Posts

Showing posts from April, 2017

Aleksandr Belyayev - Ecazkar göz

Image
RUS: Александр Беляев -  Чудесное око Okean paraxodu "Leviafan" Atlantik okeanında qəzaya düşərək batıb. Qəza ilə birlikdə həm də sivilizasiya üçün olduqca dəyərli olan mühəndis-energetik, alim Blasko Xurqesin ixtiraları da suyun dibinə qərq olub. Təsadüfən isə, Xuqesin məktubu jurnalist Azoresə gəlib çıxır və qəhrəmanımız Argentinaya səfərə çıxmalı olur. Xurqesin çox dəyərli kəşflərini axtarıb-tapmaq üçün SSRİ-nın araşdırmaçılar qərargahı və dənizçiləri cəlb edilirlər. Axtarışlar rəqabətsiz ötüşmür. Qızılaxtaran avantürist Skott, Sovet heyəti ilə münaqişəyə daxil olur. Problem isə mütləq SSRİ-nin qələbəsi ilə nəticələnməlidir...

Akvarium/ Fish Tank/ Аквариум

Image
Mia (Keti Carvis - Katie Jarvis), "Akvarium" adlı Britaniya dramasının 15 yaşlı əsas obrazıdır. Əsasən kinematoqrafik realizm çərçivəsində bizə tanış olan qəzəb və üsyan elementlərini görsək də, gözlərimizi Miadan kənarlaşdıra bilmirik. Hansısa qəribə qüvvə bizə asta-asta izah edir ki, irəlidəki kadrlarda biz çox daha maraqlı hadisələrə və dəyişmiş protaqonistə şahidlik edəcəyik...

Bədənə ağırlıq edən BAŞ! (Audio-podkast)

Image
Bu dəfəki audio-podkastda 2017-ci ilin sonlarında həyata keçirilməsi planlaşdırılan baş transplantasiyası əməliyyatı haqqında danışdım.  Fon musiqisi: San Holo - We Rise

Yalçın İslamzadə - Göydən yerə

Image
Gənc intellektuallardan sayılan Yalçın İslamzadənin “Göydən yerə” adlı kitabı işıq üzü görüb.  İki hissədən ibarət olan kitabın birinci bölümündə müəllifin esseləri, ikinci bölümündə isə tərcümələr yer alır.  Kitabda Azərbaycan cəmiyyətinin problemləri elimi-fəlsəfi məqalələrlə analiz edilir (azadliq.org).

Erix Fromm - Özü üçün insan

Image
ENG: Erich From - Man for Himself: An Inquiry into the Psychology of Ethics "Özü üçün insan: etika psixologiyasına dair araşdırma" əsəri ilə Erix Fromm yenə də insanı araşdırır. Bu dəfə o, etika ilə insan psixologiyası arasında körpülər qurur, insanı psixososial varlıq kimi ələ alır və maksimal dərəcədə qruplara bölür. Bəniadəmi öz davranışlarını analiz etməyə, özünü başa düşməyə dəvət edir. Müasir cəmiyyətlərin insanlarda yarış fəlsəfəsini stimullaşdırması, onları bir-birinə yadlaşdırması və dəyişdirməsi "Özü üçün insan" kitabının əsas ideyalarını formalaşdırır. 

Aleksandr Belyayev - Qiyamət günü

Image
RUS:  Александр Беляев -  Светопреставление Marambl siqareti ağzına qoyur və onu yandırır. O, yaxşı başa düşür ki, elə indicə kibriti alışdırdı və alovlanmanın xışıltılı səsini eşitdi, amma niyə görəsə alovun özünü görə bilmədi. Maramblın eşitməsi onu aldada bilməzdi. Kibriti əlində tutub-saxlamışdı ki, birdən od əlini yandırdı...

Aleksandr Belyayev - Ölü baş

Image
RUS: Александр Беляев -  Мёртвая голова Biologiya professoru nadir bir kəpənəyi təqib edərkən, Cənubi Amerika cəngəlliklərində yolunu azır. Professor Moreli illər sonra sivilizasiyanın digər nümayəndələri təsadüfən tapırlar. Bütün bu illər ərzində o, "vəhşiləşsə" də, bir alim kimi təbiəti araşdırmağa və öyrənməyə olan vərdişlərini yadırğamayıb. Geriyə, "normal" insanların arasına qayıtmağa isə heç tələsmir...

Fərhad Məmmədov - İsti buz ev

Image
"İsti buz ev - süjet, mövzu və üslub" Anasının banka olan borcunu ödəmək üçün səhərlər internatda kargüzar, gecələr isə ayıq sürücü işləməyə məcbur qalmış Saleh, ailəsi ilə bütün əlaqələri kəsmiş milyonçu əmisinin ölüm xəbərini alır. Bu vaxta qədər ona heç bir xeyri dəyməmiş əmisinin meyitini məsciddən gətirməyi ona həvalə edirlər. Ancaq meyiti gətirən zaman silahlı təhlükəsizlik əməkdaşlarının başçılığı altında “ağ xalatlılar” əmisinin meyitini oğurlayır. İndi Saleh təkbaşına rüsvayçılığa yol açmış bu “böyük oyunun” üstünü açmalı və hər vəchlə əmisinin meyitini ailəsinə qaytarmalıdır.

Aclıq/ Hunger/ Голод

Image
Müəyyən filmlər var ki, insan onları izləyəndən sonra elə bir öyrənmə prosesindən keçib emal olunur ki, bir daha əvvəlki kimi olmur. Mövzunun fərqi yoxdur, bəzən bu siyasət, bəzən fəlsəfə, bəzən də tarix ola bilər. Əsas olan insanın öyrənməyidir. "Aclıq" filmi də bu qəbildəndir. Tamamilə real tarixi hadisələrə və şəxsiyyətə əsaslanan "Aclıq", Şimali İrlandiyanın keçdiyi məşəqqətli müstəqillik yolu haqqında və bu yolda özünü fəda etmiş Bobbi Sands (Bobby Sands) kimi liderdən bəhs edir. Şimali İrlandiyanın Meyz həbsxanasında (Maze Prison) baş verənlər hakimiyyətlərin insana və ya vətəndaşına qarşı göstərə bildiyi ən böyük hörmətsizlik, qəddarlıq və biganəlik nümunəsidir. 2008-ci ildə ekranlara yol tapan "Aclıq" filmi ilə Rejissor Stiv Makkuin (Steve McQueen) aktual, meydan oxuyan, lakin polemikaya yol açmayan siyasi mövzuya fokuslanaraq, hiperrealizmə yaxınlaşan vizual sənət əsəri yaradıb. 

Kenzaburo Oe - Qəlbimə qədər suvar məni

Image
ENG:  Kenzaburo Oe -  The Flood Invades My Spirit RUS: Кэндзабуро Оэ - Объяли меня воды до души моей... "Qəlbimə qədər suvar məni" müasir yapon yazıçısı Kenzaburo Oenin ən məşhur əsərlərindən hesab olunur. Bu pritça-antiutopiyanın əsas mövzusu insan ilə cəmiyyət, uşaqlarla böyüklər və maddi dünya ilə mənəvi dünya arasında olan dialoqlar, qarşılıqlı münasibətlərdir. Romanın belə adlandırılmasına səbəb İncildən götürülən bir sitat olmuşdur. 

Aysberqin görünən tərəfi

Image
ENG:  The Tip of the Iceberg İSP: La punta Del Iceberg RUS:  Верхушка айсберга İspaniyada böyük transmilli şirkət üç intihar hadisəsinin nəticəsində əməlli-başlı silkələnib. Şirkət daxili araşdırma aparmaq üçün çox istedadlı və bacarıqlı əməkdaşını, Sofiyanı (biznes analitik) məsələyə cəlb edir. Qısa müddət ərzində Sofiya görür ki, şirkətdə qeyri-real dərəcədə ağır iş yükü və patogenik menecment forması tətbiq edilir. Əməkdaşlar iş yerlərinə alternativsizlikdən dolayı hər şeyə dözür və təzyiqə tab gətirmək üçün özlərini məcbur edirlər. Bütün bu hadisələrin fonunda üç intihar hadisəsi təsadüf  ola bilməz. Nə isə qeyri-adi hadisələr baş verir. Bəs buna səbəb nədir? Kifayət qədər qəliz sual olsa da, lakin insan təbiətinin primitiv çalarları bu suala cavabdır. 

İqtisadi demokratiya (Video-podkast)

Image
İqtisadiyyat və biznes elmlərində təhsil alan, iş həyatında çalışan və ya sadəcə mövzuya maraq göstərən yoldaşlara maraqlı gələ biləcək ikihissəli "İqtisadi demokratiya" video-podkastlarını təqdim edirəm. 

Viktor Pelevin - Gözəl xanım üçün ananas suyu

Image
RUS: Виктор Пелевин - Ананасная вода для прекрасной дамы "Gözəl xanım üçün ananas suyu" Viktor Pelevinin ekstravaqant hekayələr toplusudur. Yenə də ədəbi həzz və zövq Pelevinin sayəsində beynimdə tüğyan etdi. Hər dəfə Pelevindən oxuduğum kitab onun növbəti kitabını vərəqləmək üçün boynuma qoyulmuş əlavə məsuliyyət yükü olur. Hekayələrdən anladığım və faydalandığım məqamlara qısaca toxunası olsam aşağıdakıları qeyd edərdim: 

Kristi Braun - Sol ayağım

Image
ENG: Christy Brown -  My left foot Kristi Braun dünyaya beyin iflici qurbanı olaraq gəlmişdir. Lakin hərəkət edə bilməyən bəxtsiz körpədə gələcəkdə irland ədəbiyyatının nəhəngləri arasında öz yerini tutacaq yazıçının parlaq təxəyyül və həssaslığa malik ağılı gizlənirdi. Bu, Kristi Braunun həyat hekayəsidir. O, uşaqlıq illərinin oxumağı, yazmağı, rəsm çəkməyi və nəhayət, sol ayağının barmağı ilə çap etməyi öyrənmə mübarizəsini xatırlayır. Bu üslubda o, bestseller olan “Hər gün nisgil" romanını yazmışdır.