Hudzonda Moskva - Moscow on the Hudson - Москва на Гудзоне
Rejissor
- Paul Mazursky
Ssenari
müəllifləri - Paul
Mazursky, Leon Capetanos
Janr -
Komediya, drama, romans
İl - 1984
Süjet - Sovet sirkində musiqiçi olan Vladimir İvanovun qismətinə, taleyin
ironiyası ilə, dostu kloun Anatolinin arzuladığı bir şey qismət olur. Anatoliy
bütün varlığı ilə sovet hakimiyyətinə nifrət edirdi və qərbə qaçmaq
arzusundaydı. İş elə gətirdi ki, Amerikada, New York-da qastrol səfərində olarkən,
Anatolini KQB daima izlədi, Vladimir isə nəzarətsiz qaldı. Nəhayət o an gəlib
çatır: musiqiçi hansı qərarı versin? Sosializm ideyalarına sadiq qalsın yoxsa
arzulanan azadlıq və yeni həyata qədəm qoysun? Bu qərar özüylə bərabər hansı nəticələri
gətirəcək? Azadlıq? Hansı siyasi sistem bunu tam mənasıyla dərk edir? (Başa
düşürəm. Sonuncu sual gülməli sualdır)
Resenziyam - Bu filmin mənim üçün
heç bir əhəmiyyəti olmazdı əgər filmdə Sovet İttifaqı tənqid olunsaydı və ABŞ
yeganə xilas yolu kimi təqdim edilsəydi, amma rejissorun (Paul Mazursky) böyüklüyü
və ustalığının nəticəsidir ki, həm Sovetlərin siyasi-ictimai həyatı həm də
ABŞ-ın demokratiyası tənqid olunur. Bu film Sovet hökümətinin vaxtında qadağan
olunmuşdu. Həm Sovetin vaxtında olan həyat tərzi həm də ABŞ-da olan həyat tərzi
pisi ilə də yaxşısı ilə də təqdim olunub. Müqayisə etmək isə sizə qalıb.
Məni ən çox təəccübləndirən filmin ilk
dəqiqələrində Saveli Kramanov, İlya Baskov kimi çox məşhur Sovet aktyorların da
filmdə yer alması oldu. Möhtəşəm aktyor performasnı və rus dilində danışmağı ilə
Robin Vilyams məni bir daha heyran etdi və mən bu aktyoru bir daha özüm üçün kəşf
etdim. Maria Conchita Alonso adlı, Vladimrin sevgilsi rolunu oynamış digər baş
rol ifaçısı da performans baxımından heç də pis deyil. Hərgah ki, mən onu başqa
filmlərdə görməmişəm, amma çox realistik və təbii ifa ilə özünəməxsus yer
tutub.
Biz sadəcə və sadəcə reallıqları
görürük. Biz görürük ki, niyə insanlar Sovetin vaxtında əziyyət çəkirdilər,
onlar nələrdən bezmişdilər və artıq nələrə tox, nələrə isə ac idilər. Biz görürük
ki, ABŞ ona sığınanlara necə münasibət bəsləyir və onlara nə verir. Mən bəzi məqamlarda
sadəcə şoka düşürdüm ki, bu dərəcədə realsitik bir film var. Biz immiqrant həyatının
necə də çətin olduğunu və yeni kültür, yeni cəmiyyət mənimsəməyin necə də çətin
olduğunu görürük (əlbəttə bu insanda insana dəyişə bilər). Çoxları ABŞ arzusu
ilə yaşayır və bunun çox sadə və bütün problemlərin həlli kimi başa düşür.
Doğurdanmı bu belədir?
Vladimir Ivanov |
Komedik məqamları, həqiqətləri göstərməsi
və əla aktyorları ilə, "Hudzonda Moskva" filmi mənim üçün dəfələrlə və
dəfələrlə izləyəcəyim bir film oldu. Bir xeyli müddətdi ki, artıq biz də Sovet
ölkəsi deyilik. 80-ci illərin ABŞ və Sovet qarşıdurmasını izləyin. Məncə, sadə
və real üslubla çəkilmiş bu filmi bəyənəcəksiz.
Filmdən sitatlar
1.
-
Hərdən gecələr yuxudan dururam və kim olduğum haqqında düşünürəm.
-
Rusiyada bunu biz bütün gün edirik.
2.
-
Yəni sən heç vaxt istəmirsən ki heç nə düşünməyəsən?
-
Rusiyada bu həmişəki ruhi haldır.
3.
-
Rusiyada mən düşmənin kim olduğunu bilirdim, amma burada hər şey çox qarışıqdı.
- Sən hər şeyə ifrat reaksiya verirsən. Guya
Rusiya azadlıqdı?
- Bəs bu azadlıqdı? Bu yalançı azadlıqdı. (Vladimirin üzərinə oğrular
hücüm edəndən sonra)
4.
Nyu
York məni qorxudur. O qəddar və dəlidir.
5.
Dünən
mən ilk şəxsi amerikan ayaqqabılarımı aldım. Onlar İtaliyada istehsal
olunmuşdu.
6.
Azadlığı
olmayan incəsənət xadimi, qanadları olmayan quş kimidir.
7.
Vladimirin
babası xəbərləri izləyir: Yalan danışırlar, eyni zamanda da gülürlər əclaflar.
İndi də deyəcəklər ki, yaxşı məhsul yığımı olub.
Comments
Post a Comment