqca dəyərli fəlsəfi fikirlərdir. Həcmcə kiçik məqalələr toplusu olan bu kitabı istədiyiniz səhifədən başlayıb oxuya bilərsiniz. Məsələn mən vaxtaşırı düşündürücü bir şey oxumaq istəyəndə kitabın təsadüfi səhifəsini açıram və qarşıma çıxan başlığı oxuyub daha sonra mətninə keçirəm. Aralarında elələri də olub ki, elə bir ciddi əhəmiyyət kəsb etməyib amma ümumilikdə çox dəyərli kitabdır.

House of D - Тайны прошлого

Image
Ehh, köhnə dost David Dukhovny. Ondan nə gözləmək olar? Çox gözəl bir ssenari, yüksək səviyyəli aktyor performansı və  çoxlu təəssüratlar dənizi. Bəs Robin Williams? Ondan da möhtəşəm, unudulmaz aktyor performansı. Başqa nə ola bilər?

Abramoviç prinsipi - Принцип Абрамовича. Талант делать деньги - Владислав Дорофеев, Татьяна Костылева

Image
      Motivlər: Kitabda planetin ən varlı insanlarından birisi olan Roman Abramoviçin həyat yolundan bəhs edilir. O, dünya şöhrətini kapitalı ilə deyil, davranışları, şəxsiyyəti ilə əldə etdi. Çukotkada yeddi illik qubernatorluqda o, ölən regionu diriltdi, onun dəvəti ilə gəlmiş Guus Hiddinkin başçılığıyla hazırlaşmış Rusiya millisi isə Avro-2008-də bürünc mükafatçı oldu. Onun sayəsində ölkənin alüminium və maşınqayırma sənayesi, neft yataqlarının üçdə biri dövlət tərəfindən tam nəzarət altında alındı. Bəs onun prinsipləri nələrdir? 10 illik biznes fəaliyyətinə 18 milyard dollar. Bəs bu uğurun tələb etdiyi qurbanlar?

Viktor Pelevin - Həşəratların Həyatı - Виктор Пелевин - Жизнь насекомых

Image
   Süjet: Süjet başlığına yazmağa çox şey tapa bilmirəm. Çünki əsərin konkret 3-5 obrazın hərəkətvericiliyi ilə süjeti, motivləri yoxdur. Əsər özü bir neçə fəsildən ibarətdir və müasir yazıçı olan Pelevin, həşəratların timsalında fəlsəfə, mistika, narkomaniya və sadəcə adi qadın həyatını təsvir edir.  Təəssüratlar: İlk öncə əsərdə metaforaların nə ifadə etdikləri və məqsədlərinin nə olduqları ilə əlaqədar heç bir təsəvvürə malik olmursan, amma əsərin obrazları ilə birlikdə quyuda daha dərinə endikcə hər şey aydınlanır. İnsanlar və həşəratların möhtəşəm qarışığı...

Bob Şou - Dayan, kimdir gələn?

Image
Kitabın rusca adı:   Боб Шоу -  Стой, кто идёт? Kitabın ingiliscə adı: Bob Shaw -  Who Goes Here? Bob Şou (Bob Shaw) kimdir?: Fantastikanın məşhur və dəyərli təmsilcisi Bob Şou, 1931-ci il 12 dekabrda, Belfastda (Şimali İrlandiya) anadan olmuşdur. Yerli ali texniki məktəbi bitirdikdən sonra aviassiya sənayesində mühəndis olaraq, daha sonra taksi sürücüsü, ictimaiyyətlə əlaqələr (PR) sahəsində və jurnalist kimi çalışmışdır. 1975-ci ildən isə professional yazıçı kimi fəaliyyət göstərmişdir. Əsərlərini həvəskar pressada nəşr etdirməyə çox erkən başlamışdır. 12 fevral 1996-cı ildə isə dünyasını dəyişmişdir. Əsərlərinin siyahısı haqqında daha ətraflı: burada

Ziyarətçi - The Visitor

Image
  Süjet: Dul qalmış yaşlı professor Walter Vale, Connecticutda darıxdırıcı həyat yaşayır. Yerli kollecdə sadəcə bir sinifə dərs deyir və musiqi isteda d ı olmamasına baxmayaraq pianoda ifa etməyi öyrənməyə çalışır. Walter New York universitetində “Qlobal Siyasət və İnkişaf” mövzusunda, həmmüəllifi olduğu məqaləni oxumaq üçün konfransa qatılır. New York dakı mənzilinə çatanda o, görür ki, mənzilində yad insanlar var. Bu mənzilin onun olduğunu bildirməsinə baxmayaraq, Walter Suriyalı musiqiçi Tareka və onun Seneqallı küçə ticarətçisi sevgilisi Zeynəbə ev tapana qədər qala biləcəklərini deyir. Tarek Afrika barabanında ifa edir və Walter bu musiqi alətinə heyran qalır. Sonra baş vermiş hadisələr isə Walterin daxili dünyasını açığa çıxarır və dünya görüşünü dəyişir.

9

Image
9: Deməli bu dəfəki analiz obyektimiz “9”dur. 9 animasiyası haqqında məlumatı mən hələ 11-ci sinifdə oxuyanda əldə etmişdim. Maraqlı gəlmişdi və dördüncü kursda oxuyanda isə izlədim. Çoxları bəlkə də bunun uşaqlar üçün çəkilmiş nağıl olduğunu düşünür, amma mən belə düşünmürəm (animasiyanın +14 bildirişi var). Həm İmdbdə həm də kinopoisk.ru saytında yazılmış resenziyalarda apardığım araşdırmalar göstərdi ki, vəziyyət 50-nin 50-yədir. Yəni izləyicilərin 50%-i bəyənir və çox şeyi görürlər, 50%-i isə animasiyada çoxlu səhv tapıb, plaqiatdıqda itiham edirlər.

Sağ qalmışlar - The survivors

Image
Filmin rusca adı: Школа выживания Filmin ingiliscə adı: The Survivors Əvvəlki yazılarımda da qeyd etmişdim ki, Robin Williamsın bütün filmlərini izləmək kimi bir məqsədim var. Elə bu yaxınlarda bu filmi izlədim və gənc Robinin və təcrübəli Walter Matthaunun rollarının öhdəsindən necə də gözəl gəldiklərinin şahidi oldum. İlk öncə film mənə mənasız gəlirdi. Belə ki, 80-ci illərin komediyası, bürokratiya, militarizm, cəmiyyətin mövcud və gələcəkdəki durumu, kapitalizmin, cəmiyyətdəki fərdlərarası aqresiyyanın nəticələri göstərən bir film, lakin metroda, dərsdə bu film haqqında düşünərkən, bizi əhatələyən reallıqların necə də gözəl formada filmləşdirildiyi nəticəsinə gəldim.

Yusuf Akçura - Türkçülüyün tarixi

Image
  Annotasiya: Bu kitab türk dünyasının tanınmış mütəfəkkiri Akçuraoğlu Yusufun Azərbaycanda nəşr olunan ilk kitabıdır. Kitabda böyük mütəfəkkirin özünün xüsusi önəm verdiyi “Türkçülüyün tarixi” əsəri ilk dəfə olaraq Azərbaycan oxucusuna təqdim edilir. Kitab filosoflar, sosioloqlar, tarixçilər, türkoloqlar, ümumiyyətlə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Olivye Rolən - Bakıda son günlər

Image
Bu kitab adından göründüyü kimi Bakıdan bəhs edir. Müəllif üç ay Bakıda yaşamış, gördüklərini, eşitdiklərini, duyduqlarını bittə-bittə yazmışdır.  Bir əcnəbi yazarın gözüylə Bakıya baxın, burdakı sosial və ictimai, siyasi durumu təhlil edin. “Bu kitab öləcəyimi güman etdiyim şəhərdə keçirdiyim günlər  haqqında gündəliyə bənzəyir: portretlər, gördüklərim, fantaziyalarım, oxuduqlarım, səyahət qeydlərim, keçmiş simaların xatirimdə canlanması və s. Əlbəttə, bu, bir oyun idi. Ölüm oyunu olaraq  başlanmışdı. Bununla belə, bu oyun  mənim düşüncələrimə rəng qatır, müəyyən həddədək fantaziyalarımı, hətta baxışlarımı belə  istiqamətləndirirdi.”

Riçard Bax - Məsihin sorğu kitabçası

Image
Kitabın rusca adı: Ричард Бах - Карманный справочник Мессии Kitabın ingiliscə adı: Richard Bach - Messiah's Handbook Твоя миссия – сияющий путь, которым ты следуешь, и не важно, насколько темна ночь вокруг. Donald Şimoda, “İllüziyalar”da, Riçardı bu kitabdan necə istifadə etməyi öyrətdi. Sonra isə Məsihin sorğu kitabçası (və ya Məsihin bələdçisi, Məsihin cib bələdçisi) uzun illərlə yoxa çıxdı. 20 ildən sonra budur, o tapılıb. Beləliklə: fikri olaraq sizi narahat edən sualı soruşun, gözlərinizi yumun, kitabın təsadüfi səhifəsini açın, gözlərinizi açın və oxuyun. Bu maneəsiz və arası kəsilmədən, mütləq şəkildə işləyəcək: qorxu təbəssümün nəticəsində məhv olacaq, şübhələr gözlənilməz və parlaq aydınlanmanın nəticəsində uzaqlaşacaqlar.

Viktor Pelevin - Omon Ra

Image
  Viktor Pelevin Kmdir?: 1962-ci il, 22 noyabrda Moskvada anadan olan yazıçı, 31 nömrəli xüsusi ingilis məktəbini bitirmiş, 1985-ci ildə Moskva Energetika Universitetini bitirmişdir. İxtisasca mühəndis-elektromexanikdir. Br neçə il “Elm və Din” jurnalının əməkdaşı olan yazıçı şərq mistikası ilə əlaqədar müxtəlif məqalələr yazmışdır. Bir çox pyesləri Moskva teatrlarında uğurla səhnələşdirilmişdir. İlk yaradıcıllıq məhsulu “Cadugar İqnat və insanlar” olmuşdur (Колдун Игнат и люди). OpenSpace.ru saytının 2009-cu ildə apardığı sorğuda, Viktor Pelevin Rusiyanın görkəmli intelektuallarından seçilmişdir.

Haruki Murakami - Qaçış deyərkən nəyi nəzərdə tuturam

Image
Kitabın rusca adı:   О чем я говорю, когда говорю о беге Kitabın ingiliscə adı:   What I Talk About When I Talk About Running   Wikipedia məlumat : Qaçış deyərkən nəyi nəzərdə tuturam – Haruki Murakaminin 2007-ci ildə yazdığı avtobioqrafik oçerklər toplusudur. Xatirələrinə müraciət edərək yazıçı uzun məsafələrə qaçışını, marafonlarda və ultramarafonlarda iştirakını təsvir edir və idmanla ədəbi zəhməti müqayisə edir. Söhbət: Haruki Murakami ilə bu dəfəki söhbətim, bəli bəli söhbətim, yazarın qaçış və onunla əlaqədar xatirələri oldu. Kitabın formatı mənə imkan verir ki, bu dəfəki mütaliəyə söhbət deyim. Bu kitab, Murakaminin əvvəl oxuduğum kitablarından fərqli oldu. Özünə məxsus tərzdə yazılan kitabın məqsədi hansısa obrazların başına gələn əhvalatları təsvir etmək deyil, sadəcə yazarın öz təəssüratlarını esse formasında yazmasıdır. Mən əvvəlki yazılarımda da demişəm ki, Murakaminin əsərləri avtobioqrafikdir. Bu kitabı isə onun əsərləri arasında avtoqbioqrafiyanın pikidir

Gattaca

Image
Motivlər: Film arzu haqqındadır. Uğruna ailəndən, adından imtina etdirəcək qüvvəyə malik arzu haqqındadır. Bu arzuya görə Vinsent həyatda ola-ola ikinci dəfə doğulmalı oldu. Hər şey bu qədər sadə də deyil. Eyni zamanda bir çox çətinliklərlə mübarizə aparmalı, başqası olmalıdır. Başqa insanın xətti ilə yazmaq, başqası qədər hündür olmaq. Qulağa çox mümkünsüz kimi gəlir amma o, bunların hamsına razıdır. Vinsent hələ uşaqlıqdan ulduzlara uçmaq istəyirdi. O, uğursuzluqdan, ağrıdan, problemlərdən, ən əsası isə doğulduğu bu dünyadan uçub gedmək istəyirdi.

Wall Street: Pullar yatmır

Image
Filmin rusca adı:  Уолл Стрит: Деньги не спят Filmin ingiliscə adı:  Wall Street: Money Never Sleeps Motivlər: Dünya 2008-ci il böhranının bir addımlığındadı və Ceykob ağlına da gətirə bilməz ki, türmədən təzə çıxmış, bir zamanlar Wall Streetin ən məşhur oyunçusu Qorden Gekko onun həyatında bu dərəcədə vacib rol oynayacaq. Doğrudur onun qızı ilə münasibətdə olsa da, keçmiş xatirələrə görə əlaqə saxlamamaq lazım idi. Ceykob özü elə-belə adam deyil. O, isə hal-hazırda Wall Streetin ən “bərk gedən” oyunçularındandır. Film ABŞ maliyyə və dünya maliyyə sistemləri haqqında maraqlı nüanslara sahib olsa da sadəcə bu da deyil. Film eyni zamanda ailə dramıdır. Filmin birinci hissəsini izləmişdim və ikinci hissənin mövcudluğu haqqında xəbərdar idim. Odur ki, izlədim.

The Woman in The Fifth

Image
Filmin rusca adı: Женщина из Пятого округа Filmin ingiliscə adı:  The Woman in The Fifth Filmin fransızca adı: La femme du Vème    Motivlər : Bu film passiv-depressiv janra aiddir. Hərgah ki, film triller janrına aid edilir, lakin mən belə deməzdim. Amerikalı ədəbiyyat müəllimi, yazıçı Tom, Fransaya qızını görməyə gəlir. Arvadı isə keçmişi xatırlayır, qorxur və Toma qızının yanında olmğa haqqının olmadığını deyir. Tom özünü itirib. Həyatda özünə yer tapa bilmir. O, özünə yazıçı da deyir, çünki bütöv bir kitab yazıb – Meşə Həyatı (Forest Life). Başına gələn hadisələri dərk edə bilmir. Bunu elə bir çox film izləyicilərinə də aid etmək olar. Boş vaxtlarında qızına məktublar yazır, amma göndərə bilmir. Sehrli meşə: ya da Forest Life. Bu Tomun yazdığı yeganə kitabdır və onun həyatı nə qədər absurdlaşırsa bir o qədər əvvəllər yazdığı bu meşəyə daxil olur: “Mənə elə gəlir ki, həqiqi “mən” hardasa başqa yerdədi. Hardasa ədəbiyyat mükafatı alır, arvadının necə geyindiyini izlə

Qarpın dünyası - The World According to Garp

Image
Filmin rusca adı:  Мир от Гарпа Filmin ingiliscə adı:  The World According to Garp Filmlə necə rastlaşdım?: Robin Williamsın bütün filmlərinə baxmaq kimi məqsədim var. Odur ki, mütəmmadi olaraq onun izləmədiyim filmlərini izləyirəm və bu dəfə də bu filmi izləmək qismət oldu. Qısaca təqdimatını oxuduqdan sora mütləq ən qısa zamanda izləməliyəm fikri mənə hakim kəsildi və izlədim. İzlədikdən sonra nələri müşahidə etdim? Oxumağa davam edin o zaman. Robin Williams və Qarp: Robin Williams bu filmində çox cavandı. 31 yaşında o, bu filmdə əvvəlcə 18 yaşlı cavan tələbəni daha sonra isə prespektivli yazıçını və gözəl ailə sahibini canlandıra bilib. Həqiqətən də aktyordan çox şey aslıdır. Robin Williams cavan olmasına baxmyaraq rolun ifasını əla edib. Filmin baş obrazı Qarp, yuxarıda sadaladığım kimi dəyişiklik keçirdir. Əvvəlcə o, həyatda nəyəsə nail olmaq barəsində düşünməyən gənc olur, daha sonra qarşısına Heleni əldə etmək kimi məqsəd qoyur, bir az sonra isə uğurlu yazıçı

The Fountain

Image
  Təəssüratlar: Bu film beyin üçün deyil, ruh üçündür. Burada çoxlu sözlərə ehtiyac yoxdur. Ona görə ki, sükut özü çox şeyi deyə bilər. Bu filmdən sonrakı təəssüratlar məhz belədir: izahedici sükut. Yaxşı ki, doğulana qədər bildiyimiz və həyatda olduğumuz zaman unutmadığımız bəzi şeylər haqqında belə filmlər var. Elə buna görə də filmin rejissoru elə məhz izləyicinin özüdür. Çünki izləyici dünyanı dərketmə üsullarından və dəyərlərindən asılı olaraq filmdə müxtəlif məqamları görəcək. Başqa sözlə məna tapacaq, müxtəlif nəticələrə gələcək. Aktyor performansı: Hyu Cekmana (Hugh Jackman) belə dramatik rola necə yaraşacağını düşünürdüm. Aktyorun ideallarına sadiq qalması, mübarizə aparması, çıxılmaz vəziyyətlərə düşməsi, sonra nə etmək lazımdır barəsində düşünməsi - bütün bu hisslər qamması şəxsən mənim özümdə də baş qaldırdı. Rachel Weisz də öz təbii və möhtəşəm performansı ilə unudulmur. Bu iki aktyor bu filmdə bir-birilərini çox gözəl tamamlayıblar. Musiqi: Filmin tam də

Ölü şairlər dərnəyi

Image
Filmin türkcə adı: Ölü Ozanlar Derneği Filmin rusca adı: Общество мёртвых поэтов Filmin ingiliscə adı: Dead Poets Society Ümumi təəssüratlarım: 80-ci illərin mühitini və insanlarını çox gözəl ifadə edən bir film. O dövrün çox uğurlu nümunəsi olan “Ölü Ozanlar Derneği” həqiqətən kinematoqrafiyanın ən dəyərli təmsilçisidir. Məsələn indi oturub o dövrün mənzərələrini canlandrmaq istəsələr, məncə, çox süni alınar. Obrazlar: Filmin açar obrazı cənab Kittinqdir. O, şagirdlərini digər müəllimlərdən fərqli olaraq düşünməyə, hiss etməyə, ən əsası isə qorxmamağa öyrədirdi. Mənası həqiqətən də möhtəşəm olan  “Anı tut” ifadəsi filmdə təkrarlanan ən əsas fikir oldu. Obraz cəhətdən digər cəbhədə isə şagirdlər dayanır. Hansı ki, onlar Cənab Kittinqin vasitəsi ilə daxillərində donub qalmış enerjilərini kəşf edirlər. Aktyorlar: Robin Williamsın başçılığı ilə akytorlar ideal performans göstərdilər. Ethan Hawk cavan olsa da heç bir aktyorun həmin yaşda ifa edə bilməyəcəyi formada ro

Ted

Image
  Hələ sosial şəbəkələrdən, film təqdimat və müzakirəsi edilən saytlardan bu film haqqında məlumatım var idi. Bir çox filmə rus dilində baxdığıma görə, film hələ Rusiya ekranlarına çıxmamış, Rusiyada ayıcıq Tedi çox sevməyə başladılar. Gördüyünüz kimi günümüzdə film və kitablarda təqdimat, PR, marketinq həddindən çox önəm qazanmışdır. Qısaca motivlər. Bəlkə marağınıza səbəb ola bilər: Con, gözəl qız Loriyə aşiqdir. Lorinin yaxşı işi və gələcəyə aid böyük planları var. Ted – Conun uşaqlıq və əbədi dostu onların münasibətlərinə qarışır. Ayrılmağa məcbur olsalar da (Con və Ted) bir-birilərini itirmirlər. Başlarına bir çox macera gəlir. Ted çox şeyə qadirdir. Çünki o, sadə ayıcıqdan üstündür. Filmin rejissoru - Seth MacFarlane, ABŞ-da və bütün dünyada çox məşhur “American Dad”, “Family Guy”, “The Cleveland Show”, “Cavalcade of Cartoon Comedy” və s. kimi məşhur yumoristik və yetkin insanlara yönəlik cizgi filmlərinin müəllifidir. Məhz buna görə bu film şəxsən mənə yeni olmadı. K