Posts

Showing posts with the label yüksək texnologiyalar

Erix Fromm - Ümid İnqilabı

Image
Kitabın ingilis dilində adı: Erich Fromm -  The Revolution of Hope: Toward a Humanized Technology Kitabın rus dilində adı:  Эрих Фромм -  Р еволюция надежды   Kitabın türk dilində adı : Erich Fromm - Umut Devrimi  1968-ci il, beynəlxalq tələbə qarşıdurması və inqilabı ilində işıq üzü görən "Ümid İnqilabı" kitabı, bizə iki yoldan birini seçməli olduğumuzu deyir: birincisi, kütləvi dağıntı ilə nəticələnəcək, texnologiyanın inkişafı ilə əlaqədar tamamilə mexanikiləşmiş, yadlaşmış cəmiyyətin üzvü olmağı, yoxsa ikincisi, humanizm və ümid yolunda körpü olmağı. Sənaye inqilabının bəşər övladı üçün yaratdığı imkanlar vaxt keçdikcə ümumi insani dəyərlər və prinsiplərin məhvinə səbəb olacağını başa düşmək, artıq çətin deyil. Necə oldu ki, insan istehsal və istehlak ehtirasının nəticəsində özü də əşyaya çevrilməyə başladı? Ümid anlayışı dəyişən cəmiyyətimizdə özünü necə biruzə verir? İnsani dəyərlər və təcrübələr onun yaratdığı cəmiyyətdə öz yerini necə tapır? İ...

Təcrübə - The Internship - Кадры

Image
Billi və Nik artıq neçə ildir ki satış işi ilə məşğul olurlar. Yeni kompüter dünyası isə karyeralarına son qoyur. Geridəqalmış olmadıqlarını sübut etmək üçün onlar həyata meydan oxuyaraq ən yaxşı tələbələrin toplandıqları təcrübə proqramında iştrak hüququ qazanırlar. Təcrübə proqramı dünyanın bir nömrəli axtarış sistemi və bir çox digər inqilabi xidmətləri ilə tanınan "Google"-da reallaşır. Belə bir fantastik dünyaya bilet əldə etmək işin sadəcə yarısıdır. İndi onlar ən qəddar rəqabətə də davam gətirməlidirlər ki, sübut etsinlər ki, yaxşı komanda ilə hər şey etmək olar və ən əsası isə zəruriyyət yenilənmənin anasıdır.