Robert Haynlayn - Ay sərt sahibədir
Orijinal adı: Robert A. Heinlein - The Moon is a Harsh Mistress Rus dilində: Роберт Хайнлайн - Восставшая Луна Robert Enson Haynlayn (1907-1988) ABŞ fantastikasının patriarxı hesab olunur. O, dövrünü qabaqlayan bir çox ideyaların müəllifi olmuş və bir çox nüfuzlu mükafatlara layiq bilinmişdir. İdeya zənginliyi, obrazların qeyri-standarlılığı, canlı və iti dil, baş verənlərə oxucunu inandırmaq bacarığı, yazıçının ən əsas xüsusiyyətlərindəndir. Onun bir çox əsərləri ekranlaşdırılmışdır. Dörd dəfə Hüqo mükafatına layiq görülmüşdür. Fantastik ədəbiyyat sahəsindəki nəaliyyətlərinə görə isə bir neçə dəfə "Nebula" mükafatını qazanmışdır.