Posts

Showing posts with the label yerli ədəbiyyat

Qismət - Meqapolis hüznləri

Image
Mən çox da şeir oxuyan deyiləm. Poeziya və şeir mənim üçün həqiqətən də çox həssas məsələdir. Orta yol yoxdur. Ya möhtəşəm olmalıdır, ya da heç nə. Özü də orta məktəb illərində formalaşmış şeir zövqüm elədir ki, mənə görə şeiri nə isə musiqili, ahəngdar və emosiyadolu məfhum kimi anlamağa vadar edir. "Meqapolis hüznləri"ndən 4-5 şeir oxumuşdum ki, bir ürəyim sıxıldı ki, gəl görəsən. Düşünmək olar ki, bu şairin uğurudur. Şeirlər kitabının adı kimi oxucunu hüznə qərq edir, amma di gəl ki, ürəyim ədəbi uğurun nəticəsində şüurumda və ya dərketməmədə yaranmış xüsusi bədii atmosferə görə yox, antişeir anlayışının müəllifin yazı üslubuna proeksiyalanmasının nəticəsində belə oldu. Yazdığı misralarda "Azercell" kimi kommersiya markasını xatırladan, Röya və Aygün Kazımova kimi şou-biznes nümayəndələrinin başına qurub-quraşdırdığı tənqidini qeyd edən, ictimai nəqliyyatdan istifadə edərkən emosional fonunun dəyişməsini təsvir etməyə çalışan Qismət, mənə bir neçə dəfə oxuduqlar...

Yalçın İslamzadə - Göydən yerə

Image
Gənc intellektuallardan sayılan Yalçın İslamzadənin “Göydən yerə” adlı kitabı işıq üzü görüb.  İki hissədən ibarət olan kitabın birinci bölümündə müəllifin esseləri, ikinci bölümündə isə tərcümələr yer alır.  Kitabda Azərbaycan cəmiyyətinin problemləri elimi-fəlsəfi məqalələrlə analiz edilir (azadliq.org).

Xan Abdulla - Məsihin qanı

Image
Xan Abdullanı necə tanıdım? Xan Abdullanı Facebook sosial şəbəkəsindən tanıdım. Belə ki, onun arabir paylaşdığı mikrohekayə tipli status yenilənmələri diqqətimi cəlb etmişdi. Bəzən hansısa şəxsi təcrübəsini bədii dillə ortaya çıxarır, bəzənsə də sadəcə uydurduğu hekayələri nəql edirdi. Bu səbəbdən bu gənc diqqətimi bir xeyli müddət idi ki, cəlb etmişdi. 

Pərviz - Yad dildə

Image
"Yad dildə" romanı son illər oxucu rəğbətini qazanan romanlar sırasında ilkin yerlərdən birini tutur. Roman "Nəsimi" ədəbi müsabiqəsinin "İlin romanı" nominasiyasının qalibidir; "Kultaz" və "MKM" ədəbi portallarında oxucular arasında keçirilən səsvermədə "Ən yaxşı əsər" nominasiyasında ən çox səs toplayıb. "Yad dildə" kitabı satış reytinqinə görə də "Ən yeni ədəbiyyat" seriyasından olan kitablar arasında birinci yerdədir. Nəhayət, bu roman Azərbaycan ədəbi mühitində hazırda ən ali mükafat sayılan "Milli Kitab Müsabiqəsi"nin qalibidir. "Yad dildə" əsərinin ədəbi aləmdə və oxucular arasında bu qədər qəbul olunmasının və sevilməsinin səbəbi nədir? Roman – ölkənin ictimai-siyasi reallığı ilə xalqın mifik-mənəvi, fəlsəfi-ürfani baxışlarını bədii şəkildə birləşdirən bir neçə qatdan ibarətdir. Müəllif əsərin daxili qatlarını bir-biri ilə çox məharətlə əlaqələndirib, siyasi gerçəkliyin ədəb...