İxtisasca yüksəksəviyyəli biyoloq olan
xalamdan canlılar aləmi haqqında çox şey öyrənmişəm. 2 ay bundan öncə insanın
yaranması və təkamülü haqqında söhbət edirdik. Bir çox mövzuda yenə də bəzi
şeyləri öyrəndim. Xalam mənə dedi ki, Fridirix Engelsin çox qısa bir məqaləsi
var ki, adı da belədir: İnsannın meymundan yaranmasında əməyin rolu. Çox
maraqlı məqalə olduğunu dedi. Sözün düzü, əvvəlcə bunun kitab olduğunu başa
düşmüşdüm. Oturdum interneti ələk-vələk etdim, amma axırda məqalə olaraq tapa
bildim və əsərin kitab olmadığını məqalə olduğunun şahidi oldum. Universitetdə
yaranmış boş vaxtımda oxudum.
Qısaca xülasə bundan ibarətdir ki, Darvinə əsaslanan
Engelsə görə insanın meymundan yaranmasında əhəmiyyətli sözü əmək demişdir.
Engels deyir ki, Darvin insanın meymundan yaranmasənə tam açıqlaya bilmir.
Çünki o, çox vacib faktoru - əmək faktorunu diqqətə almır. Burada Nitsşeni
xatırlamaq da yerinə düşərdi. O, da Darvinin yetərli qədər cəsarətli olmadığını
deyirdi. Deməli Engels deyir ki, ilk insanlar hal-hazırda Hind okeanının dərinliklərinə
qərq olmuş bölgədə, inkişaf etmiş insanabənzər meymun növü yaşayırdı. Darvin
bizə bu növün təfərrüatlı təsvirini verir: Onlar olduqca tüklü, uzun saqqllı,
ağaclarda sürüylə yaşayan olmuşlar.
Deməli, insana keçid meymunların əllərində
yaranmış funksional dəyişikliklə, başqa sözlə, əllərin sadəcə hərəkət vasitəsi
olmaqdan çıxıb, eyni zamanda dəyər yaradan vasitəyə çevrilməsi ilə başlamışdır.
Meymunlar iki ayaq üstündə hərəkət etməyə başlamışlar. Artıq meymunlarda əllər
və ayaqların fəaliyyət fərqlilikləri yaranır. Artıq onlar əlləri ilə sadəcə
qidanın tutmur, eyni zamanda yuva qurur, düşmənlərdən qorunur və yığıcılıqla məşğul
olmağa başlayırlar. Əllərin ilk alət hazırladığı ana qədər olduqca uzun zaman
aralığı keçmişdir (min illər). Əmək müxtəlif əşyalar yaratdı. Əmək ünsiyyət
yaratdı. Belə ki, əməklə dəyər yaratmağa başlayan insanlar bir-biriləri ilə fərlqi
formada ünsiyyətdə olmaq istəyirdilər. Odur ki, bu da ünsiyyəti yaratdı. Əmək və ünsiyyət sayəsində
beyin təkamül etməyə başladı və günümüzün meymun beynini çox çox geridə qoydu.
İnsan üçün əhəmiyyət kəsb edən üçüncü inqilab isə cəmiyyətin yaranması oldu
(bunun üzərində çox dayanmıram). Engels deyir ki, insanı insan edən ətlə
qidalanmaq oldu. Ət özündə orqanizm üçün lazım olan çox şeyi hazır olaraq barındırır
və insan ətlə qidalanmağa başladıqdan sonra onun həzm prosesi də qısaldı. Ətlə
qidalanmaq alovun istifadəsini təkmilləşdirdi və maldarlıqla insanın heyvanlar
üzərində hökmranlığı başlamış oldu. Əmək zənginləşməyə başladı. İnsan yeməyə
yararlı hər şeyi yeməyə başladığına görə, hər iqlim şəraitində yaşamağa
başladı. Artıq insanları qurduqları cəmiyyətlər də tərkib baxımından zənginləşməyə
başlayırdılar. Ovçuluq və maldarlığı əkinçilik, toxuculuq, metallurgiya,
dulusçuluq, gəmiçilik, ticarət, elm və incəsənət yarandı. Tayfalardan dövlətlıər
yarandı. Hüquq və idarəetmə inkişaf etdi. Bunlara paralel olaraq, insan beynində
insan varlığının fantastik əksi olan din də inkişaf edirdi. Daha sonra Engels
gözü doymayan kapitalist istismarçılarının təbiətə necə ziyan vurub onun
balansını pozduqlarını və təbiətin necə qisas aldğını və alacağı haqqında
danışır. Məqalə yarımçıq qalmışdır. Çünki əlyazmaların sadəcə bir hissəsi
tapılmışdır. Bu məyusedicidir. İstərdim ki, tam versiyanı oxuyum. Məqalənin
sonlarında Engels əsasən son illəri əhatə edən bir çox sosial-iqtisadi münasibətləri
əks etdirən mövcud vəziyyəti təsvir edir. Gələn dəfə xalamla bu mövzu haqqında
daha ətraflı söhbət apara biləcəm.
salam bu yanasmaya inanmiram. eyer insan meymundan formalasibsa indi niye meymundan insan formalasmir? insanlar arasinda emek ve unsiyyet oldugu kimi heyvanlar arasinda da bu movcuddur. bu irade ve suurla elqeli deyil. suursuz meymundan nece insan meydana gele biler? bundan elave, meymundan insan yaranmisdirsa, meymunu kim yaratmisdir?
ReplyDelete