Miçio Kaku - Vizyonlar
![]() |
Michio Kaku |
Miçio Kaku (Michio Kaku) kimdir? –
Miçio Kaku Nyu York Universitetində uzun müddətdir ki çalışan nəzəri fizik və
futuristdir. Fizika və gələcəyin dünyası ilə əalqdar bir çox kitabların müəllfidir.
Yazıçı “Mümkünsüzün fizikası”, “Gələcəyin fizikası”, “Hiperkosmos”, “Paralel
dünyalar”, “Eynşteynin kosmosu və başqa bir çox bestsellerlərin müəllifidir.
BBC, Discovery, History Chnanel və Science Chanel kimi kanallarda bəzi verlişlərin
çəkilişində iştirak etmişdir. Bildiyim qədəriylə müəllif Silikon Vadisində də
çalışmışdır. Silikon Vadisi isə elə bir yerdir ki, bizim 10 il sonra istifadə
edəcəyimiz texnologiyalar artıq orda hazırdır. Hələ portotipləri demirəm.
Kitabın təhlili. Kitab bizə nə
təqdim edir? – Miçio Kaku baxışlarını gələcəyə
istiqamətləndirir və 21-ci əsrdə bir çox parlaq nəaliyyətləri görür. Kvant
inqilabı 20-ci əsrdə kompyuterlər, biyotexnologiyalar və kvant fizikası kimi kəşflərə
imza atmışdır. Bəs 21-ci əsrdə necə, bunu davam edə biləcəkmi? Hansı yeniliklər
yarana bilər? Doğurdanmı insanın bilikləri hər onillik keçdikcə, əvvəllki
onilliyə nisbətdə ikiyə vurulur?
İcazə verin sizə gələcəyin dünyası ilə əlaqədar belə bir nümunə verim:
məsələn, gələcəkdə ağıllı evlər vasitəsiylə insanlar inanılmaz imkanlar əldə edəcəklər.
Hər səhər tualetdən çıxdıqdan sonra, evin mərkəzi kompyuteri (adı Molli olsun)
sidik və nəcins analizi edərək, orqanizmdəki dəyişikliklərdən xəbər verəcək və
bir çox ağır xəstəliklərin qarşısı tam vaxtında alınacaq. Mətbəxə daxil olan
kimi, mətbəxdəki alətlər sizin daxil olduğunuzu bilib qəhvə maşını və toster işə
keçəcək. Gözəl bir musiqi səslənəcək. Molli interneti araşdırmış və sizin maraq
dairənizə uyğun gələn məqalələri, xəbərləri və yenilikləri hüzurunuza təqdim
edir. İşə gedərkən təmizləmək üçün Molliyə təlimatlar verirsiz. Molli təmirlə əlaqədar
tıxacın olduğu yolları sizə əvvəlcədən deyir. Az qalsın qəza törədəcəkdiniz!
Amma Molli sizi xəbərdar edərək həyatınızı qurtardı. Ofisinizə daxil olmazdan
qabaq gözləriniz lazer vasitəysiylə skan olunur, şəxsiyyətiniz müəyyənləşdirilir
və təsdiqlənir və qapı açılır. Kommunikasiya texnologiyalarının yaratdığı
imkanlar sayəsində dünyanın dörd bir tərəfindən olan iş yoldaşlarınızla iclas
keçirdirsiniz.
Bu mənzərəni yəqin ki bir çox
fantastik-futuristik filmlərdə görmüsünüz. Çoxlarınız gələcəyin dünyasının necə
olacağı haqqında düşünürsünüz. Miçio Kakunun xoşuma gələn ən əsas xüsusiyyəti o
oldu ki, o, bir çox məsələyə çox optimistik və elmi yanaşaraq, sadə və rahat
dillə bir çox şeyi açıq və aydın izah edir. Gələcəyə nə qədər dərindən
baxırsınızsa, onu görmək və şərh etmək bir o qədər çətinləşir. Dəyişməyən bir
şey var ki, bizim bu gün sahib olduğumuz texnoloji yeniliklər və biliklər nə
vaxtsa kiminsə beynində sadəcə fantastik fikir kimi yaranmışdı. Vaxt keçdikcə
bu ideyaların necə də dəyərli olduğu göründü və əksəriyyəti reallaşdırıldı.
İnsan təxəyyülünün məhsulları çox dəyərlidir. Çünki onlar ya nə vaxtsa olublar,
ya da olacaqlar. Bundan qaçış yoxdur. Yazıçının kitabında təsvir etdiyi
planetar mədəniyyət, gen xəritələri və təmiri, xərçəngin məğlubiyyəti, görünməz
kompyuterlər, biyomolekulyar inqilablar, yaxın və uzaq zaman aralığında
robotların insan həyatına daxil olması gələcəyin mütləq reallaşacaq
ideyalarıdır və müəyyən mənada adı çəkilən konsepsiyaların gerçəkləşməsi üçün
artıq ilk addımlar atılıb və nəaliyyətlər əldə olunub. Vaxt gələcək bu yazı da
keçmiş olacaq. Yazını oxuyub “bunlar artıq gerçəkləşib, hədəflərimiz çoxdan dəyişib
və böyüyüb” kimi fikirlər səslənəcək.
Bilirsiz, belə kitablar oxuyanda öz
ölkləmin elmin inkişafında necə rol oynadığı və nə vaxtsa necə rol oynayacağı
haqqında düşünməyə bilmirəm. bəlkə də fikirləşirsiz ki, gör hara ilə haranı
müqayisə edirsən. Lütfi Zadə deyirdi ki: “Mən heç vaxt inanmıram ki, Azərbaycan
yüksək səviyyəli texnologiyalar istehsal edə biləcək. Buna baxmayaraq inkişaf
etmək üçün başqa alternativ modellər hazırlaya bilər.” Bu günkü elmi inkişafın sürəti
və formatı üçün lazımi bünövrəni qaçırdığımızdan dolayı zəif düşsək də, ümid
edirəm bəzi şeylərdə şansımız olacaq. Gördüyüm isə hələ ki ibtidadi düşüncə tərzinin
əlində girinc qalmış kiçik bir kütləcikdir. İkinci vacib məsələ isə, etikadır.
Bunu çox yerdə deyirəm: İlk süni tənəffüs cihazını da mühəndis icad edib, qaz
kameralarını da. Birincisi yüzlərlə, minlərlə insanlara həyat verib, ikincisi
isə həyatı onlardan alıb. Etika hər bir elm sahəsində çox vacibdir. Elm yolunda
uğurla addımlayanlar seçimlərlə qarşılaşırlar və seçim edirlər. Elmin və
texnologiyanın inkişafı labüddür, lakin hakim qüvvələr tərəfindən insanlara
qarşı pis niyyətlərlə istifadəsi ikiqat labüddür. Fikrimcə, heç kim istəməz ki,
yenə də Hirosima və Naqasaki hadisələri təkrarlansın. Kifayət qədər geniş
mövzudur.
Aşağıda kitabın türkcə özətinin linki
var. Özət qısa olsa da, orijinalı kifayət qədər əhatə edir. Maraqlananlar
buyurub oxuya bilər.
Comments
Post a Comment